Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24İyl

    DSC_6692Milli mətbuatın yaradılması-nın 140 illiyi münasibətilə Heydər Əliyev Mərkəzində “Yeni Tərtər” qəzeti kollektivinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
    Tədbiri Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Ramiz Şabanov açıb. O, milli mətbuatın keçdiyi 140 illik şərəfli və keşməkeşli yol barədə məlumat verib. Sonra Ramiz müəllim “Yeni Tərtər” qəzetinin bütün kollektivini milli mətbuatımızın 140 illik yubileyi və qəzetin baş redaktoru Tofiq Yusifin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yüksək dövlət mükafatı – “Tərəqqi” medalına layiq görülməsi münasibəti ilə təbrik edib.
    Rayon mədəniyyət evinin müdiri Telman Məmmədov, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, rayon uşaq xəstəxanasının baş həkimi Hicran Rəhimli, şəhər İƏD üzrə icra nümayəndəsi Sahib Həsənov milli-mənəvi dəyərlərimizin təbliğində, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, rayonumuzda aparılan geniş quruculuq işlərinin işıqlandırılmasında rayon qəzetinin, onun əməkdaşlarının fəaliyyətindən razılıq hissi ilə danışıblar. Rayon mətbuat yayımı şöbəsinin müdiri, qocaman jurnalist, rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev qəzet işi ilə bağlı xatirələrini söyləyib, müasir dövrdə cəmiyyətin inkişafında jurnalistikanın rolunu qeyd edib.
    “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif ölkəmizdə medianın inkişafına, bölgə qəzetlərinin fəaliyyətinə yaradılan şəraitə görə kollektiv adından möhtərəm Prezident İlham Əliyevə və rayon rəhbərliyinə dərin minnətdarlığını bildirib. Qeyd edib ki, onun dövlət mükafatı ilə təltif olunması ölkə rəhbəri tərəfindən redaksiya kollektivinin, bütün tərtərlilərin zəhmətinə verilən yüksək qiymətdir. Sonra Tofiq müəllim rayon qəzetinin keçdiyi tarixi yol barədə danışıb, kollektivin bugünkü ugurlarını diqqətə çatdırıb. Göstərib ki, yarandığı gündən indiyədək qəzet daim xalqa yaxın olub, rayon əhalisinin qayğıları ilə yaşayıb və buna görə də sevilib.
    Sonda mətbuat işçilərinə rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr və pul mükafatları təqdim olunub.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 13:49

    Teqlər:

İsmarıclar bağlıdır.