Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Apr
    Xəbərlər MURAD ALLAHVERDİYEV RAYONUMUZUN FƏXRİDİR üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov boks idman növü üzrə 7 qat Azərbaycan çempionu, 2 dəfə Avropa üçüncüsü, 1 dəfə Avropa çempionu olmuş idman ustası Murad Allahverdiyevi qəbul edib.
    Rayon rəhbəri Murad Allahverdiyevi idman sahəsində əldə etdiyi uğurlarına görə təbrik edib, ona yeni-yeni nailiyyətlər arzulayıb, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin bəhrələri, ölkəmizdə idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır.
    Görüşdə Murad Allahverdiyev gələcək planlarından danışıb, idmanın inki-şafına və idmançılara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
    Sonda idmançıya rayon rəhbəri tərəfindən fəxri fərman və qiymətli hədiyyə təqdim edilib.

     

  • 20Apr
    Xəbərlər Yaşlı sakinlərə qayğı göstərilir üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid və qazi ailələri ilə yanaşı tez-tez rayonun yaşlı sakinlərinin də ailələrində olur, onların qayğıları ilə maraqlanır. Növbəti dəfə rayon rəhbəri Hüsənli kənd sakini, 86 yaşlı Mirzə Mirzəyevin ailəsində olub, onun səhhəti və qayğıları ilə maraqlanıb, ağsaqqala ərzaq sovqatı aparıb.
    Mirzə Mirzəyev dövlətimiz tərəfindən yaşlı və qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 20Apr
    Xəbərlər Su ehtiyatlarından səmərəli istifadə edilməlidir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin baş məsləhətçisi Dilavər Lətifov, Dövlət Ekologiya Ekspertiza Agentliyinin aparıcı mütəxəssisi Elsəvər Abbasov, 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin sektor müdiri İsrafil Paşayev, Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları Dövlət Agentliyinin əməkdaşı İltifat Zamanov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “Azmelsutəsərrüfat” və “Azərsu” ASC-lərin rayonda fəaliyyət göstərən idarələrinin rəhbərləri ilə birlikdə Kür çayının və onun qolları üzrə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazələrin alınması ilə bağlı sənədləşdirmə işlərinin başa çatdırılması və nəticəsi barədə məlumatları müzakirə ediblər. Sonra inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin iştirakı ilə tədbir keçirilib.
    Tədbirdə iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri çıxış edərək, rayonun yaşayış məntəqələri üzrə Tərtər çayı hövzəsində su obyektlərinin nəzarətdənkənar istifadəsinin aradan qaldırılmasını və mövcud su ehtiyatlarından maksimum dərəcədə qənaətlə istifadə olunmasını tövsiyə ediblər. İcra nümayəndələrinə, bələdiyyə sədrlərinə əhali arasında maarifləndirmə işləri aparmaq tapşırılıb.

  • 20Apr
    Xəbərlər Güclü külək rayonumuzda fəsadlar törədib üçün şərhlər bağlıdır

    Aprelin 12-də saat 17:00-dan başlayaraq əsən güclü külək rayonumuzda bir sıra fəsadlar törədib.
    Küləyin təsirindən iri gövdəli ağaclar aşaraq Tərtər şəhərində və kənd yaşayış məntəqələrində vətəndaşlara məxsus yaşayış evlərinin dam örtüyünə ciddi ziyan vurub.
    Həmçinin küləyin təsirindən rayonun elektrik təsərrüfatına da ziyan dəyib. Tərtər şəhəri ərazisində işıqlandırma dirəkləri aşıb. Elektrik dirəklərinin aşması nəticəsində isə Tərtər şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb.
    Hazırda rayon Fövqəladə Hallar komissiyası tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qal-dırılması istiqamətində iş aparılır.

     

  • 20Apr
    Xəbərlər Şəhərimiz günü-gündən gözəlləşir üçün şərhlər bağlıdır

    2022-ci ilin ilk ayından başlayaraq Tərtər şəhərində tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.
    Şəhərin Əli İsmayılov, Teymur Rəhimov küçələrinin əsaslı təmiri və Mübariz İbrahimov küçələrində asfaltlanma işləri başa çatıb. Mehdi Hüseynzadə və Şıxəli Qurbanov küçələrində isə səkinin kənarlarında yeni yaşıllıq zolaqları yaradılıb, təkgöz, müxtəlif dekorativ gül kolları və ağaclar əkilib.
    Hazırda Molla Pənah Vaqif küçəsi əsaslı təmir olunur. Küçədə istinad divarları hörülüb, hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
    Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Molla Pənah Vaqif küçəsində görülən işlərlə yerində tanış olub, müvafiq tapşırıqlarını verib.
    Küçənin sakinləri görülən işlərdən razılıq edib, aparılan əsaslı təmir işlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 20Apr
    Xəbərlər Məktəb həyatı üçün şərhlər bağlıdır

                                               Şəhidin adına layiq  olacaqlarına söz verdilər

    Şəhər 1 saylı tam orta məktəbinin rus bölməsinin 2-ci “V” sinfində şəhid Fuad Məhərrəmlinin adının əbədiləşdirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə şəhidin valideynləri və doğmaları, ictimaiyyət nümayəndələri, Birinci Qarabağ və 44 günlük Vətən Müharibəsi veteranları, məktəb rəhbərliyi, mətbuat nümayəndələri iştirak ediblər. İlk olaraq şəhidin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.
    Sonra sinif müəllimi Ramilə Heydərova şəhid Fuad Məhərrəmli haqqında məlumat verib. Bildirib ki, o, 28 noyabr 1994-cü ildə rayonumuzun Evoğlu kəndində kolxozçu ailəsində anadan olub. Orada boya-başa çatıb. Ailədə 2 qardaş 1 bacı olublar. O, əsgəri xidmətini Naxçıvanda çəkib. 2020-ci ilin iyun ayından isə müddətdən artıq xidmətə yazılıb. Minaatan bölməsində kiçik çavuş kimi çalışıb. 44 günlük Vətən Müharibəsində Həsənqaya, Suqovuşan istiqamətində döyüşüb. 19 oktyabr 2020-ci il tarixdə Suqovuşanın azadlığı uğrunda qəhrəmancasına şəhid olub. 20 oktyabrda canından çox sevdiyi torpaqda dəfn olunub. Ölümündən sonra qəhrəman şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif olunub. Daha ətraflı »

  • 14Apr
    Xəbərlər Borsunlu kəndində partiya fəalları ilə görüş      üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    14 aprel 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov rayon təşkilatının Borsunlu ərazi partiya təşkilatında partiya fəalları ilə növbəti görüşünü keçirmişdir.

    Görüşdə çıxış edən Eldar Əsədov YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq, yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışmışdır. Rayon təşkilatının sədri son 19 ildə ölkəmizin siyasi,sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurların,dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə şanlı yer almasını vurğulamış, postmüharibə dövründə partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dünyada söz sahibinə çevrilməsinə, iqtisadiyyatımızın sürətli inkişafının təmin edilməsinə, insanlarımızın təhlükəsizliyinin və rifah halının yüksək səviyyəyə çatdırılmasına nail olduğumuzu göstərmişdir. O qeyd etmişdir ki, əldə olunan uğurlarda YAP-ın fəaliyyəti danılmazdır. Çünki , yüz minlərlə fəal dövlətə və dövlətçiliyə sadiq insanları öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası “dünənin, bu günün və gələcəyin” partiyası adını ləyaqətlə doğruldaraq, ölkəmizin ictimai- siyasi müstəvisində öz nüfuzunu durmadan artırmaqdadır. Odur ki, hər bir partiya üzvü partiyamızın yürütdüyü siyasət, ölkəmizdə əldə onun nailiyyətlər, möhtərəm Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarının, nitqlərinin əhali arasında geniş təbliğ olunmasında, insanlarımızın baş verənlər haqda maarifləndirilməsində daha fəal olmalıdır. Eldar Əsədov, eyni zamanda, partiya Nizamnaməsi tələblərinə uyğun olaraq üzvlük haqlarının vaxtı- vaxtında ödənilməsinə ciddi fikir verilməsini ərazi partiya təşkilatlarının əsas vəzifələrindən biri olduğunu qeyd etmişdir.

    Görüşdə çıxış edən partiya fəallarından Cəmilə Ağalarova, Rabil Piriyev, Salman Məmmədov, Vaqif  Əliyev, Kamran Həsənov, Şəhla Alışanova və Adil Əliyev Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin siyasi və iqtisadi həyatındakı müsbət rolundan və çağdaş tariximizin yaradılmasındakı səmərəli fəaliyyətindən bəhs edərək, hər bir partiya üzvünün bundan sonra da YAP-ın Proqram və Nizamnamə tələblərinə ciddi əməl etmələrini əsas vəzifə kimi qəbul etdiklərini bildirdilər.

     

     

     

     

     

     

     

  • 08Apr
    Xəbərlər Şəhid adlarının əbədiləşdirilməsi istiqamətində işlər davam etdirilir üçün şərhlər bağlıdır

    Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən oğullarının xatirəsi dövlətimiz tərəfindən hər zaman əziz tutulur.
    Rayonumuzda da torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
    Görülən işlərin davamı olaraq Tərtər şəhər 1 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi şəhidləri Qubad Hacıyevin və Fərrux Həşimovun adlarına sinif otaqları verilib. Artıq bu gündən 7 A sinfi şəhid Qubad Hacıyevin və 4 A sinfi şəhid Fərrux Həşimovun adını daşıyacaqdır. Sinif otaqlarının qapısı üzərində şəhidlərin adı yazılmış lövhələr yerləşdirilib, həyat və döyüş fəaliyyətlərini əks etdirən guşə yaradılıb.
    Məktəbdə şəhidlərin xatirəsinə həsr edilən tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, veteranlar, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Daha ətraflı »

  • 08Apr
    Xəbərlər Qazi övladı hərbi xidmətə yola salındı üçün şərhlər bağlıdır

    İrəvanlı kəndində İkinci Qarabağ müharibəsi qazisi Arzuman Abdullayevin oğlu İlkinin hərbi xidmətə yola salınması münasibəti ilə mərasim təşkil olunub.
    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev iştirak ediblər.
    Mərasimdə çıxış edən rayon rəhbəri hərbi xidmətə yola düşmələri münasibətilə bütün çağırışçılara, o cümlədən İlkinə təbriklərini çatdırıb, onlara şərəflə xidmət etmələrini, nizam-intizamlı olmalarını, vətənimizin keşiyində ayıq-sayıq dayanmalarını, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrini tövsiyə edib. Qeyd edib ki, bu gün hərbi xidmətə yola salınan gənclər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bir orduda xidmət edəcəklər. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində hazırda regionun ən güclü və qüdrətli ordusuna çevrilən Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altındakı torpaq-larımızı mənfur düşmən-dən azad edib. Hazırda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tariximizin ən şərəfli günlərini yaşayan respublikamız dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.

     

  • 08Apr
    Xəbərlər “Payızlıq əkinlərin vəziyyəti və yazlıq əkin sahələrində işlərin gedişi” mövzusunda müşavirə keçirilib üçün şərhlər bağlıdır

    Rayonumuzda “Payızlıq əkinlərin vəziyyəti və yazlıq əkin sahələrində işlərin gedişi” mövzusunda müşavirə keçirilib. Müşavirədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, fermerlər, kənd təsərrüfatı mütəxəssisləri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov payızlıq əkin sahələrinə aqrotexniki qulluq, təsərrüfat bitkilərinə qulluq və rayonda pambıq əkininə hazırlıq barəsində ətraflı danışıb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev Tərtər rayonunun respublikanın kənd təsərrüfatı sahəsində oynadığı mühüm roldan, rayonda əkilib becərilən kənd təsərrüfatı bitkilərinə qulluq və qayğıdan geniş söhbət açıb. Daha ətraflı »