Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    YENİLƏŞƏN TƏRTƏRİMİZLƏ ÜZ-ÜZƏ, GÖZ-GÖZƏYƏM

    Bu gün doğma şəhərim, hər daşı-divarı bir tarix danışan, qoynundakı sakinlərinə sədaqətlə qucaq açan, yaşı qədər sirli-sehirli, möcüzəli bir dünyası olan müstəqil məmləkətin gözəl guşələrindən biri–qürur yerimiz Tərtərimizlə üz-üzə, göz-gözəyəm. Gözlərim önündə fərqli, gündən-günə dəyişən, yeniləşən, abadlaşan, gözəlliyindən heyrətləndiyim bir şəhər canlanır. Gündüzləri cənnəti, gecələri ulduzlu göyün möcüzəli bir parçasını xatırladır. Sayrışan işıqlar ulduzlarla bəhcə girərək qaranlığın bağrını yarır, hər yanı nura qərq edir. Bu gözəlliklərdən göz doymur.
    Etiraf etməliyik ki, Tərtərin hərtərəfli inkişafı gözlərimiz önündə davam edir. Şəhərin girəcəyindəki əzəmətli Bayraq meydanı gözəlliyin ən böyük nümunəsidir. Şəhərlə kəndləri birləşdirən geniş asfalt yollar, hər iki tərəfdən sıralanmış ağaclar, bəzək kolları, gül-çiçəklər rayonumuza xüsusi yaraşıq verir. Süd zavodunun, Gənclər Mərkəzinin, avtovağzalın, təhsil şöbəsi, kənd təsərrüfatı idarəsi, elektrik şəbəkəsi binalarının görkəmi insanda xoş təəssürat oyadır. “Tərtər körpüsü”ndən şəhərə daxil olanda aparılan abadlıq və quruculuq işləri ilə fəxr etməyə bilmirsən. Şəhərimizi yenidən quranlara sonsuz minnətdarlığımızı bildiririk.
    Ulu Öndərimiz Heydər Əliyev bir zamanlar Tərtərə səfər edərkən söyləmişdir: “Tərtər Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi olan və əməksevər insanların yaşadığı bir diyarıdır”. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev isə rayonumuz haqqında belə demişdir: “Tərtər şəhəri abadlaşıb, gözəlləşib, bu gün Tərtər müasir, abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar… Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada–döyüş bölgəsində, düşmənlə üz-üzə möhkəm dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir”.
    Ölkə rəhbərinin söylədiyi bu sözlər biz tərtərliləri necə qürurlandırmaya bilər? Bu gün rayon mərkəzi öz gözəlliyi ilə insanı valeh edir. Bir-birindən yaraşıqlı inzibati binalar, geniş meydan, su fəvvarələri, qocalar üçün park qəlblərə sanki bir sərinlik gətirir. Tərtər şəhərinin tən ortasından üzü mənfurların əsarətində olan Kəlbəcərə sarı uzanan yol elə bil yaxın keçmişin nağılını söyləyir. Bu nağılda “Sərsəng su anbarı”ndan şəhərə doğru gələn boş susuz kanalların fəryadını, harayını eşidirik. Nə yaxşı ki, ölkə başçısının diqqət və qayğısı ilə qaçqın və köçkünlər üçün yeni şəhərcik salındı. Qəsəbəyə daxil olanda sanki xarici ölkələrin şəhərlərindən birinə səfər edirsən. Gözəl, yeni üslubda tikilmiş evlər, yaraşıqlı binalar insanın zövqünü oxşayır. Bütün bunlar doğma Tərtərimizin sakinlərinə bəxş olunan gözəllikdir.
    Gəlin, görək, yaradılmış gözəlliyin qədrini bilib, onu qorumağa hamı–Tərtərin hər bir vətəndaşı çalışırmı? Bu anda gördüklərim və müşahidələrim gözümün önündən keçdi. Sözsüz ki, bu gözəlliklər ələlxüsus gənclərimizin bugünü və sabahı üçün yaradılmışdır. Arzusunda olardım ki, bəzi yeniyetmə və gənclər əkilən ağacları, gülləri qırmaqdansa, tikilmiş barıları cızıb yazmaqdansa, küçələri zibilləməkdənsə çəkilən zəhmətin qədrini biləydilər. Düşünsələr ki, bu gözəlliklər məhz insanlar üçündür və onu da məhz tərtərlilər qorumalıdır, onda belə hərəkətlər etməzlər.
    Şəhərimizin gözəlliyi hər bir tərtərli üçün aktual məsələdir.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 11:10

    Teqlər:

İsmarıclar bağlıdır.