Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18May

    Sənaye
    2018-si ilin yanvar-mart aylarında sənaye sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 1 milyon 450,2 min manat təşkil etmişdir. Özəl bölmədə istehsalın həcmi sənaye məhsullarının ümumi həcminin 10 faizini təşkil etmişdir.
    2018-si ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2017-ci ilin birinci rübü ilə müqayisədə 6,3 faiz azalaraq 1 milyon 724,2 min manat təşkil etmişdir. Ödənişli xidmətlərin 1 milyon 674,8 min manatı və ya 97,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı bölüşdürülməsi və təchizatı bölməsində, 49,4 min manatı və ya 2,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində olmuşdur.
    Tikinti
    2018-ci ilin yanvar-mart aylarında rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyon 706,1 min manat yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 3 milyon 522,7 min manatı və ya 95 faizi tikinti-quraşdırma işlərinə yönəldilmişdir.
    Əsas kapitala yönəldilmiş investisiyanın 3 milyon 386,1 min manatı və ya 91,4 faizi dövlət mülkiyyətinə məxsus müəssisələr, 320 min manatı və ya 8,6 faizi qeyri-dövlət müəssisə və təşkilatlar tərəfindən yönəldilmişdir.
    2018-ci ilin yanvar-mart aylarında rayonda 635,9 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, onun da 355,9 min manatı dövlət, 300 min manatı qeyri dövlət mülkiyyətinə məxsusdur.
    Rayonda vətəndaşların şəxsi vəsaiti hesabına ümumi sahəsi 1050 kv.metr olan, dəyəri 300 min manat olan 25 yeni yaşayış və qeyri yaşayış evləri tikilmişdir. Ondan fərdi yaşayış evlərinin sayı 10, dəyəri 250 min manatdır.
    2018-ci ilin yanvar-mart aylarında rayonda tikinti müəssisələrinin yerinə yetirdikləri tikinti işlərinin həcmi 929,9 min manat təşkil etmişdir. Həmin tikinti işlərinin 662,1 min manatı dövlət, 267,8 min manatı isə qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilmişdir. Görülmüş tikinti işlərinin 200 min manatını (21,5 %-ni ) əsaslı təmir, 722,1 min manatını (77,7%-ni) cari təmir, 7,8 min manatını isə ( 0,8 %-ni) sair işlər təşkil edir.
    Nəqliyyat
    2018-ci ilin yanvar-mart aylarında nəqliyyat müəssisələri və nəq-liyyat sektorunda fəaliyyət göstərən fiziki şəxslər tərəfindən göstərilmiş xidmətlərin faktiki qiymətlərlə ümumi həcmi 594,8 min manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat xidmətinin həcmi 5,3 min manat və ya 0,9 faiz artmışdır.
    Nəqliyyat sektorunda göstərilmiş xidmətlərin 531,6 min manatı və ya 89,4 faizi fiziki şəxslər tərəfindən yük və sərnişin daşınmasında göstərilmiş xidmətlərdir.
    2018-ci ilin birinci rübündə nəqliyyat müəssisələri və fiziki şəxslər tərəfindən 134 min ton yük, 2163 min nəfər sərnişin da-şınmışdır. Yük dövriyyəsi 29 milyon 33,3 min ton-km, sərnişin dövriyyəsi 8 milyon 867,6 min sərnişin-km olmuşdur. Daşınan yüklərin və sərnişinlərin hamısı avtomobil nəqliyyatı ilə daşınmışdır.

    TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİ

    Müəllif: Redaktor, 10:19

    Teqlər:

İsmarıclar bağlıdır.