Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr

    HAMI TARLADADIR

    Bir fermer kimi mənim ötən ilki göstəricilərim də yaddaqalan olub. Becərdiyimiz 5 hektar taxıl sahəsinin hər hektarından 42, 2 hektar arpa sahəsinin hər hektarından 45 sentner məhsul götürdük. Ötən il 14 hektar şəkər çuğunduru sahələrindən isə müqavilə bağladığımız İmişli şəkər zavoduna 802 ton keyfiyyətli məhsul təhvil verdik.
    Əkinçi çəkdiyi zəhmətin bəhrəsini görəndə sevinci birə min qat artır. Onda torpağa bağlılıq hissi güclənir.
    Ötən ilin payızından bu ilin məhsulu üçün 11 hektar sahədə pambıq əkməyi nəzərdə tutmuşuq. Həmin sahələri vaxtında suvarmış, torpaq altına üzvi kübrə vermişik. Budur, soyuq qış günləri artıq arxada qalmaq üzrədir. Havalar isindikcə, əkinçi tarlalara çıxıb, yaz qayğıları ilə məşğul olur.
    Biz ta ata-babadan pambıqçılıqla məşğul olan insanlarıq. Bu sahədə təcrübəmiz daha çoxdur. 2017-cı ildə pambıq sahələrinin hər hektarından 50 sentner hesabı ilə qəbul məntəqəsinə 32 ton “ağ qızıl” təhvil verdik. Məqsədimiz bu il pambığın məhsuldarlığını daha da yüksəltməkdir.

    Tərlan ZEYNALOV,
    Azadqaraqoyunlu kəndində ailə-fermer təsərrüfatının başçısı

    Müəllif: Redaktor, 09:51

    Teqlər:

İsmarıclar bağlıdır.