Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24İyl

    11DSC_0571112Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi
    İnformasiya
    Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul-Mətbuat Günü münasibəti ilə elan etdiyi fərdi jurnalist yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
    Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqəyə 19 istiqamət üzrə 153 yazı təqdim edilib.
    Vüqar Səfərli bu istiqamətlər üzrə birinci yer üçün 500 manat məbləğində bir mükafat, ikinci yer üçün 400 manat məbləğində 2 mükafat, üçüncü yer üçün 300 manat məbləğində 3 mükafat nəzərdə tutulduğunu deyib. O bildirib ki, ümumilikdə qaliblər üçün 114 mükafat nəzərdə tutulsa da, bir neçə istiqamət üzrə yazılar az təqdim olunub və buna görə də 111 jurnalist mükafatlara layiq görülüb.
    Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli müsabiqəyə təqdim DSC_0494olunan yazılarda vətəndaşlıq mövqeyinin daha çox əksini tapmasını təqdir edib, ancaq yazılarda fərdi üsluba az rast gəlinməsini çatışmayan cəhət kimi qeyd edib. O deyib ki, jurnalistin yazılarda fərdi üslubu da müşahidə edilməlidir. Digər bir problem isə təqdim edilən yazılarda internet resurslarından çox istifadə edilməsidir.
    Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, KİVDF Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli və başqaları bəzi yazılarda qüsurlara rast gəlinsə də, ötən müsabiqələrə nisbətən araşdırma yazılarının çox olduğunu bildiriblər.
    Tədbirin sonunda qalib jurnalistlərə mükafatlar təqdim edilib. Mükafatlandırılanlar arasında “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif və baş redaktorun müavini Svetlana Bağırova da olublar.

    Müəllif: Redaktor, 14:34

    Teqlər:

İsmarıclar bağlıdır.