1875-ci ildə ”Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə birdəfəlik senzuradan azad edildi. Beləliklə də azad sözün rolunu həmişə yüksək qiymətlənditən Ulu Öndər milli mətbuatımızın inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Daha ətraflı »
-
02MayDigər Heydər Əliyev və Azərbaycan mətbuatı üçün şərhlər bağlıdır
-
02MayDigər Dəyərli nümunə üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Birinci vetse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva jurnalist əməyinə daim yüksək qiymət verir. Cəmiyyətdə mətbuatın xüsusi rolu olduğunu qeyd edən Mehriban xanım deyib: “Son illər, müstəqillik illərində, digər sahələrdə olduğu kimi, jurnalistikada da böyük dəyişikliklər baş verib. Azad, peşəkar mətbuat olmadan əsl demokratik dövlətin qurulması mümkün deyil. Söz və mətbuat azadlığı, ən kəskin məsələlərə dair diskussiyalar, cəmiyyəti narahat edən problemlərin obyektiv işıqlandırılması – bütün bu sahələrdə medianın rolu əvəzsizdir. Hər bir mətbuat qurumu ilk növbədə obyektiv və qərəzsiz olmalıdır, xalqının və dövlətinin maraqlarını hər şeydən üstün tutmalıdır və cəmiyyətdə mərhəmət, ədalət prinsiplərini təbliğ etməlidir”. Daha ətraflı »
-
02MayDigər Adı tariximizə qızıl hərflərlə yazılan qəzet üçün şərhlər bağlıdır
Milli mətbuatımızın banisi olan Həsən bəy Zərdabi Azərbaycan xalqının maariflənməsi yolunda böyük çətinliklərdən keçmiş, lakin bir an belə əqidəsindən dönməmişdir. Gəncləri savadlanmağa, təhsil almağa dəvət edən bu fədakar insan onlara müraciət edərək deyirdi: “Ey elm təhsil edən cavanlarımız, doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Qoy şüarələr bizi həcv etsin, mollalar lənət oxusun, əvamşünas daşa bassın. Siz millət üçün əziyyət çəkirsiniz.”
Öz milləti yolunda əzab və əziyyətlərə qatlaşan Həsən bəy Zərdabi xalqını zülmətdən xilas etmək üçün 1875-ci il iyulun 22-də Bakıda Azərbaycan dilində ”Əkinçi” qəzetinin nəşrinə nail olmuşdur. Bununla da o, Azərbaycanda ilk milli mətbuatın əsasını qoymuşdur. Görkəmli maarifçinin “Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun” sözləri bu gün də aktuallığını itirməyib. Daha ətraflı »
-
02MayDigər “Yeni Tərtər”qəzetinin 90 illik yubileyi münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun qəzetin kollektivinə T Ə B R İ K İ üçün şərhlər bağlıdır
Əziz “Yeni Tərtər”in kollektivi!
Sizi çalışdığınız qəzetin 90 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
“Qəzet ictimai-siyasi həyatın güzgüsüdür,”– deyirlər. Zaman-zaman rayon qəzeti də Tərtərin ictimai-siyasi həyatını işıqlandırıb, onun səhifələrində oxucular öz maraq dairəsinə uyğun yazılar görüb, oxuyub, yaddaşına həkk edib.
Bu gün informasiya bolluğudur. Onlarla saytlar fəaliyyət göstərir. Bu qədər informasiya bolluğunda “Yeni Tərtər” yenə də öz aktuallığını qoruyub saxlayır. Sözsüz, maddi çətinliklkər istisna deyil. Ancaq qəzetimizi susmağa qoymur, onu yaşatmaq üçün əlimizdən gələni əsigəmirik. Daha ətraflı »
-
02MayDigər 90 illik şərəfli yol üçün şərhlər bağlıdır
Qəhrəman Tərtərin 90 illik salnaməsi
90 illik şərəfli bir yol haqqında danışmaq böyük məsuliyyətdir. Mən bunu bir növ həyat imtahanı hesab edirəm.
1975-ci ildə belə bir imtahanı universitet auditoriyasında vermişdim. Universitetin jurnalistika fakültəsinin sonuncu kursunda təhsil alır, həmçinin “Qızıl Bayraq” qəzetində çalışırdım. Daha ətraflı »
-
02MayDigər Ənənələr yaşayır üçün şərhlər bağlıdır
Qəzetimizin bugünkü kompüterçisi Ülviyyə Quluyeva Tərtərdə ilk mətbəənin təşkilatçısı Mirməhəmməd Seyid Hüseynoğlu Babayevin nəvəsidir. Atası Akif də mətbəədə linotipçi işləyirdi. Hər ikisi ilə uzun illər bir kollektivdə çalışmışıq. Həmişə də o insanları minnətdarlıq hissi ilə xatırlayır, Allahdan onlara rəhmət diləyirik.
Ülviyyə də babası və atası kimi zəhmətkeş, məsuliyyətli, qəzet işini sevəndir. Ailədən gələn bu məhəbbət qızı Səbinəyə keçib. Hal-hazırda o, jurnalistika ixtisası üzrə təhsil alır.
“Yeni Tərtər”
-
02MayDigər “Yeni Tərtər” – 90 üçün şərhlər bağlıdır
“Kolxozçuların varlanması yolunda” – 1934-1937 (redaktorlar Nazim Məmmədov, Xəlil Şəfizadə).
“Qızıl Bayraq” – 1937-1991(redaktorlar Qənbər Nəbiyev, Əli Ağayev, Zülfüqar Fərəcov, Aydın Məmmədxanov, Zahid İsmayılov, Əmiraslan Qurbanzadə, Zöhrab Məmmədov, Hilal Bayramov, Təvəkkül Nəcəfov).
“Tərtər” – 1991-2005 (redaktorlar Təvəkkül Nəcəfov, Hilal Bayramov).
“Yeni Tərtər”– 2005-ci ildən (redaktorlar Tofiq Yusif, Svetlana Bağırova )
Qəzetin www.yeniterter.com veb-saytı fəaliyyət göstərir.
-
02MayDigər Yaradıcılıq uğurları arzulayıram üçün şərhlər bağlıdır
“Yeni Tərtər” özünün 90 illik yubileyini özəlliklə də gəlişməkdə olan ölkələrdə qəzetlərin və ümumiyyətlə, jurnalistikanın gələcəyi ilə bağlı bədbin proqnozların baş alıb getdiyi bir vaxtda qeyd edir. Bəli, bloqer, vloqer, tiktoker və digər “er”lərin meydan suladığı, inflüenser, yəni rəy lideri rolunda çıxış etdikləri bir zamanda jurnalistin, əsl jurnalistikanın arxa planda qaldığını görməmək mümkün deyil. Onu da görməmək mümkün deyil ki, elə Azərbaycanın özündə də qəzet oxuyanların sayı durmadan aşağı düşür.
Gəlişmiş ölkələrə baxanda isə fərqli mənzərə ilə üzləşirik. Almaniyada hər gün qəzet oxuyanların sayı 78%-in üzərindədir və almanlar buna gündəlik azı yarım saat vaxt ayırırlar. Qərbdə doğru informasiya mənbəyi kimi də məhz qəzetlərə üstünlük verirlər. Elə həmən Almaniyada keçirilən sorğu göstərir ki, orada rəyi öyrənilənlərin 41%-i qəzetlərə inandığı halda, bütövlükdə internet resurslarına o cür yanaşanlar cəmisi 1%-dir. Daha ətraflı »
-
02MayDigər Jurnalistikada qazandığım çoxsaylı uğurlarıma görə “Yeni Tərtər” qəzetinə borcluyam üçün şərhlər bağlıdır
Qarşıdan doğma qəzetimizin 90 illik yubileyi gəlir. Ürək sözlərim çoxdur. Arzu edirəm ki, “Yeni Tərtər” qəzeti respublikamızın ən tanınmış qəzetlərindən biri olsun. O gün olsun qəzetimizin 100 illiyi, 150 illiyi, 200 illiyi, əsrlər boyunca yubiley illəri keçirilsin. “Yeni Tərtər” qəzetinin kollektivini də yubiley münasibəti ilə təbrik edirəm. Hörmətli həmkarlarıma, doğma kollektivimin üzvlərinə həyatda ən gözəl nemət olan cansağlığı və uzun ömür, bol-bol uğurlar arzulayıram. Əzizlərim, həyatın bütün şirinliklərini, ecazkar gözəlliklərini, dadından doya bilməyəcəyiniz duyğuları sizə diləyirəm. Daha ətraflı »
-
02MayDigər Doğma qəzet üçün şərhlər bağlıdır
Mənim “Yeni Tərtər” qəzeti ilə tanışlığım orta məktəb illərimə təsadüf edir. O vaxt qəzet “Qızıl Bayraq” adlanırdı. Direktorumuz (2№ məktəb), görkəmli pedaqoq Sabir Paşayev (mən onu ancaq Makarenko ilə müqayisə edə bilirəm) məktəbimizdə ədəbiyyat dərnəyi aparırdı. Mənim “Qızıl Bayraq”da ilk şeirim dərc olundu. Mənə, – uzaq bir dağ kəndindən gəlmiş bir uşağa elə bil dünyanı bağışladılar.
Sonradan çox yaxın dostluğa çevrilən ikinci tanışlığımız 90-cı illərin sonuna təsadüf etdi. O vaxt redaktor çox istedadlı şair Tofiq Yusif idi. Tanış deyildik. Amma onun yaradıcılığına bələd idim, şeirlərini çox sevirdim. O, mənim üçün çox bötük avtoritet idi. Onun böyüklüyünün qarşısında özümü çox cılız hiss edirdim, onunla görüşməyə özümdə cəsarət tapmırdım (elə sona qədər də belə oldu). “Demə Səməd Vurğun gəldi-gedərdi” adlı bir yazı yazdım və redaksiyaya göndərdim. Yazı xoşuna gəlmiş və Maarif müəllimi çağırıb mənim kim olmağımla maraqlanmışdı. Daha ətraflı »
Yeni ismarıclar