Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Apr

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Qazyan kənd tam orta məktəbində Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
    Tədbirdə Tərtər RİH başçısı Aparatının İctimaisiyasi və humanitar məsələlər şöbəsinin müdir müavinidini qurumlarla işin təşkilatçısı Elvin Umudov, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imam cüməsi Sadiq Cəfərov, Tərtər rayon Qazyan kənd tam orta məktəbinin direktoru Rəfail Abbasov, pedaqoji işçilər və yuxarı sinif şagirdləri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Tərtər RİH nümayəndəsi Elvin Umudov tədbirin əhəmiyyətindən danışıb.
    DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov radikal dini cərəyanların fəaliyyətindən və onlara qarşı mübarizənin başlıca üsullarından danışıb.
    Məktəbin direktoru Rəfail Abbasov mövzu ilə bağlı fikirlərini söyləyib.
    Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:53

    Teqlər:

İsmarıclar bağlıdır.