Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29May

    BOLQARISTANLI JURNALİSTLƏR TƏRTƏRDƏ

    Müharibənin cəbhə bölgəsində yaşayan insanlara vurduğu ziyan və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı film çəkmək məqsədi ilə Tərtər rayonuna səfər etmiş Bolqarıstanın BTV televiziyasının muxbiri İvan Serafimov Georgiev və operatoru Boris Lyubenov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında ətraflı məlumat verib. Bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometrlik təmas xəttində yerləşir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması nəticəsində rayonun gündəlik fəaliyyətinə, inzibati və yaşayış binalarına, əkin sahələrinə, mal-qaraya, əhalinin məişətinə və digər sahələrə ciddi ziyan dəyir. Dinc sakinlər xəsarət alır, mülki əhali şəhid olur.
    Düşmən yay aylarında işğal altında olan ərazilərdə yanğınlar törətməklə ətraf mühitə ciddi ziyan vurur.
    Ermənilər tərəfindən işğal altında saxlanılan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir ki, nəticədə kənd təsərrüfatı işlərində çətinliklər yaranır. Qış fəslində isə onlar suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Çaylar vasitəsi ilə rayon ərazisinə partladıcı maddələr də axıdılır. Bütün bu çətinliklərə baxmayaraq rayon zəhmətkeşləri pambıqçılq, baramaçılıq, meyvə, tərəvəz və di-gər kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticələr əldə edirlər.
    Görüşdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Qonaqlar səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
    Sonra media nümayəndələri rayonun təmas xəttində yerləşən Qapanlı, Şıxarx kəndlərində aprel hadisələri zamanı ciddi dağıntıya məruz qalmış və Prezidentin Sərəncamı ilə yenidən tikilərək istifadəyə verilmiş evlərdə olub, sakinlərlə görüşüb, məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar. Ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən tikilmiş “Marağa– 150” abidəsinin qalıqlarına baxıblar.

    Müəllif: Redaktor, 13:34

    Teqlər:

İsmarıclar bağlıdır.