Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu cəbhə xəttinə yaxın olan Qarağacı kəndində keçirildi. Həmişəki kimi tədbirdə rayon icra hakimiyyətinin işçiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə-müəssisə rəhbərləri, kənd sakinləri iştirak edirdi.
    Tədbiri icra başçısı Müstəqim Məmmədov açdı. Sonra Qarağacı kənd icra nümayəndəsi Lətif Həmidov kənd haqqında məlumat verdi. Bildirdi ki, nümayəndəliyimiz Qarağacı, Qapanlı və Qaradağlı kəndlərini əhatə edir.
    Tədbirdə çıxışlar oldu. Qarağacı kənd tam orta məktəbinin direktoru Məzahir Quliyev, kənd ağsaqqalı Sabir Quliyev sakinlərdən Eldar Məmmədov, Cəsur Əhmədov, Tofiqə Əhmədova görülən işlərdən və ərazidə olan bəzi çatışmazlıqlardan danışdılar.
    Göstərilən nöqsanların aradan qaldırılması üçün bir sıra idarə, müəssisə rəhbərlərinə lazımi tapşırıqlar verildi. Qalan məsələlər nəzarətə götürüldü.
    İcra başçısı rayonda, kəndlərimizdə görülən və görüləcək işlərdən ətraflı bəhs etdi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:32

    Teqlər:

İsmarıclar bağlıdır.