Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24İyl

    DSC_6628Gəncə şəhərində yerləşən “Təmas” Regional İnkişaf İctimai Birliyi ra-yonumuzdakı Heydər Əliyev Mərkəzində “İnsan alveri və potensial insan alveri qurbanlarına xidmət edən Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzinin dəstəklənməsi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirib.
    Tədbirdə rayon icra hakimiyyəti aparatının işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
    “Təmas” birliyinin sədri Südabə Məmmədovanın və direktor Kubra Əkbərovanın “İnsan alveri nədir? On-dan necə qorunmaq olar?” və “Məişət zorakılığına qarşı mübarizə” mövzularında məruzələri dinlənilib. Qeyd olunub ki, Mərkəz valideyn himayəsindən məhrum olan, təhsildən yayınan uşaqları və küçə uşaqlarını bura cəlb etməklə, onlara lazım olan yardımları göstərir. Bundan əlavə, Mərkəzə müraciət edən və istiqamətləndirilən zorakılıq qurbanlarının ilkin ehtiyacları ödənilir, onlara birbaşa tibbi, psixoloji və pulsuz hüquqi yardımlar edilir. Ehtiyacı olanlar təhlükəsiz sığınacaqlarla təmin edilirlər.
    Tədbiri rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov yekunlaşdırıb.

    Müəllif: Redaktor, 15:01

    Teqlər:

İsmarıclar bağlıdır.