Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 23Fev
    Digər Xocalı soyqırımı vəhşiliyin görünməmiş təzahürüdür üçün şərhlər bağlıdır

    Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Xocalı soyqırımı haqqında deyib: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə bildirib ki, “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”.

    1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

    Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Daha ətraflı »

  • 22Fev
    Digər Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 19 fevral tarixində Türkiyənin paytaxtı Ankarada rəsmi səfərdə olub. Səfər zamanı dövlət başçısı mətbuata bəyanat verib.

    Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdirlər.

    Türkiyə bu gün dünya miqyasında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır.

    Qeyd olunub ki, Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir.

    Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı.

    Azərbaycan xalqı Türkiyənin qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı.

    Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

    Diqqətə çatdırılıb ki, cari ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcəkdir. Müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də sözügedən görüşdə iştirak edəcək və bu Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək. Daha ətraflı »

  • 20Fev
    Digər Fatma ananın sualına Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu cavab verdi üçün şərhlər bağlıdır

    “Yarpız ətri” yazısı qəzetimizdə 10 fevral 2012-ci ildə dərc olunub. Azərbaycan Mətbuat Şurasının xüsusi diplomuna və pul mükafatına layiq görülüb. Nəyə görə faciə ilə bağlı məqaləyə məhz “Yarpız ətri” sərlövhəsi seçilib? Məqsəd bizim yarpız ətirli, sülh qoxulu dinc həyatımızla ermənilərin insanlarımıza yaşatdıqları ağlasığmaz faciələr arasındakı təzadı daha qabarıq şəkildə göstərməkdir. Qeyd edim ki, həmin yazının rus dilinə tərcümə olunmuş variantı xalqımızın yaxın dostu, Xocalı faciəsinin canlı şahidi və bu barədə həqiqətlərin dünyaya çatdırılmasında misilsiz xidmətləri olan Ri-cardas Lapaitisə də göndərilmiş və onun tərəfindən də bəyənilmişdi.
    Aradan 12 il ötüb, ancaq Fatma ananın sonsuz kədər hissi ilə “ermənilər və onlara havadarlıq edənlər başımıza gətirdikləri bu müsibətlərə görə nə zamansa cavab verəcəklər?” sualı hələ də qulaqlarımda səslənir. Xocalının azad edilməsi xəbərini eşidəndə də elə ilk yadıma düşən Fatma ana və onun ailəsi oldu. Ona görə də bu il – Şanlı Zəfərimizdən sonra artıq azad Xocalının sakini olan Fatma Zamanova ilə yenidən görüşmək qərarına gəldim.
    Maraqlandım, öyrəndim ki, çoxdandır ki, onlar o uçuq ferma binasında yaşamırlar. Oğlanlarından biri – Qabil Zamanov isə elə əvvəl yaşadıqları kəndin ərazisində – rayonumuzun Qaynaq kəndində məskunlaşıb. Onunla görüşdüm. Qabil dedi: Daha ətraflı »

  • 20Fev
    Digər Problem həll edildi üçün şərhlər bağlıdır

    Bu günlərdə Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Tərtər Elektrik Şəbəkəsi tərəfindən Soyulan, Ağkənd və Köçərli kəndlərini işıqla təmin edən 160 kv-luq transformatorun 10 kv-luq və 0.4 kv-luq tərəfində olan qəzalı vəziyyətdə 2 ağac dayaq metal dayaqla əvəz olunub, xətlər yeni dayağa köçürülüb.
    Bununla bağlı Soyulan kəndinin sakini Mayıl Ələkbərov deyib:
    – Bu gün kəndimizə işıq normal qaydada, demək olar ki, bütün sutka ərzində verilir. Yəni bizim həyat tərzimiz şəhər sakinlərindən heç də fərqlənmir.
    Problemlər olanda isə, vaxtaşırı keçirilən səyyar-qəbul görüşlərdə rayon rəhbərinə məlumat veririk. Elə bu yaxınlarda kənddə keçirilən belə görüşdə işıq xətlərinin təmiri və yararsız elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı müraciət etdik.
    Qeyd edək ki, müraciətdən dərhal sonra problem öz həllini tapıb. İndi havanın necə keçməsindən asılı olmayaraq, həmin kəndlərdə işıqlar daim yanır. Ən başlıcası isə, təhlükəsizlik təmin olunub.

    “YENİ TƏRTƏR”

  • 16Fev
    Digər Yeni dövr uğurla başlayır və uğurla da davam edəcək üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 14 fevral tarixində Milli Məclisdə andiçmə mərasimi keçirilib.

    Prezident əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içib.

    Sonra Prezident əlini müqəddəs “Qurani-Şərif”ə əl basaraq Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağına, onları daim uca tutacağına and içib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.

    Bildirilib ki, Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə seçiləndə xalqı əmin etmişdir ki, qarşıda duran bütün vəzifələri icra edəcəkdir. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi.

    Qeyd olunub ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.

    Prezident İlham Əliyev deyib ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir. 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Daha ətraflı »

  • 12Fev
    Digər Tərtərlilər növbəti uğurlara, sosial-iqtisadi inkişafa, sülhə və əmin-amanlığa səs verdilər üçün şərhlər bağlıdır

    UĞUR OLSUN, CƏNAB PREZİDENT!

    Ölkəmizdə Zəfər seçkiləri başa çatdı. Xalqımız növbəti dəfə birlik nümayiş etdirdi. Azərbaycanın gələcəyini düşünən insanlar öz səslərini Qalib Liderə – İlham Əliyevə verdilər.
    Dünya Azərbaycanın növbəti tarixi Qələbəsinin şahidi oldu. Seçkiləri izləyən xarici müşahidəçilər, media nümayəndələri ölkə üzrə bütün seçki məntəqələrində işlərin yüksək səviyyədə qurulduğunu, hər kəsin öz seçki hüququndan sərbəst istifadə etməsi üçün bütün lazımi şəraitin yaradıldığını qeyd etdilər.
    Biz cənab İlham Əliyevin ailəsi ilə birlikdə Xankəndi şəhərində səs verdiyini qürurla izlədik. Məhz Xankəndidə! O şəhərdə ki, buradan qondarma respublikanın indi Azərbaycanın təcridxanalarında saxlanılan qondarma “rəhbərləri” sayaqlamalara bənzər çıxışları ilə beyinləri zəhərləyirdilər. “Dəmir yumruq” bunların hamısına birdəfəlik son qoydu. Düşmənin boş xülyaları tikdikləri keçilməz sədlər kimi darmadağın edildi. Torpaqlarımız öz sahiblərinə qayıtdı. Bizim hər birimiz xoşbəxtik ki, fevralın 7-də Azərbaycanın bütöv ərazisində keçirilən tarixi seçkilərin gedişini izləyə bildik. İzlədik və Xankəndidə, Füzulidə, Laçında, Xocalıda, işğaldan azad edilmiş digər şəhərlərdə insanların necə sevinclə, fərəhlə səs verdiklərinin şahidi olduq. Əlbəttə ki, bu mənzərəni seyr edərkən Müzəffər Ali Baş Komandan və onun ətrafında birləşən Azərbaycanın igid, vətənpərvər oğulları yada düşür. O oğullar ki, şirin canlarından keçdilər, ancaq bizə bu günlərin fərəhini, qürurunu yaşatdılar. İndi onların cənnətdəki ruhları azad Qarabağımızın üzərində rahat dolaşır, çünki düşmənin bütün pisliklərinə son qoyulub. İllərlə sərvətlərimiz istismar edilən torpaqlar tezliklə öz sahiblərinə qucaq açacaq. “Böyük Qayıdış” artıq başlayıb və uğurla, sürətlə davam etdirilir. Viran qoyulmuş kəndlər, şəhərlər göz önündə dəyişir. Daha ətraflı »

  • 12Fev
    Digər Tərtərlilər dövlətə və dövlətçiliyə sadiqlik nümayiş etdirdilər üçün şərhlər bağlıdır

    2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, xalqımızın sevimli və əvəzolunmaz Lideri, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev cənabları bir daha inamlı qələbə qazandı. Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, seçicilərin mütləq əksəriyyəti cənab İlham Əliyev cənablarına səs verərək onu növbəti dəfə 7 il müddətinə Azərbaycana Prezident seçdi. Tarixə Zəfər seçkisi kimi düşən budəfəki prezident seçkisində yüksək seçici fəallığı nümayiş olundu. Belə ki, respublika üzrə 5 milyona yaxın seçici seçki hüququndan istifadə edərək seçki məntəqələrinə gedərək öz iradələrini ifadə ediblər. Bu seçki digərlərindən bir daha ona görə fərqlənir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ərazi bütövlüyü təmin olunmuş dövlət olaraq bütün ölkə ərazisi üzrə seçkilər keçirilmişdir. Bu seçkilərin keçirilməsi böyük tarixi hadisədir. Beləliklə, qalib xalq ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkənin vətəndaşı olaraq qalib Liderinə – şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sədaqət, cənab İlham Əliyevə minnətdarlıq ifadə etdi. Daha ətraflı »

  • 12Fev
    Digər Yaşı 100-dən çox olan seçicilərin evlərinə daşınan seçki qutuları aparılıb üçün şərhlər bağlıdır

    Növbədənkənar prezident seçkiləri respublikanın digər bölgələrində olduğu kimi, Tərtər rayonunda da seçicilərin fəallığı ilə müşahidə olunub. Seçki məntəqələrinə gələ bilməyən yaşlı, fiziki məhdudiyyətli seçicilərin səsvermədə iştirakı üçün daşınan seçki qutuları ünvanlara aparılıb.
    Rayonun Mamırlı kənd sakini 112 yaşlı Süleymanova Zəhra Hətəm qızı, Hacıqərvənd kənd sakini 102 yaşlı Xəlilov İbrahim Heydar oğlu, Ağdərə rayonunun Umudlu kənd sakini 100 yaşlı Abbasquluyeva Ətlas Salah qızı və Kəngərli kənd sakini 100 yaşlı Almuradova Fatma Abbas qızı yaşadığı ünvanda səsvermə hüququndan istifadə ediblər.
    Yaşlı insanlar seçki hüquqlarından istifadə etdiklərindən məmnun qaldıqlarını bildiriblər.

     

  • 12Fev
    Digər Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    “Tərtər” oxuculara nə vəd edir

    Artıq narahat, səksəkəli bir ili də başa vurduq. Bu ildə nisgilimiz çox olsa da qazandıqlarımız da az olmadı. Ən başlıcası milli soy-kökümüzə qayıdırıq. 28 may Dirçəliş günümüz oldu. Respublikamızın adının, dövlət bayrağının dəyişdirilməsi barədə Azərbaycan SSR prezidenti fərman vermişdir.
    İllərin ayrıcında dayanıb olub-keçənlərə, baş verən hadisələrə qiymət vermək fikrində deyilik. Bu haqda çox deyilib, çox yazılıb. Məqsədimiz başqadır. Axı, üç ildən bəri rayonumuzun köhnə adının bərpasına, qəzetimizin “Tərtər” adı ilə çıxmasına çalışılıb. Birinci məsələnin həllinə qismən (ona görə qismən deyirik ki, rayon Sovetinin verdiyi qərarın təsdiqi gecikir) nail olsaq da, ikinci məsələ artıq həll olunubdur. “Tərtər” yeni ildə təzə-tər xəbərləri, məqalələrilə görüşünüzə gəlibdir. Sizi əmin edirik ki, “Tərtər” ulu babası “Əkinçi”nin adət-ənənələrinə sadiq qalıb oxucuların yaxın dostuna, sevimlisinə çevriləcəkdir. Qəzetimizdə rayonumuzun həyatı, kəndimizin problemləri, mədəniyyət və maarifi, gələcək perspektivləri, narahat dünyamızda baş verən hadisələr haqqında yazılır, maraqlı xəbərlər dərc ediləcəkdir.
    Çalışacağıq ki, milli soy-kökümüzü özündə əks etdirən “Tərtər”in hər nömrəsi Sizi sevindirsin, maraq dairənizi əhatə etsin, “Molla Nəsrəddin kimi düzü düz, əyrini-əyri göstərsin”. Əziz oxucularımız, bunun üçün ancaq Sizə güvənirik.

    Redaksiya heyəti
    “Tərtər”, 1 yanvar
    1991-ci il

  • 05Fev
    Digər Azərbaycanla Ermənistan arasında hökm sürən sülh şəraiti məntiqi sonluğa çatmalıdır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin cari ilin 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. Qəbul zamanı dövlətimizin başçısı çıxış edib.

    Prezident ilham Əliyev bildirib ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı.

    2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib.

    Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.

    2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi.

    Dövlət başçısı deyib ki, ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurmuşdur.

    Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Daha ətraflı »