Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29İyn

    VƏZİFƏLƏR YERİNƏ YETİRİLİR

    Tərtər Subartezian Quyularının İstismarı İdarəsi rayon üzrə idarənin balansında olan 495 ədəd subartezian və 3 ədəd artezian quyularının istismarı ilə məşğul olur və əsas fəaliyyəti rayon ərazisində yerləşən əkin sahələrinin suvarılmasını təmin etməkdən ibarətdir.
    Göstərilən subartezian quyularına xidmət edən elektrik avadanlıqlarının ümumi gücü 47 min 795 kvt-dır.
    İdarənin balansında olan subartezian quyularının dərinliyi 65-150 metr arasında, kollektorların diametri 6-12 düymə, statiki səviyyə 20-65 metr, dinamiki səviyyə 30-100 metr arasında dəyişir. Quyularda işləyən nasosların ümumi gücü 14 min 966 kvt, ümumi məhsuldarlığı 12 min 985 1/san. təşkil edir.
    Subartezian quyularının altında əkin sahələri 13 min 500 ha təşkil edir. Bu əkin sahələrini əsasən taxıl, pambıq, yem bitkiləri və həyətyanı sahələr təşkil edir.
    Göstərilən əkin sahələrinin suvarılması üçün cari ilin 3 ayı ərzində 15 milyon 456 min kubmetr, əhalinin kommunal-məişət xidmətləri üçün 3680 min kubmetr su çıxarılmış, bunun üçün 7751,43 min kvt.saat elektrik enerjisi işlədilmişdir.
    Susuzluqdan zərər çəkən ərazilərin su təminatının yaxşılaşdırılması məqsədi ilə 2017-ci ildə rayonun Seydimli, Buruc, Köçərli, Ələsgərli, Yuxarı Sarıcalı, Səhlabad və Əskipara kəndlərində qazılmış 7 ədəd yeni subartezian quyuları cari ildə idarənin balansına götürülərək istismara buraxılmış və su istifadəçilərinin istifadəsinə verilmişdir. 2018-ci ildə daha 13 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur və hazırda qazma işləri aparılır. Bununla yanaşı istismarda olan bütün subartezian quyularının saz və işlək vəziyyətdə olması üçün lazmi tədbirlər görülmüş, təmir və bərpa işləri vaxtında aparılmışdır.
    Nasos təmiri sexində burğu və frez dəzgahlarının olmaması səbəbindən təmir işlərində müəyyən çətinliklər yaranır. Həmin dəzgahların idarəyə verilməsi üçün cəmiyyətə müraciət olunmuşdur.
    Hesabat dövründə istismar tədbirləri planı 1 milyon 76 min 185 manat olmuş, bunun 873 min 870 manatı yerinə yetirilmişdir. Əsaslı təmir üzrə 7662 manata qarşı 7480 manat yerinə yetirilmişdir. Suyun pullu satışı üzrə plan 12 min 898 manat olmuş, 17 min manat yerinə yetirilmişdir.
    2018-ci ilin 3 ayı ərzində 50 ədəd nasos əsaslı təmir olunmuş, 8 ədəd quyunun yararsız nasosları yenisi ilə əvəz edilmişdir.
    Idarənin kollektivi bundan sonra da üzərlərinə düşən vəzifələrin yerinə yetrilməsinə çalışacaqdır.

    Əli ƏLİYEV,
    Tərtər SQİİ-nin rəisi:

    Müəllif: Redaktor, 09:57

    Teqlər:

İsmarıclar bağlıdır.