Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24İyl

    DSC_6720Milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə keçirilən bayram tədbiri redaksiyada şirin çay süfrəsi arxasında davam etdirilib. Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Ramiz Şabanov, başçının müavini Elvin Umudov, şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov, rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev mətbuat işçilərinin qonağı olublar.
    Görüşdə qəzetin baş redaktoru Tofiq Yusif bildirib ki, cari ilin avqust ayında rayon qəzetinin “Yeni Tərtər” adı ilə nəşrə başlamasının 10 ili tamam olacaq. 7 illik fasilədən sonra redaksiya yenidən fəaliyyətə başlayanda işdə bir sıra çətinliklər vardı. Bu illər ərzində ölkədə mətbuatın inkişafına göstərilən daimi qayğı və rayon rəhbərliyinin diqqəti nəticəsində çətinliklər aradan qaldırılıb. İndi “Yeni Tərtər”in uğurları rayon səviyyəsini keçərək ölkə səviyyəsinə yüksəlib. Təsadüfi deyil ki, qəzetin baş redaktoru Tofiq Yusif və baş redaktorun müavini Svetlana Bağırova dəfələrlə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrində qalib gələrək diplom və pul mükafatlarına layiq görülüblər.
    Görüş zamanı qonaqlar bir daha kollektivi qazanılan uğurlar münasibəti ilə təbrik ediblər. Bildirilib ki, rayo-nun inkişafı, insanların həyatındakı müsbət dəyişikliklər məhz “Yeni Tərtər”in vasitəsi ilə ictimaiyyətə çatdırılır. Qəzet eyni zamanda bu işləri tarixin yaddaşına yazır.
    Redaksiya əməkdaşlarından Svetlana Bağırova, Əvəz Nəsirov, Elfuzə Vəliyeva, Kənan Hüseynzadə və başqaları diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıq ediblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:48

    Teqlər:

İsmarıclar bağlıdır.