Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31İyl
    Xəbərlər MEDALLAR TƏQDİM OLUNDU üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı və “Tərəqqi” medalı ilə təltif edilmiş tərtərlilərə medalların təqdimetmə mərasimi keçirilib.
    Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri giriş sözü ilə açaraq, əvvəlcə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalına layiq görülən bütün medal sahiblərini səmimi qəlbdən təbrik edib. Bu medalları tərtərlilərə verilən ən böyük qiymət kimi dəyərləndirib.
    Sonra rayon rəhbəri tərəfindən medallar sahiblərinə təqdim olunub.
    Prezident İlham Əliyevin Sərəncamları ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər Özünümüdafiə Batalyonunun keçmiş qərargah rəisi Pənah Məmmədov, 95 saylı Tərtər Seçki Dairəsinin sədri Həmid Mehtiyev, rayon ağsaqqalı, Qaynaq kənd sakini Süleyman Quluyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə, Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov isə “Tərəqqi” medalı ilə təltif ediliblər. Daha ətraflı »

  • 31İyl
    Xəbərlər MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜ MÜNASİBƏTİLƏ REDAKSİYADA TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə “Yeni Tərtər” qəzetinin redaksiyasında olub. Rayon rəhbəri qəzetin kollektivini peşə bayramları münasibəti ilə təbrik edərək, onlarla çay süfrəsi arxasında əyləşib.
    Qəzetin baş redaktoru Tofiq Yusif milli mətbuatımızın tarixindən söz açıb. Bildirib ki, Azərbaycanın ilk milli mətbu orqanının adı “Əkinçi” olsa da, əsas məqsəd xalqı maarifləndirmək, mütərəqqi ideyaları onlara çatdırmaq idi.
    Baş redaktor qeyd edib ki, bu gün rayonumuzun “Yeni Tərtər” qəzeti də öz sələflərinin ənənələrinə sadiq qalaraq, insanların maarifləndirilməsinə çalışır. Jurnalistlərimizin üzərinə məsul vəzifələr düşür: Azərbaycanın müasir inkişafını, yüksəlişini işıqlandırmaq uğrunda informasiya mübarizəsi aparmaq. Daha ətraflı »

  • 31İyl
    Xəbərlər 26 İLLİK ŞƏRƏFLİ YOL üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyası Tərtər rayon Təşkilatının yaradılmasının 26-cı ildönümü ilə əlaqədar təşkilatın şura üzvləri, gənclər birliyi, qadınlar şurası, nəzarət-təftiş qrupunun üzvləri, ərazi ilk partiya təşkilat sədrləri və mətbuat nümayəndələrinin iştirakı ilə tədbir keçirildi.
    Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla andılar.
    Tədbir YAP rayon təşkilatının iclas zalında davam etdirildi.
    YAP rayon təşkilatının sədri Ramiz Şabanov geniş məruzə ilə çıxış etdi.
    Göstərdi ki, 1993-cü il iyul ayının 25-də yaradılan YAP Tərtər Rayon Təşkilatı daim partiyanın siyasi xəttinin dönmədən həyata keçirilməsinə çalışır. Rayonda davamlı olaraq aparılan abadlıq-quruculuq işlərində sıralarında birləşdirdiyi 6489 nəfər partiya üzvünün fəallığını təmin edir.
    Bu gün rayon təşkilatının üzvlərinin 3489 nəfərini qadınlar, 1406 nəfərini isə gənclər təşkil edir. Cari ilin ötən dövründə partiya sıralarına 156 nəfər fəal, Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən insanlar qəbul olunmuşdur ki, onların da 84 nəfəri və ya 54 faizi gənclər, 83 nəfəri isə qadınlardır. Daha ətraflı »

  • 31İyl
    Xəbərlər CANLI MÜZAKİRƏ üçün şərhlər bağlıdır

    Tərtər İƏD üzrə ərazi ilk partiya təşkilatında keçirilən iclasda cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov hesabat verdi.
    Sahib Həsənov qeyd etdi ki, ötən dövr ərzində ərazi ilk partiya təşkilatı tərəfindən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti dəstəklənib, nitq və çıxışlarından irəli gələn vəzifələrin əhali arasında təbliği və izahı işləri davam etdirilib. Həmçinin, şəhərdə aparılan abadlıq, quruculuq işlərində partiya üzvlərinin fəallıqlarının artırılması diqqət mərkəzində saxlanılıb.
    Sonra məruzəçi göstərdi ki, inzibati ərazi dairəsinin tabeçiliyində olan müəssisələrdə çalışan, dövlətə, dövlətçiliyə sadiq olan 44 nəfər şəxs ötən dövr ərzində partiya sıralarına qəbul olunub. Daha ətraflı »

  • 19İyl
    Xəbərlər HAKİMİYYƏTƏ GƏLİŞİN 50 İLLİYİ üçün şərhlər bağlıdır

    YAP Tərtər Rayon Təşkilatı Qərargahında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi ilə əlaqədar tədbir keçirildi.
    Tədbirdə YAP rayon təşkilatının sədri Ramiz Şabanov “Heydər Əliyev epoxası-50” mövzusunda məruzə ilə çıxış edərək göstərdi ki, müasir Azərbaycan tarixinin son 50 illik dövrü Heydər Əliyev adı ilə bağlıdır.
    Ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycan iqtisadiyyatı dərin böhran mərhələsində idi. Respublikanın sosial-iqtisadi həyatında mənfi meyillər özünü göstərirdi.
    Respublikanı bu ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu kimi 14 iyul 1969-cu ildə Azərbaycana Heydər Əliyev kimi güclü, bacarıqlı təşkilatçının, qətiyyətli liderin rəhbər təyin edilməsi ölkədə köklü dəyişikliklərin əsasını qoydu. Ulu öndərin sarsılmaz qətiyyəti sayəsində növbəti illər Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş mərhələsi kimi yaşandı.
    Müstəqilliyimizin ilk illərində vətəndaş müharibəsi təhlükəsilə üz-üzə qalındığı, xarici qüvvələrin təhriki ilə respublikanın müxtəlif regionlarında separatçı qüvvələrin baş qaldırdığı bir məqamda ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı, siyasi təcrübəsindən faydalanaraq bütün neqativ halların, qarşıdurmaların kəskinləşməsinin qarşısını aldı. Daha ətraflı »

  • 19İyl
    Xəbərlər BMT NÜMAYƏNDƏLƏRİNİN TƏRTƏRDƏ GÖRÜŞÜ üçün şərhlər bağlıdır

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin t
    əşəbbüsü və təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə fəaliyyət göstərən təsisatlarının rəhbərlərinin iştirakı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində “Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil” adlı tədbir keçirilib. Tədbir ilbəil kəskinləşərək dünya birliyində böyük narahatlıq doğuran qaçqınlıq və köçkünlük probleminə, Azərbaycanda bu problemin həlli istiqamətində görülən işlərə və qarşıda duran məsələlərə həsr edilib.
    Klub-icma mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə Ermənistanın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş insanların 1990-cı illərin əvvəllərində çəkilmiş fotolarından ibarət sərgi ilə tanış olublar.
    Tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda mövcud problemin Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində yarandığını qeyd edib. Daha ətraflı »

  • 19İyl
    Xəbərlər VƏTƏNPƏRVƏRLİKLƏ BAĞLI TƏDBİR üçün şərhlər bağlıdır

    “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin növbəti tədbiri Tərtərdə olub.
    Şəhərin Gənclər Mərkəzində keçirilən tədbiri təşkilatın sədri Sevinc Əzimbəyli giriş sözü ilə açıb. O, milli vətənpərvərlik ruhunun gənclərimizə aşılanmasından geniş söz açıb.
    Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qəhrəman Tərtər şəhidlərinin timsalında Vətən üçün canından keçən bütün şəhidlərimizin əziz ruhlarına dua oxuyub.
    O, milli və dini kimliyin vəhdətindən, ölkəmizdə istər dinlərarası, istərsə də məzhəblərarası mövcud olan tolerant münasibətlərin yüksələn xətt üzrə inkişafından söz açıb. Daha ətraflı »

  • 10İyl
    Xəbərlər POLİS İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Sonra tədbir rayon mədəniyyət mərkəzində davam etdirilib.
    Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik edib, daxili işlər naziri Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. Məruzə ilə çıxış edən rəis Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salıb, bu sahəyə ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının ulu öndərin siyasi kursunun layiqli davamçısı respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Daha ətraflı »

  • 10İyl
    Xəbərlər Respublika xəbərləri üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN NÖVBƏTİ BEYNƏLXALQ TƏDBİRƏ EVSAHİBLİYİ EDİR

    İyun ayında Bakı bir neçə beynəlxalq tədbirə evsahibliyi etdi. İyunun 20-21-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 53-cü plenar sessiyası, iyunun 24-26-da Heydər Əliyev Mərkəzində BMT-nin Dövlət Xidmətləri Forumu keçirildi. İyunun 30-dan isə paytaxtımızda UNESCO-nun (BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı) Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası start götürdü.
    Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına evsahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq sərəncam imzalayıb və Təşkilat Komitəsi yaradılıb.

    İKİTƏRƏFLİ DOSTLUQ MÜNASİBƏTLƏRİ BUNDAN SONRA DA UĞURLA İNKİŞAF EDƏCƏK

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.
    Prezident İlham Əliyev Belarus Prezidentini ikinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və Belarus idmançılarının bu yarışlarda qazandığı uğurlar münasibətilə təbrik edib. Dövlətimizin başçısı, eyni zamanda, Aleksandr Lukaşenkoya Belarus Respublikasının milli bayramı-Müstəqillik günü münasibətilə təbriklərini çatdırıb, Belarus xalqına tərəqqi və firavanlıq arzulayıb. Daha ətraflı »

  • 10İyl
    Xəbərlər Rayon xəbərləri üçün şərhlər bağlıdır

    Pambıq

    Bu il rayon üzrə 3427 hektar sahədə pambıq əkilib. Hazırda sahələrdə becərmə işləri görülür. Tarlalarda 5 dəfə ketmənləmə və kultivasiya işləri görülüb. Alağa, ziyanverici və xəstəliklərə qarşı dərmanlamadan istifadə olunub, 3104 hektarda vegetasiya suvarılması aparılıb.
    Pambıq tarlalarındakı vəziyyət bol məhsuldan xəbər verir.
    Bu məqsədə çatmaq üçün aqrotexniki qaydada becərmə işləri davam etdirilir.

    Barama

    Bu günlərədək kümçülərimiz 500 qutu baramaqurdu toxumundan 17335,8 kq barama tədarük etmişlər. Barama tədarükü yaxın vaxtlarda başa çatdırılacaq. Daha ətraflı »