Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Apr

    ŞƏHİDİN ADI VERİLMİŞ KÜÇƏNİN AÇILIŞI

    Tərtər şəhərində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş Nicat İsgəndərovun adı verilən küçənin əsaslı təmirdən sonra açılışı olub.
    Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aprel döyüşlərinin əsas mahiyyətindən, şəhid Nicat Bəhruz oğlu İsgəndərovun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan ətraflı danışıb.
    Şəhid Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, şəhidin döyüş yoldaşı Nemət Haqverdiyev, müəllimi Hümbət Əliyev, “N” saylı hərbi hissənin komandir müavini Anar Cavadov, rayon “Cümə” Məscidinin axundu Sadiq Cəfərov, Tərtər Özünümüdafiə Batalyonunun sabiq qərərgah rəisi Pənah Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon Şöbəsinin əməkdaşı Həcər Xeyri tədbirdə çıxış edərək, Nicat İsgəndərovun döyüş şücaətlərindən danışıb Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə və əlillərə olan diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
    Sonra mərasim iştirakçılarının alqış sədaları altında Nicat İsgəndərovun adını daşıyan küçəyə vurulmuş barelyefin üzərindən ağ örtük götürülüb. Tədbir iştirakçıları barelyefin önünə tər gül dəstələri düzüblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:48

    Teqlər:

İsmarıclar bağlıdır.