Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Avq
    Xəbərlər “Əsgərə məktub” layihəsi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Tərtərdə “Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
    Tədbir Tərtər şəhərində Heydər Əliyev adına parkda təşkil olunub.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində igidlərimizin göstərdikləri qəh-rəmanlıqlardan bəhs ediblər, gecə-gündüz Vətənimizin keşiyində şərəflə duran Müzəffər Ordumuzun mərd əsgərləri ilə fəxr etdiklərini bildiriblər.
    Daha sonra iştirakçılar əsgərlərimizə məktublar yazaraq on-lara ürək sözlərini, xoş arzularını çatdırıblar.

     

  • 19Avq
    Xəbərlər Daha bir şəhid bulağının açılışı olub üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Yenikənd kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Qasımov Azər Yaqub oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub.
    Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad ediblər. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək şəhid Azər Qasımovun qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb.
    Sonra məktəblilər tərəfindən şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
    Şəhidin anası İsmira Qasımova, əmisi Rafiq Əliyev, kənd ağsaqqalı Məhəmməd Şirinov çıxış edərək Azər Qasımovun qısa, şərəfli həyat yolundan, onun Vətən müharibəsində göstərdiyi igidliklərindən söz açıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
    Qeyd edək ki, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azər Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

    “Yeni Tərtər”

  • 19Avq
    Xəbərlər Vətəndaşların müraciətləri əsasında tədbirlər görülüb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 47 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi za-manı evlərinə dəymiş ziyana görə şirkətlər tərəfindən görülən təmir-bərpa işlərinin düzgün aparılmaması, işlə təmin olunma, sahibkarlıq və fərdi evlərin tikintisi üçün torpaq sahəsinin ayrılması, bələdiyyədən icarəyə torpaq götürülməsi, subartezian quyusunun təmir olunması, özünüməşğulluq proqramı çərçivəsində heyvanla təmin olunma, mənzil növbəsinə götürülmə, həyətyanı sahəyə gedən yolun zəbt olunması, maddi yardım və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətləri qanun çərçivəsində həll olunub, əsassız müra-ciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib, qəbulda vətəndaş məmnunluğu təmin olunub.
    Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 19Avq
    Xəbərlər İşğaldan azad edilən torpaqlara həyat qayıdır üçün şərhlər bağlıdır

    1993-cü ilin 23 avqust ta-rixi Füzuli və Cəbrayıl ra-yonlarının sakinləri ilə yanaşı, hər bir azərbaycanlı üçün ağır bir gün olub. Məhz həmin gün bu rayonların sakinləri öz dədə-baba yurdlarını tərk edərək, məcburi köçkün kimi müxtəlif ünvanlara səpələnib, onların maddi, mədəni, təbii sərvətləri isə erməni vandalları tərəfindən talan edilibdir.
    Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı ilə Zəfərlə başa çatan Vətən müharibəsi məcburi köçkünlərin qürurunu özünə qaytardı. İndi biz işğal tarixini unutmamaq üçün qeyd edirik. Əslində isə qəlbimiz sonsuz qürur və sevinc hissi ilə döyünür. Dövlət başçısının qayğı və diqqəti nəticəsində bu torpaqlara həyat qayıdır. Daha ətraflı »

  • 19Avq
    Xəbərlər Ehtiramla yad edilib üçün şərhlər bağlıdır

    Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şə-hidlik zirvəsinə ucalan Tərtər rayonunun Alışarlı kənd sakini Azər Şəmilovun doğum günü məzarı önündə qeyd olunub.
    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyəti başçı-sının birinci müavini Elvin Umudov, Vətən müharibəsi iş-tirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, Tərtər şəhər Cümə məscidinin imamı Sadiq Cə-fərov, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar, kənd sakinləri şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
    Nümayəndələr daha sonra şəhidin ailəsini ziyarət edib, onların problemləri və qayğıları ilə maraqlanıblar.
    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib, hər zaman qayğı və diqqətlə əhatə olunduqlarını bildiriblər.

     

    ”Yeni Tərtər”

     

  • 18Avq
    Xəbərlər Tərtər gəncləri  “Atma yarat” sosial layihəsini həyata keçirilib. üçün şərhlər bağlıdır

    Layihə çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin yaradıcı gənclərinin toxunuşu ilə lazımsız hesab edilən əşyaların maraqlı əl işlərinə çevrilməsi nəzərdə tutulub.

    Gənclər atılması planlaşdırılan plastik, kağız, parça, taxta və digər materiallardan müxtəlif əl işləri hazırlayıb.

  • 13Avq
    Xəbərlər Rayon rəhbəri Əskipara kəndində şəhid Əzizov Ayşadın ailəsində olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri  ilə birlikdə Əskipara kəndində şəhid Əzizov Ayşadın ailəsində olub,  onların problemləri və qayğıları ilə maraqlanıblar.

    Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə Daha ətraflı »

  • 13Avq
    Xəbərlər İcra başçısının Əskipara kəndində səyyar qəbul görüşü keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Əskipara  kəndində səyyar-qəbul görüşü keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, KİV-nin əməkdaşları və kənd sakinləri iştirak ediblər.

    Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

    Kənd sakinlərini salamlayan icra başçısı yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Daha ətraflı »

  • 10Avq
    Xəbərlər AZƏRBAYCAN ORDUSU “QİSAS” ƏMƏLİYYATI KEÇİRİB üçün şərhlər bağlıdır

    Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax o dağın başında mənim sözlərim yazılıb. “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.

    İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
    Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
    Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qaf-qaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
    Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib. Daha ətraflı »

  • 10Avq
    Xəbərlər İcra başçısının Seydimli kəndində səyyar qəbul-görüşü üçün şərhlər bağlıdır

    ƏHALİNİN MADDİ VƏ SOSİAL DURUMU YAXŞILAŞIR

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonun Seydimli kəndində səyyar qəbul-görüşü keçirilib.
    Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, ərazi icra nü-mayəndələri, bələdiyyə sədrləri, KİV-in əməkdaşları və kənd sakinləri iştirak ediblər.
    Öncə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Kənd sakinlərini salamlayan icra başçısı yaşayış məntəqələrində keçirilən səyyar qəbul-görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti, quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
    Qeyd olunub ki, I Qarabağ və Vətən müharibəsində ən çox atəşə Tərtər şəhəri və onun yaşayış məntəqələri məruz qalıb. Ancaq sakinlər bir gün də öz yurd-yuvalarını tərk etməyiblər, düşmənə həmişə “göz dağı” olublar. Daha ətraflı »