Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15İyl

    1226321596_sax20sveklaKənd təsərrüfatının gəlirli sahələrindən biri də şəkər çuğundurunun becərilməsidir. İnsanlar ona görə bu sahəyə çox maraq göstərirlər ki, şəkər çuğundurunun bazarı var. Belə ki, kənd adamları səpindən əvvəl İmişlidəki şəkər çuğunduru zavodu ilə müqavilə bağlayırlar. Məhsul hasilə gələn kimi onu tədarük edib zavoda təhvil verir və pulunu alırlar. Elə bu səbəbdən də rayonda çuğundur əkininin sahələri ilbəil genişləndirilir.Rayon statistika idarəsinin məlumatına əsasən, əgər 2013-cü ildə rayonda 450 hektar, ötən il 555 hektar sahədə şəkər çuğunduru becərilmişdirsə, bu il həmin sahələr 724 hektara çatdırılmışdır.
    Rayonumuzun bir sıra təsərrüfatlarında bu sahəyə xüsusi diqqət yetirilir. Qazyan, Qapanlı kəndlərində 175 hektar, Köçərlidə 90 hektar, Hüsənlidə 80 hektar, Azadqaraqoyunluda 70 hektar, Bəyimsarovda isə 47 hektar sahədə şəkər çuğunduru becərilir.
    İndiyədək çuğundur sahələrində üç becərmə, iki suvarma aparılıb. Cərgəaralarına 3 dəfə kultivasiya çəkilib.
    Hüsənli kəndinin sakini, ailə-fermer təsərrüfatının başçısı Miri Rzayev bildirdi ki, bu il sahələrimizdə məhsul ötən illərdəkindən çox gözlənilir.

    Müəllif: Redaktor, 14:02

    Teqlər:

İsmarıclar bağlıdır.