Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24İyl

    Əziz mətbuat işçiləri! Qəzetin baş redaktoru Tofiq Yusifin rəhbərliyi ilə “Yeni Tərtər”in bütün kollektivini Azərbaycan milli mətbuatı yaradılmasının 140 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizlərə cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
    Bu yubiley günlərində kollektivin sevincini ikiqat artıran bir neçə fərəhli hadisə baş verdi: qəzetin baş redaktoru Tofiq Yusif ölkə rəhbərinin sərəncamı ilə yüksək dövlət mükafatına– “Tərəqqi” medalına layiq görüldü, həmçinin Tofiq Yusif və baş redaktorun müavini Svetlana Bağırova Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibəti ilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsində qalib gələrək, diplom və pul mükafatlarına layiq görüldülər.
    Bunlar bir daha ölkəmizdə kütləvi informasiya vasitələrinə və burada çalışan jurnalistlərə yüksək dövlət qayğısının nümunəsidir.
    140 illik şərəfli yol keçmiş milli mətbuatımız müstəqillik illərində buxovlardan azad olsa da, onun əsil inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 1993-cü ildən başlayaraq Azərbaycan jurnalistikasının tarixində yeni dövr açıldı. 1998-ci ildə mətbuat üzərində senzura ləğv edildi, bundan sonrakı mərhələlərdə medianın gələcək inkişafı ilə bağlı mühüm qərarlar qəbul olundu.
    Ulu Öndərin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev özünün bütün fəaliyyətində mətbuata arxalanır, jurnalistlərə qayğı və diqqət göstərir.
    Möhtərəm Prezidentimizin Sərəncamı əsasında paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bütün regionlarında, o cümlədən Tərtər rayonunda milli mətbuatın yubileyi yüksək səviyyədə qeyd olundu. Bu günlərdə yubiley sevinclərini sizlər də yaşadınız.
    Jutrnalist peşəsi çətin olduğu qədər də şərəflidir. Bir daha bayramınızı təbrik edir, hər birinizə xoş arzularımı çatdırıram. Qələminiz iti, sözünüz kəsərli olsun!
     Müstəqim MƏMMƏDOV,
    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı

    Müəllif: Redaktor, 13:15

    Teqlər:

İsmarıclar bağlıdır.