Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan qadınlara qarşı zorakılığın ləğvi, onların hüquqlarının qorunması və gender bərabərliyinə dair mühüm beynəlxalq konvensiyalara qoşulub.
    Islam dini də qadınlara hörmətlə yanaşmağı tövsiyə edir. Lakin təəssüf ki, cəmiyyətimizdə hələ də bu sahədə xoşagəlməz hallara rast gəlirik. Xüsusilə məişət zorakılığı daha geniş yayılan bir haldır.
    Həyatda rast gəlinən hadisələrdən belə qənaətə gəlmək olar ki, bunlar əsasən erkən nikahlar zamanı baş verir. Ona görə ki, müəyyən təhsili, həyat təcrübəsi, məişət vərdişləri olmayan qızlar ailə həyatında rast gəldikləri çətinliklərə dözə bilmirlər. Bu zaman münaqişələr yaranır, nəticədə qadına qarşı zorakılıq halları baş verir.
    Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir.
    Yaxın illərə qədər məişət zəminində baş verən zorakılıqlara qarşı mübarizə yalnız cinayət təqibini həyata keçirməklə kifayətlənirdi. Lakin məişət zorakılığı təkcə kriminal xarakterli deyildir. Ona görə də məişət zorakılığına qarşı mübarizə yalnız cinayət qanunvericiliyi ilə aparıla bilməz. 2010-cu ilin 22 iyun tarixində “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun məişət zorakılığı zəminində baş verən zorakılığın qarşısının alınması mexanizmlərinin yaradılması və tənzimlənməsi məqsədini güdür.
    Son zamanlar olkəmizdə gender bərabərliyi və məişət zorakılığı mövzusunda geniş maarifləndirmə işləri aparılır. Qadınlar özləri bu işə fəal surətdə qoşularaq, erkən yaşlardan qızlara hüquqlarını izah etməyə, çətinə düşən qadınları bu vəziyyətdən çıxarmağa, onları ictimai işlərə cəlb etməyə çalışırlar.
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müntəzəm olaraq bölgələrdə qadınlarla görüşlər keçirilir, onların problemləri öyrənilir və lazımi köməklik göstərilir. Qadınların məişət zorakılığından qorunması məqsədilə ölkəmizdə yardım mərkəzləri və sığınacaqlar yaradılır.
    Yardım mərkəzlərinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
    zərər çəkmiş şəxsləri hüquqi və tibbi yardımla təmin etmək.
    zərər çəkmiş şəxslərin işlə təmin edilməsinə, yeni peşələrə yiyələnməsinə kömək göstərmək,
    zərər çəkmiş şəxslər üçün psixoloji reabilitasiya kursu təşkil etmək,
    zərər çəkmiş şəxslərin sosial müdafiəsi üçün müvafiq sənədlərin hazırlanmasında və ya sosial müavinətlərin alınmasında kömək göstərmək,
    zəruri hallarda zərər çəkmiş şəxsləri müvəqqəti sığınacaqla təmin etmək,
    zərər çəkmiş şəxslərin ailələrində normal həyat tərzinin bərpa edilməsi üçün tədbirlər görmək,
    məişət zorakılığı ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirmək.
    Yetkinlik yaşına çatmamış zərər çəkmiş şəxslər yardım mərkəzində 3 ay müddətinədək, digər zərər çəkmiş şəxslərə isə 2 ay müddətinədək zəruri hallarda sığınacaqla təmin oluna bilərlər.
    Maarifləndirmə işlərinin aparılmasına qadınların təşəbbüsü ilə yaranmış bir sıra qeyri-hökumət təşkilatları da qoşulublar. Bununla belə, qadın zorakılığının aradan qaldırılması üçün ən böyük məsuliyyət ailənin və məktəbin üzərinə düşür.
    Anaya, bacıya hörmətlə yanaşmağı uşaqlar ailədə öyrənməlidirlər. Özü də bu, onlara sözlə yox, atanın şəxsi nümunəsi ilə çatdırılmalıdır. Məktəb psixoloqları da uşaqlarla müntəzəm məşğul olmalıdırlar.
    Azərbaycan xalqının mentalitetinə ailəyə hörmətlə yanaşmaq, onun möhkəmliyini qorumaq xasdır. Bu, dədə-babaların yolu, ailə xoşbəxtliyinə aparan yoldur.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:32

    Teqlər:

İsmarıclar bağlıdır.