Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02May
    Digər “Yeni Tərtər”  –  90 üçün şərhlər bağlıdır

    “Kolxozçuların varlanması yolunda” – 1934-1937 (redaktorlar Nazim Məmmədov, Xəlil Şəfizadə).

    “Qızıl Bayraq” – 1937-1991(redaktorlar Qənbər Nəbiyev, Əli Ağayev, Zülfüqar Fərəcov, Aydın Məmmədxanov, Zahid İsmayılov, Əmiraslan Qurbanzadə, Zöhrab Məmmədov, Hilal Bayramov, Təvəkkül Nəcəfov).

    “Tərtər” – 1991-2005 (redaktorlar Təvəkkül Nəcəfov, Hilal Bayramov).

    “Yeni Tərtər”– 2005-ci ildən (redaktorlar Tofiq Yusif, Svetlana Bağırova )

    Qəzetin  www.yeniterter.com veb-saytı fəaliyyət göstərir.

     

  • 02May
    Digər Yaradıcılıq uğurları arzulayıram üçün şərhlər bağlıdır

    “Yeni Tərtər” özünün 90 illik yubileyini özəlliklə də gəlişməkdə olan ölkələrdə qəzetlərin  və ümumiyyətlə, jurnalistikanın  gələcəyi ilə bağlı bədbin proqnozların baş alıb getdiyi bir vaxtda qeyd edir. Bəli, bloqer, vloqer, tiktoker və digər “er”lərin  meydan suladığı, inflüenser, yəni rəy lideri rolunda çıxış etdikləri bir zamanda jurnalistin, əsl jurnalistikanın arxa planda qaldığını görməmək mümkün deyil. Onu da görməmək mümkün deyil ki, elə Azərbaycanın özündə də qəzet oxuyanların sayı durmadan aşağı düşür.

    Gəlişmiş ölkələrə baxanda isə fərqli mənzərə ilə üzləşirik.  Almaniyada  hər gün qəzet oxuyanların sayı 78%-in üzərindədir və almanlar buna gündəlik azı yarım saat vaxt ayırırlar. Qərbdə doğru informasiya mənbəyi kimi də məhz qəzetlərə üstünlük verirlər. Elə həmən Almaniyada keçirilən sorğu göstərir ki, orada rəyi öyrənilənlərin 41%-i qəzetlərə inandığı halda, bütövlükdə internet resurslarına o cür yanaşanlar cəmisi 1%-dir. Daha ətraflı »

  • 02May
    Digər Jurnalistikada qazandığım çoxsaylı uğurlarıma görə “Yeni Tərtər” qəzetinə borcluyam üçün şərhlər bağlıdır

    Qarşıdan doğma qəzetimizin 90 illik yubileyi gəlir. Ürək sözlərim çoxdur. Arzu edirəm ki, “Yeni Tərtər” qəzeti respublikamızın ən tanınmış qəzetlərindən biri olsun. O gün olsun qəzetimizin 100 illiyi, 150 illiyi, 200 illiyi, əsrlər boyunca yubiley illəri keçirilsin. “Yeni Tərtər” qəzetinin kollektivini də yubiley münasibəti ilə təbrik edirəm. Hörmətli həmkarlarıma, doğma kollektivimin üzvlərinə həyatda ən gözəl nemət olan cansağlığı və uzun ömür, bol-bol uğurlar arzulayıram. Əzizlərim, həyatın bütün şirinliklərini, ecazkar gözəlliklərini, dadından doya bilməyəcəyiniz duyğuları sizə diləyirəm. Daha ətraflı »

  • 02May
    Digər Doğma qəzet üçün şərhlər bağlıdır

    Mənim “Yeni Tərtər” qəzeti ilə tanışlığım orta məktəb illərimə təsadüf edir. O vaxt qəzet “Qızıl Bayraq” adlanırdı. Direktorumuz (2№ məktəb), görkəmli pedaqoq Sabir Paşayev (mən onu ancaq Makarenko ilə müqayisə edə bilirəm) məktəbimizdə ədəbiyyat dərnəyi aparırdı. Mənim “Qızıl Bayraq”da ilk şeirim dərc olundu. Mənə, – uzaq bir dağ kəndindən gəlmiş bir uşağa elə bil dünyanı bağışladılar.

    Sonradan çox yaxın dostluğa çevrilən ikinci tanışlığımız 90-cı illərin sonuna təsadüf etdi. O vaxt redaktor çox istedadlı şair Tofiq Yusif idi. Tanış deyildik. Amma onun yaradıcılığına bələd idim, şeirlərini çox sevirdim. O, mənim üçün çox bötük avtoritet idi. Onun böyüklüyünün qarşısında özümü çox cılız hiss edirdim, onunla görüşməyə özümdə cəsarət tapmırdım (elə sona qədər də belə oldu). “Demə Səməd Vurğun gəldi-gedərdi” adlı bir yazı yazdım və redaksiyaya göndərdim. Yazı xoşuna gəlmiş və Maarif müəllimi çağırıb mənim kim olmağımla maraqlanmışdı. Daha ətraflı »

  • 02May
    Digər Yeni Tərətrin salnaməsini yaradan “Yeni Tərtər”in 90 yaşına! üçün şərhlər bağlıdır

      İlin, günün bu vaxtında ayda 3 dəfə oxucuların görüşünə gəlmək, yaşayıram deməkdir, bölgə mətbuatı hələ tarixin zirzəmisinə atılmayıb deməkdir. Təəssüflə bildirirəm ki, bu fikirləri nə qədər ağır olsa da “Kür” qızeti haqqında deyə bilmirəm. Ölkəmizdə yaşayan tək-tək əyalət qəzetlərindən biri “Yeni Tərtər”dir. Bu münasibətlə qəzetin baş redaktoru,  canıyla-qanıyla mətbuata bağlı olan,  bu yolda hər cür fədakarlığı qarşılaya bilən çox dəyərli həmkarım Svetlana Bağırovanı və kollektivi səmimi-qəlbdən təbrik edir, yollarına uğurla davam etmələrini diləyirəm.    Düz 90 il əvvəl – 1934-cü ildə “Kolxozçuların varlanması yolunda” adı ilə nəşrə başlayan qəzet, sonralar dövrün siyasi ab-havasına uyğunlaşmağa məcbur olmuş, 1937-ci ildən “Qızıl bayraq”, 1991-ci ildən “Tərtər” adı ilə ayaqüsdə dayanmağı bacarmışdı. Daha ətraflı »

  • 02May
    Digər Qələbəmizi təmin edən xalq-Ordu-Ali Baş Komandan birliyində “Yeni Tərtər”in də payı var üçün şərhlər bağlıdır

    Əziz və hörmətli həmkarlarımız! Azərbaycan region qəzetləri sistemində tarixən və müasir günlərimizdə öz nüfuzunu daim qoruyub saxlayan”Yeni Tərtər”in 90 illik yubileyi münasibətilə Sizi ürəkdən təbrik edirik. “Yeni Tərtər” qəzeti şərəfli bir tarixi yol keçmişdir. 90 illik fəaliyyəti dövründə bu qəzet özünün yerli oxucularını maarifləndirmək missiyasını Vətənə, doğma Tərtərə sevgi ilə həyata keçirmişdir. Daha ətraflı »

  • 02May
    Digər Əhalini maarifləndirən qəzet üçün şərhlər bağlıdır

    Radionun və televiziyanın təşəkkül tapmadığı dövrdə mətbuat qədim informasiya vasitəsi olmuşdur. Azərbaycan tarixinə  ilk mətbu orqan kimi daxil olaraq fəaliyyətə başlayan   “Əkinçi” qəzetinin  ənənələrini rayonumuzda  layiqincə davam etdirən və  bu gün  90 yaşını qeyd etməyə hazırlaşdığımız  “Yeni Tərtər” qəzeti rayonumuzun ictimai-siyasi həyatında mühüm rol oynayır. Bu gün “Yeni Tərtər” qəzetinin  bayramıdır, onun timsalında rayonumuzun, ümumilikdə isə mətbuatımızın bayramıdır.

    “Yeni Tərtər” qəzeti  region  qəzeti olaraq müxtəlif sahələr üzrə  dərc etdiyi məqalələrə, publisist yazılarına və digər sahələri əhatə edən mözvulara görə heç də Respublikanın  mərkəzi mətbu orqanlarından geri qalmır. Hətta onlarla bir sırada dayanır. Qəzet  mütəmadi olaraq  istər rayonumuzun , istərsə də ölkəmizin tarixinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə aid mövzularla çıxış edir. Daha ətraflı »

  • 02May
    Digər Mən həmişə sizinləyəm üçün şərhlər bağlıdır

    90 il… Bir əsrdən 10 il az, bir igidin ömründən nə qədər çox… İllər keçdikcə qədrin, qiymətin azalmadı, mənim doğma qəzetim. Oxucu kütlən, dəyərini bilən dəyərli insanların köməti yaşatdı səni.

    Şükürlər olsun ki, bu gün də bu qayğı, bu diqqət azalmır və bu qədər informasiya bolluğunda sənin öz yerin, öz dəyərin var. Bu, ömrünün 25 ilini sənə həsr edən, “qəzet mənim həyatımdır”, – deyən, səni bütün varlığı ilə sevən bir doğmanın fikridir. İndi qəzetdə işləməsəm də səni yenə eyni məhəbbət, eyni sevgi ilə sevirəm.  Bu sevgi sönməz, bu sevgi dönməzdir. Daha ətraflı »

  • 02May
    Digər 44 İLİN AYRILIĞI üçün şərhlər bağlıdır

    Qaynar gəncliyimin, xoşbəxt günlərimin beş ilini Tərtərdə, səmimiyyəti, mehribanlığı, qayğıkeşliyi ilə  mənim üçün doğmalaşan, bacıya, qardaşa, əmiyə, dayıya çevrilən, unudulması mümkünsüz olan  tərtərlilərin əhatəsində  yaşamışam. 1975-1980-ci illərdə Tərtərdə çıxan “Qızıl bayraq” (İndiki “Yeni Tərtər”) qəzetində müxbir və şöbə müdiri vəzifəsində çalışmışam. Torpağı münbit, suyu saf, insanları qürurlu bu diyarda yaşadığım, işlədiyim beş ilin hər günü mənim üçün son dərəcə unudulmaz və əzizdir… Daha ətraflı »

  • 02May
    Digər Qəzet ayaqda durmağı bacarır üçün şərhlər bağlıdır

     Sovet dövründə Azərbaycanın hər rayonunda bir qəzeti vardı. Qəzetlər bəzi rayonlarda daha aktiv, maraqla oxunurdu. Hətta regional qəzetlər mərkəzi qəzetlərdən daha fəal idi. Füzuli rayonunda “Araz”, Zərdabda “Əkinçi”, Qazaxda “Göyəzən”, Zəngilanda “Zəngilanın səsi” kimi qəzetlərin adını çəkərdim. Sovetlər İttifaqının dağılması mətbu sistemin də dağılmasına gətirib çıxardı. Mətbuatda bir düzən, sistem vardı. O mətbuat da çökdü. Ancaq yerli mətbuat yerli camaat arasında ünsiyyət vasitəsi idi. Kolxozlar, sovxozlar,  təsərrüfatlar dağıldı. Gəlir gətirəcək sahələr dağıldı, qəzetlərin abunə sistemi pozuldu. Bu da sirayət elədi rayon qəzetlərinin çöküşünə. Bu qəzetlərdən biri də “Tərtər” qəzeti idi. 1934-cü ildə “Kolxozçuların varlanması yolunda” adı ilə fəaliyyətə başlayan qəzet 1937-ci ildən “Qızıl Bayraq” adı ilə nəşr olunmuşdur. 1963–1965-ci illərdə Tərtər rayonu Bərdə rayonu ilə birləşdiyinə görə, “Qızıl Bayraq” qəzeti Bərdə rayonunun “Kommunizm yolu” qəzeti ilə birləşdirilmiş, 1966-cı ildən yenidən “Qızıl Bayraq” adı ilə nəşr edilmişdir. 1998-ci ildən fəaliyyəti dayanan qəzet 2005-ci ildən etibarən “Yeni Tərtər” adı ilə nəşr edilməyə başlamışdır. Daha ətraflı »