Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11İyl

    “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə “Məişət zorakılığına qarşı mübarizə sahəsində ictimai fəallığın təşviqi” adlı layihə çərçivəsində tədbir keçirib.
    Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatında İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsi müdirinin müavini Elvin Umudov açaraq rayonda məişət zorakılığı ilə mübarizə sahəsində görülən işlər barədə məlumat verib.
    “Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin nümayəndəsi, layihənin eksperti Vəsilə Möhsümova öz çıxışında layihənin məqsədi, vəzifələri, bu istiqamətdə görülən işlər haqqında danışıb.
    O, ölkəmizdə insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqlarının həyata keçirilməsi və təmininin dövlət siyasətində mühüm yerlərdən birini tutduğunu, hazırda qadın hüquqlarına, o cümlədən gender bərabərliyinə, qadın və kişilər arasında bərabərliyin təmin edilməsi üçün bərabər imkanların yaradılmasına dünya miqyasında, o cümlədən respublikamızda da önəm verildiyini bildirib, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun icrası vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib.

    Müəllif: Redaktor, 10:55

    Teqlər:

İsmarıclar bağlıdır.