Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24İyl

    4dc022fc012196e1e8f3aa85fd0f01f2Azərbaycan milli mətbuatının 140 illik yubileyi ərəfəsində ölkə başçısının sərəncamları ilə 200-ə yaxın mətbuat işçisi orden, medal və fəxri adlarla təltif olunub.
    Gözəl bayram münasibəti ilə cənab Prezident Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Yubiley tədbirində söylədiyi nitqində ölkə başçısı müasir şəraitdə mətbuatın üzərinə düşən çox ciddi vəzifələri bir daha diqqətə çatdırıb: Cəmiyyətdə bizim strateji seçimimizlə, ölkəni narahat edən əsas problemlərlə bağlı fikir ayrılığı yoxdur.
    Bizim mətbuatımız da əlbəttə ki, ilk növbədə, dövlətimizin strateji maraqlarını, dövlətimizin gələcəkdə də təhlükəsizlik şəraitində yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəvidə də qorumalıdır. Mən hesab edirəm ki, son vaxtlar, son illər bizim mətbuatımızda bu istiqamətdə ciddi dönüş yaranmışdır. Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir, əlbəttə, biz bunu daim diqqətdə saxlamalıyıq”.

    Görüşdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çıxış ediblər.
    Ölkə jurnalistlərinə göstərdiyi diqqət və qayğıya görə tədbirdə cənab Prezidentə Azərbaycan Mətbuat Şurasının xüsusi mükafatı təqdim edilib.
    Görüşdə həmçinin möhtərəm Prezident İlham Əliyevə Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı hədiyyə təqdim olunub.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:25

    Teqlər:

İsmarıclar bağlıdır.