Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Apr

    ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ AKTUAL MƏSƏLƏDİR

    Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı atılan uğurlu addımlar bəhrəsini verməkdədir. Həyata keçirilən çoxşaxəli islahatlar ölkəmizin iqtidasi qüdrətini artırmaqla yanaşı, əhalinin rifahının yaxşılaşdırılmasına stimul yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar, qəbul edilmiş dövlət proqramları regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına rəvac vermişdir.
    Ölkə rəhbəri Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etmişdir ki, keçən il ölkəmizdə ümumdaxili məhsul nəzərəçarpacaq dərəcədə artmış, qeyri-neft sektoru 2,5 faiz, o cümlədən sənaye sahələrində artım 3,6 faiz, kənd təsərrüfatında isə 4,1 faiz təşkil etmişdir.
    Azərbaycan iqtisadiyatının neft amilindən asılılığının maksimum dərəcədə azaldılmasında kənd təsərrüfatı məhsulları istehsalçılarının rolu böyükdür. Regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, ölkə başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəştlər nəticəsində Tərtər rayonunda ötən il kənd təsərrüfatı məhsulunun həcmi 10,3 faiz artaraq 61 milyon 908,1 min manat olmuşdur. Kənd təsərrüfatı məhsullarının 36 milyon 919,5 min manatı və ya 59,6 faizi bitkiçilik məhsullarının, 24 milyon 988,6 min manatı və ya 40, 4 faizi heyvandarlıq məhsullarının hesabına formalaşmışdır.
    Rayon üzrə 2017-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 26 min 36,4 hektar olmuşdur. Əkin sahəsinin 9843,2 hektarını və yaxud 37,8 faizini dənli və dənli paxlalı bitkilər, 6316,4 hektarını və yaxud 24,3 faizini texniki bitkilər, 1583,3 hektarını və yaxud 6,1 faizini kartof, bostan və tərəvəz bitkiləri, 8293,5 hektarını və yaxud 31,8 faizini yem bitkiləri təşkil etmişdir.
    Kartof çoxişlənən ərzaq məhsulu olduğu üçün taxılçılıqla yanaşı bu sahənin də inkişafı rayonda diqqət mərkəzindədir . Bunun nəticəsidir ki, ötən il rayon üzrə 498 hektar kartof sahəsindən 5458,6 ton məhsul götürülmüşdür. Hər hektardan məhsuldarlıq 109,6 sentrerə çatmışdır. Tərəvəz sahələrində isə hektarın məhsuldarlığı 130 sentner olmuşdur. Əhali tərəfindən böyük tələbat olan bostan bitkilərinin istehsalı isə 119,5 tona çatdırılmışdır.
    Qiymətli ərzaq məhsulu olan şəkər çuğundurunun istehsalı sahəsində son illər rayonda böyük təcrübə qazanılıb. 2017-ci ildə 1541 hektar şəkər çuğunduru əkilmiş, 65 min 727,5 ton məhsul istehsal edilmişdir. Çuğundur istehsalı əvvəlki ilə nisbətən 15,6 faiz artmışdır. Hər hektardan orta məhsuldarlıq 42,6 ton olmuşdur. Təkcə bu sahədən rayon 4,5 miyon manat gəlir əldə etmişdir.
    Tərtərlilər günəbaxan əkini və onun emalı sahəsində uğurlu nəticələr əldə edirlər. Ötən il günəbaxan əkinindən 3 milyon manat gəlir götürülmüşdür.
    Rayonda heyvandarlığın da intensiv inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Belə ki, “Aqrolizinq” ASC-nin xətti ilə son illərdə rayonumuza damazlıq düyələr gətirilmiş və fermerlərə lizinq və güzəştlə satılmışdır. Həmçinin heyvandarlıqda süni mayalandırma diqqət mərkəzində saxlanılır və bu üsulla alınan cins buzovların sayı getdikcə artır.
    Görülən tədbirlərin nəticəsidir ki, ötən illə müqaisədə rayonda ət istehsalı 2,8 faiz, süd istehsalı 7,5 faiz, yumurta istehsalı 1,7 faiz artmışdır.
    Dövlət tərəfindən əkinçilərə verilən subsidiyalar, edilən güzəştlər aqrar sahədə çalışanların həvəsini daha da artırır.
    Rayon sakinlərinin gərgin əməyi nəticəsində hasilə gələn ərzaq məhsulları yerli bazara çıxarılmaqla, həm də Bakı şəhərində və rayon mərkəzində təşkil edilən yarmarkalarda satılır.
    Ötən il rayonumuzdan Bakı şəhərindəki yarmarkalara 14,4 ton ət, 5,2 ton süd məhsulları, 105,6 ton meyvə-tərəvəz, 38400 ədəd yumurta, 11 min ədəd meyvə tingləri və digər kənd təsərrüfatı məhsulları göndərilmişdir.
    Bununla da tərtərlilər dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz tövhələrini veririlər.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:06

    Teqlər:

İsmarıclar bağlıdır.