Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Apr

    Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib. Elə bu səbəbdən də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub. Ailə yüksək mənəvi dəyərlərin qoruyucusu olmaqla yanaşı, həm də genofondumuzun daşıyıcısı kimi inkişafımızda mühüm rol oynayıb.
    Ailələrin sağlam və xoşbəxt yaşamaları üçün onun üzvləri arasında səmimiyyət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Yad, millətimizə xas olmayan ideyaların, davranış tərzlərinin təbliği böyüməkdə olan nəslə bəzən yanlış yol göstərir. Cəmiyyət bu yad meyillərin qarşısını qətiyyətlə almalı, milli dəyərlərin qorunması, itməməsi üçün güc sərf etməlidir.
    Lakin çox zaman ailənin milli-mənəvi dəyərlər sistemində oynadığı rol düzgün qiymətləndirilmir və buna görə də onun müqəddəsliyinə xələl gəlir, bununla da boşanmaların və dağılan ailələrin sayı azalmaq bilmir.
    Dövlət Statistika Komitəsinın məlumatına əsasən respublikamızda son zamanlar hər il evlənən hər 4 adamdan təqribən biri boşanır. Tərtər rayonunda isə bu məsələ daha ciddidir. 2017-ci ildə 203 nikah qeydə alındığı halda, 122 boşanma halı baş vermişdir ki, bu da hər iki ailədən birinin dağılması deməkdir. Yəni il ərzində nikahı qeydə alınanların 60 faizini təşkil edir. Acınacaqlı vəziyyətdir. Bu isə onu göstərir ki, insanlarda ailə məsuliyyəti ilbəil azalır.
    Araşdırmalar zamanı müəyyən edilir ki, boşananlar arasında nikahın ilk beşilliyində olanlar üstünlük təşkil edir.
    Onlar arasında 3 ilə qədər ailə quranlar daha çoxdur. Bu isə o deməkdir ki, gənclər bir-birinə qarşı daha dözümsüz yanaşırlar. Bizdə evlənənlərin çoxu evlənməyə sadəcə toy etmək kimi baxırlar. Evlənməyə ailə qurmaq kimi baxmırlar. Ailə qurmağın içərisində bir çox dəyərlər var ki, onları dərk etmək, əməl etmək lazımdır. Bunlar olmadığına görə, bir müddət sonra ailə dəyərləri olmadığı üçün boşanırlar. Bu, əsas səbəblərdən biridir.
    Psixoloqlar deyirlər ki, boşanmaların daha çox 3-5 ilə qədər olan evliliklərdə yaşanmasının əsas səbəbi isə fərdlərin bir-birinin xarakterlərinə dözə bilməməsi, bir-birilərinə qarşı səbrli olmamalarıdır. Burada ünsiyyət faktoru da önəmli rol oynayır: Xoşagəlməz bir hal olan kimi, səhvləri bağışlamırlar, qəbul etmirlər. Yəni çətinlikləri heç kəs gözə almaq istəmir. Cütlüklərin ünsiyyət problemləri var. İnsanlar bir-birini tənqid etdikdə davranışın özünü pisləmir, adamın şəxsiyyətini alçaldır, şəxsiyyətini təndiq edirlər. Bu da böyük bir uçuruma səbəb olur.
    Son vaxtlar sosial-psixoloji faktorlar da boşanmalar üçün ciddi bir səbəbdir: “Əvvəllər qadınlar işləyərək ailəyə dəstək olurdular. İndi qadın artıq özü pul qazana bilirsə və ya kişidən bir az çox pul qazanırsa, ona qarşı dözümsüzlük nümayiş etdirir.
    Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlovanın fikrincə, boşanmaların qarşısını almaq üçün valideyn və məktəb faktorunun zəruriliyi vacibdir:
    Milli-nənəvi dəyərlərimizin daşıyıcısı olan ailələrin dağılmasında həm də maddi durum və erkən nikahlar əsas amillər sayılır. Lakin fərdlərin düşüncə tərzləri üst-üstə düsərsə, belə problemləri vaxtında həll etmək mümkündür.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:46

    Teqlər:

İsmarıclar bağlıdır.