Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Apr

    BƏRDƏDƏKİ PESPUBLİKA MÜŞAVİRƏSİNDƏ PREZİDENT

    İLHAM ƏLİYEVİN NİTQİNDƏN TEZİSLƏR

    2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərilir və nəticələr də göz qabağındadır. Qısa müddət ərzində pambıqçılığın sürətli inkişafına nail ola bilmişik. Demək olar ki, biz pambıqçılığı Azərbaycanda bərpa edirik.
    1970-ci illərdə Azərbaycanda pambıqçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanda 300 min ton pambıq tədarük edilirdi. Onun dövründə bu rəqəm 3 dəfə artmışdır və 1981-ci ildə Azərbaycanda bir milyon ton pambıq yığılmışdır. Heydər Əliyev Azərbaycandan gedəndən sonra hər bir sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaşandı və 1990-cı ildə Azərbaycanda pambığın tədarükü bir milyondan 500 min tona düşmüşdür. Müstəqillik dövründə isə pambıqçılıq demək olar ki, məhv olub gedirdi. Bunun bir neçə səbəbi var. Əlbəttə, onu etiraf etməliyik ki, müstəqilliyimizin ilk illərində bizim ciddi maddi imkanlarımız yox idi. Azərbaycan çox ağır vəziyyətdə idi. Xüsusilə, antimilli hakimiyyət – AXC-Müsavat cütlüyünün yarıtmaz, və xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz demək olar ki, dağılırdı.
    Biz ciddi şəkildə bazar iqtisadiyyatına keçidə başlamışdıq və hesab edilirdi ki, bazar iqtisadiyyatı hər şeyi özü tənzimləyəcək. O cümlədən, kənd təsərrüfatı ilə bağlı olan məsələləri bazar iqtisadiyyatı prinsipləri tənzimləyəcək və həll edəcək. Əlbəttə ki, bu yanaşmada böyük həqiqət var, amma eyni zamanda – pambıqçılığın tənəzzülə uğramasının timsalında biz bunu görürük, – əgər ciddi dövlət dəstəyi olmasa, kənd təsərrüfatı inkişaf edə bilməz. Nəinki Azərbaycanda, bütün başqa ölkələrdə. Biz bilirik ki, hətta kənd təsərrüfatının inkişafında böyük uğurlar qazanmış aparıcı dövlətlər də kənd təsərrüfatına ciddi subsidiyalar, dotasiyalar verirlər, dövlət dəstəyi göstərilir, bir çox hallarda proteksionist tədbirlər görülür. Hər bir ölkə çalışır ki, öz bazarını qorusun. Əlbəttə, biz də Azərbaycanda kənd təsərrüfatının inkişafına çox ciddi dövlət dəstəyi göstəririk.
    2016-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi, biz. bu işlərlə planlı şəkildə məşğul olmağa başladıq və bu gün gözəl nəticələr haqqında danışa bilərik, iki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 nıin tona çatmışdır. Yəni biz iki il ərzində pambığın yığımını altı dəfə artıra bilmişik. Bu da son hədd deyil.
    Pambıqçılıq əmək tutumlu sahədir. Biz pambıqçılığın inkişafı ilə bağlı, eyni zamanda on minlərlə yeni iş yeri yaratdıq. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir. Bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır. Iş yerlərinin yaradılması əsas vəzifəmizdir, biz buna da nail ola bilmişik.
    Pambıqçılıq çox gəlirli sahədir və yaxşı gəlir gətirir. Pambıqçılıq ixracyönümlü sahədir, ixrac üçün bazar axtarmağa ehtiyac qalmır, birjalarda satılır. Pambıqçılıq emal sənayesinə böyük təkan verir, indi pambıqtəmizləmə zavodları işləyir.
    Pambıqçılığın ölkə iqtisadiyyatı üçün böyük faydası var – ilk növbədə məşğulluq, ölkəmizə valyuta gətirir, qeyri-neft sektorunu, qeyri-neft sənayesini inkişaf etdirir, yerli istehsala təkan verir, nəinki pambıqçılıq rayonlarında, digər rayonlarda da iş yerləri yaradır. Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir, inanmıram dünyada ikinci ölkə tapılsın ki, iki il ərzində pambıq tədarükünü altı dəfədən çox artıra bilsin.

    Müəllif: Redaktor, 14:23

    Teqlər:

İsmarıclar bağlıdır.