Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Yan
    Digər SUQOVUŞANA HƏYAT YENİDƏN QAYIDIR üçün şərhlər bağlıdır

    Növbəti səfərimiz şanlı Azərbaycan Ordusu tərəfindən oktyabrın 3-də işğaldan azad edilmiş Suqovuşan kəndinədir. Avtomobilimiz yeni inşa edilmiş Tərtər-Suqovuşan-Talış yolu ilə şütüyür. Düzənlikdən dağlara doğru irəlilədikcə müxtəlif relyef formalarını seyr edə-edə azadlığa qovuşmuş Vətən torpağına tez çatmaq üçün səbirsizlənirəm. Nəhayət, dağlar qoynunda yerləşən Suqovuşan kəndinə çatırıq.
    Suqovuşan kəndi 1990-cı illərin əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Kənd müzəffər ordumuz tərəfindən azad ediləndən sonra buraya Tərtər şəhərindən yeni asfalt yol çəkilib.
    Sevinc və iftixar hissi ilə kəndi gəzirik. Dalğalanan üçrəngli bayrağımız hər birimizdə qürur hissi doğurur. Kənddə təmir-bərpa və abadlıq işləri həyata keçirilir.
    Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğaldan azad etdiyi digər yaşayış məntəqələrimiz kimi, Suqovuşana da həyat yenidən qayıdır. Çox keçməyəcək ki, Suqovuşan sakinləri doğma kəndlərinə dönəcəklər. Daha ətraflı »

  • 18Yan
    Digər “Bala Kirpi”nin sərgüzəştləri üçün şərhlər bağlıdır

                                                  KORONAVİRUSU VECƏ ALMAYANLAR

    “Bala Kirpi” yuxuda gördü ki, koronavirusa yoluxub. Qorxusundan dik atıldı. O dəqiqə dodaqları uçuqladı. Yatağının içində tir-tir əsməyə başladı. Handan-hana özünə gəldi və tam biləndən sonra ki, gördüyü yuxudur, Allaha şükür etdi. Yadına bir neçə gün əvvəl bu şoğərib virusa yoluxan dostu “Bala Tutuquşu” düş-dü, kövrəldi. Öz-özünə dedi: “Axı, sənə demişdim, a səy Tutuquşu balası, özünü gözlə, gigiyenik qaydalara riayət elə, təmasdan qaç, ara məsafəsi saxla, heç kimnən öpüşmə, əllə salam vermə… Kimə deyirsən? Zalım oğlu məni vecinə almadı. Kim qarşısına çıxdı, qucaqlaşdı, marçamarç öpüşdü, maska taxmadı, spirtlə əllərini dezinfeksiya eləmədi!…
    Axırı da, o deeeyyy, Bakıda xəstəxanada can verir, nəfəs ala bilmir, öskürməkdən qarnının dərisi cırılır! Sağala, ya sağalmaya, ya qismət!”.
    “Bala kirpi” ta yata bilmədi, səhəri dirigözlü açdı, yerində o qədər o yana-bu yana çabaladı ki, yatağı qırışqırış oldu, yastığı başının altınnan qaçdı…
    Səhər-səhər yerindən zorla qalxdı, ərincək-ərincək gərnəşdi, ayaqlarını sürüyə-sürüyə hamama tərəf getdi, üz-gözünə bir-iki ovuç su vurdu, qayıdıb gəldi. İştahı yox idi, heç nə yemədi. Əllərini dezinfeksiya elədi, maska taxıb, anasına bir söz demədən bayıra çıxdı. Məqsədsiz-zadsız, veyillənə-veyillənə şəhərin mərkəzinə gəldi. Fikri o idi ki, axırıncı dəfə “Bala Tutuquşu” ilə şəhəri gəzəndən sonra karantin rejimi ilə bağlı adamlar arasında hansı yeniliklərin olduğunu öyrənsin. Gördü ki, yenə hər kəs öz kefindədi. Daha ətraflı »

  • 18Yan
    Digər PULA SATILMIŞ İNSANLAR üçün şərhlər bağlıdır

    İnsanlar da pul kimidir. Funksiyaları var. Pula çevrilib bəzi insanlar. Pul əlində çox olduqca, pul funksiyalarını daşıyır onlar.
    Pulla bu həyatda az qala hər şeyi almaq olar. Pula satılır. Bəzi insanlar belə pula satılır.
    Xoşbəxtliyini də pulla ala bilərsən. Sağlamlığını da.
    Pulun olmayanda xoşbəxt ola bilmirsən, pulla satılanları ala bilmirsən deyə. Ac qarnına xoşbəxtlik olacaq? Əsla!
    Pulsuz olsan, sağlamlığın da, gedər əlindən. Daha ətraflı »

  • 14Yan
    Digər PREZİDENT İLHAM ƏLİYEV: “DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ KEÇMİŞDƏ QALIB” üçün şərhlər bağlıdır

    Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

    Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli Bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.

    10 noyabr üçtərəfli Bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi.

    Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini qiymətləndirərək görüşdə iştiraka razılıq verib. Daha ətraflı »

  • 11Yan
    Digər PREZİDENT İLHAM ƏLİYEV: BİZ TARİXİ ƏDALƏTİ BƏRPA ETDİK. üçün şərhlər bağlıdır

    Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi.

    Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə zamanı deyib.

    Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır.

    Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi  qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Daha ətraflı »

  • 08Yan
    Digər AZƏRBAYCANIN ZƏNGİN VƏ TƏKRAROLUNMAZ MƏDƏNİYYƏTİ BİZİM QÜRUR MƏNBƏYİMİZDİR üçün şərhlər bağlıdır

    Özünəməxsusluğun və milli dəyərlərin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.
    Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.
    Azərbaycan muğamı xalqın milli sərvətidir. Mövcud istiqamətdə UNESCO ilə əməkdaşlıq qarşılıqlı maraqlar əsasında davam etdirməlidir.
    Mədəniyyət sahəsində strateji fəaliyyət istiqamətləri bunlardır: mə-dəni irsin qorunması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyə olunması, istedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması zamanı obyektivliyin gözlənməsi, tarixi abi-dələrin qorunması, yararsız vəziyyətdə olan mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişinin aparı-lıb yenidən siyahıya alınması, azad edilmiş Daha ətraflı »

  • 08Yan
    Digər AZƏRBAYCANDA BENZİNİN QİYMƏTİ ƏKSƏR ÖLKƏLƏRDƏKİNDƏN AŞAĞIDIR üçün şərhlər bağlıdır

    Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir: Daha ətraflı »

  • 08Yan
    Digər VƏTƏN MÜHARİBƏSİNDƏ TƏRTƏRİN HƏRBİ ŞƏHİDLƏRİ üçün şərhlər bağlıdır

                                                             Bayraqları bayraq yapan üstündəki qandır,
                                                             Toprak, əgər uğrunda ölən varsa, Vətəndir

           

         

         

         

         

         

         

         

         

         

     

  • 28Dek
    Digər Xaricdə yaşayan azərbaycanlılar üçün şərhlər bağlıdır

                                                                        QƏLBİ VƏTƏNLƏ DÖYÜNƏNLƏR

    Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi.
    Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaş-larımıza müraciətlərindən birində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

    Daha ətraflı »

  • 28Dek
    Digər 2021-ci İL BÜRCLƏRƏ NƏ VƏD EDİR üçün şərhlər bağlıdır

    Bu il kimə çətin olacaq və kimə rahatlıq gətirəcək? Yalnız şəxsi doğuş cədvəlinə əsasən, yeni ildə istiqamətlərinizi və imkanlarınızı dəqiq bilə bilərsiniz. Yeri gəlmişkən, 2021 Öküz ili üzərində təhvil olunur. Gəlin əvvəlcə Öküz ilinin xüsusiyyətləri ilə tanış olaq.
    Öküzlər çalışqanlığı, etibarlılığı, gücü və qətiyyəti ilə tanınır, təbiətinə görə dürüst, ölkələrinin böyük vətənpərvərləridir, iddialıdırlar. Öküz ilində dünyaya gələnlər üçün ənənələr, ailə və iş vacibdir. Bu keyfiyyətlərdən göründüyü kimi, Öküz mühafizəkardır, irəliləmək arzusu və böyük səbir Öküzün addım-addım hədəflərinə çatmasına kömək edir. İdeallarına və imkanlarına uyğun hərəkət edirlər, başqalarının və ya ətraf mühitin fikirlərindən asılı deyillər. Bir şeyə qərar verməzdən əvvəl hər bir addımı təfərrüatlı şəkildə təsvir edən güclü və dəqiq bir plan hazırlayacaqlar. Odur ki, Öküz ilində anadan olanlar böyük uğur qazanırlar. Öküz xarakterinin çatışmazlıqları arasında zəif ünsiyyət bacarıqları var. Başqaları ilə asanlıqla ünsiyyətə girə bilmirlər, hətta tez-tez düşünürlər ki, başqaları ilə fi-kir mübadiləsi etməyə dəyməz. Daha ətraflı »