Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11İyl

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2017-ci il 25 oktyabr tarixli, 9/2 nömrəli qərarı ilə təsdiq edilmiş “2018-ci ildə yerli statistika orqanları üçün statistik işlər proqramı”na uyğun olaraq 2018-ci il iyunun 1-i vəziyyətinə rayon ərazisində dövlət və qeyri-dövlət kənd təsərrüfatı müəssisələri, həmçinin ailə kəndli və ev təsərrüfatları da daxil olmaqla bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir.
    Hesabat məlumatlarına əsasən 2018-ci ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 26 min 108,5 hektar olmuş və keçən illə müqayisədə 74,6 hektar və yaxud 0,3 faiz artmışdır.
    Rayon üzrə əkin sahəsinin 11 min 725,9 hektarını və yaxud 44,9 faizini dənli və dənli paxlalı bitkilərin, 5603,9 hektarını və yaxud 21,5 faizini texniki bitkilərin, 1514,6 hektarını və yaxud 5,8 faizini kartof, tərəvəz və bostan bitkilərinin, 7264,1 hektarını və yaxud 27,8 faizini yem bitkilərinin əkin sahələri təşkil etmişdir.
    Dənli və dənli paxlalılar. Dənli və dənli paxlalı bitkilərin 7545,6 hektarı (64,3%) buğda, 4010,7 hektarı (34,2%) arpa, 107 hektarı dən üçün qarğıdalı, 5 hektarı darı, 31,7 hektarı noxud, 7,9 hektarı lobya, 18 hektarı soya əkinlərindən ibarətdir.
    Carı ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 1871,5 hektar və yaxud 19 faiz , o cümlədən buğda əkini 636,7 hektar və yaxud 9,2 faiz, arpa əkini 1413 hektar və ya 54,4 faiz artmışdır.
    Texniki bitkilər. Kənd təsərrüfatı bitkilərinin ümumi əkin sahəsinin 5603,9 hektarını və ya 21,5 faizini texniki bitkilər təşkil edir. Texniki bitkilərin 3300 hektarını və ya 58,9 faizini pambıq, 859 hektarını və ya 15,3 faizini şəkər çuğunduru, 1444,9 hektarını və ya 25,8 faizini dən üçün günəbaxan bitkilərinin əkin sahəsi təşkil etmişdir.
    Cari ildə texniki bitkilərin əkin sahəsi əvvəlki ilə nisbətən 697,5 hektar və ya 11,1 faiz, o cümlədən pambığın əkin sahəsi 177 hektar və ya 5,7 faiz artmışdır.
    Kartof, tərəvəz və bostan bitkiləri. Ümumi əkin sahəsinin 1514,6 hektarı və yaxud 5,8 faizi kartof, tərəvəz və bostan bitkiləri əkinlərinin payına düşmüşdür.
    Yem bitkiləri. Ümumi əkin sahəsinin 7264,1 hektarı və ya 27,8 faizi yem bitkilərinin payına düşmüşdür.
    Cari ilin çoxillik otlarının əkin sahəsi 116,6 hektar və ya 18,4 faiz artmışdır.
    2017-ci ildə rayonda kənd təsərrüfatı bitkiləri əkininin 1792 hektarı və ya 6,9 faizi kənd təsərrüfatları müəssisə-lərində, 24 min 316,5 hektarı və ya 93,1 faizi ailə kəndli və ev təsərrüfatlarında aparılmışdır. Ümumiyyətlə, rayonda 2018-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin 98,1 faizi özəl sektorun payına düşür.

    TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİ

    Müəllif: Redaktor, 10:19

    Teqlər:

İsmarıclar bağlıdır.