Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29May

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarıcalı kəndində oldu.
    Əvvəlcə Sarıcalı kənd İƏD üzrə nümayəndənin müavini Namiq Məmmədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Kənd ağsaqqalı Səttar Muradov görülən işlərdən, sosial problemlərin həllinə göstərilən diqqət və qayğıdan danışıb.
    Mayıl Məhərrəmov elektrik təsərrüfatının yenidən qurulması, Enfira Hüseynova tibb məntəqəsinin təmiri ilə bağlı müraciətlər ediblər.
    Qaldırılan məsələlər barədə icra başçısı əlaqədar qurumlara tapşırıqlar verib.
    Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:41

    Teqlər:

İsmarıclar bağlıdır.