Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15İyl

    221Hacıqərvənd kəndində iri taxılçılıq təsərrüfatlarından birinin sahibi Elnurə Əliyevadır. Cari ildə təsərrüfatda 50,5 hektarda buğda, 10 hektarda arpa becərilmişdir. Eyni zamanda heyvandarlığı inkişaf etdirmək məqsədilə 23 hektar sahədə yoncalıqlar yerləşir.

    Aqrotexniki tədbirlərin hamısı vaxtında və keyfiyyətlə görüldüyündən, zəmilərdə bol məhsul yetişmişdir. Bu təsərrüfatda işlərin rəvan getməsinin səbəblərindən biri onların özlərinin becərmə texnikası olmasıdır.Becərmə işlərini və biçini mexanizator Eldəniz Süleymanov aparır. O deyir:– 2015-ci il Azərbaycanda «Kənd təsərrüfatı ili» elan olunub. Ona görə də biz kənd əməkçiləri daha böyük həvəslə işləyərək, taxıl istehsalını artırmağa çalışırıq.Təsərrüfatda biçin müvəffəqiyyətlə başa çatıb, məhsul boldur.

                                                                                                                                                     
                                                                                                                                                      Svetlana Bağırova

    Müəllif: Redaktor, 14:14

    Teqlər:

İsmarıclar bağlıdır.