Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Noy

    Digər üçün şərhlər bağlıdır

                                                                                                                Ağdam

    Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1150 kvadrat km, əhalisi 153000 nəfər olub.
    Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı , 15 şərab zavodu, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşirdi.
    Ağdamın şəhid sayı 6570 nəfər, Milli Qəhrə-manı 16 nəfər, döyüşlərdə iştirak edən ağdamlı sayı 40,000 nəfər, ağdamlı Qarabağ qazisi 4950 nəfər olub.
    Ağdam şəhəri işğal zamanı erməni vandalları tərəfindən vəhşicəsinə talan edilib.
    Ağdam 20 noyabr 2020 tarixdə işğaldan azad olunub.

  • 30Noy

    Digər üçün şərhlər bağlıdır

                                                                                                         Kəlbəcər

    Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
    10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 15 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verməli idilər. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı.
    Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır.
    1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək Daha ətraflı »

  • 30Noy

    Digər üçün şərhlər bağlıdır

                                                                                                                 Laçın

    Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 28 il ötmüşdür.
    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub.
    1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qü̈vvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu.
    1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub. Daha ətraflı »

  • 30Noy
    Digər TƏRTƏR RAYONUNUN SUQOVUŞAN VƏ TALIŞ KƏNDLƏRİ üçün şərhlər bağlıdır

                                                                                                            Suqovuşan
    Suqovuşan kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.
    Kənd 3 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Madagiz adlandırılan bu kəndin adı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmışdır.
    Kənd ərazisində Suqovuşan su anbarı və Madagiz 1 su elektrik stansiyası yerləşir. Daha ətraflı »

  • 27Noy
    Digər KƏLBƏCƏRİN İŞGALDAN AZAD OLUNMASI AZƏRBAYCANIN MÖHTƏŞƏM TARİXİ QƏLƏBƏSİNİN DAHA BİR TƏSDİQİDİR üçün şərhlər bağlıdır

    25 noyabr 2020-ci il tarixdə 27 illik böyük həsrətdən sonra Kəlbəcər rayonu işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, indi isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirir. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.

    Kəlbəcərin azad olunması ilə Azərbaycan  BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini,
    ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Bununla bütün dünya şahidi oldu ki, XXI əsrin müharibəsini aparan Azərbaycanın xalqı qalib və döyüşkəndir. Daha ətraflı »

  • 25Noy
    Digər ÜÇTƏRƏFLİ BƏYANAT AZƏRBAYCANIN QƏLƏBƏSİDİR üçün şərhlər bağlıdır

    Ağdam rayonu Qarabağ ərazisində çox inkişaf edən və əhalisinin sayına görə ən böyük rayondur.

    Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi.

    Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. 2010-cu ilin noyabr ayında erməni separatçıları Daha ətraflı »

  • 20Noy
    Digər ŞUŞANIN İŞĞALDAN AZAD EDİLMƏSİ ŞANLI QƏLƏBƏNİN RƏMZİDİR üçün şərhlər bağlıdır

    Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 10 noyabr qələbəsindən cəmi 6 gün sonra işğaldan azad olunmuş Cəbrayıl və Füzuli şəhərlərinə getdilər. Bu gediş tarixi gediş idi. Azərbaycan 28 ildən sonra həm Qarabağı işğaldan azad etdi, həm də Qarabağa sahibləndi. Bir daha onun olduğunu və bir daha bundan sonra kimsənin ona sahibindən başqa sahiblənə, yiyələnə bilməyəcəyini göstərdi. 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyinin davamı – növbəti əzəməti, qüruru yaşandı. Azərbaycan qalib kimi qayıtdı Qarabağına, Füzulisinə, Cəbrayılına, Xudafərininə. Müharibə davam etdiyi müddətdə istər Prezident İlham Əliyev, istərsə də Birinci vitse-Prezident Mehriban Əliyeva mütəmadi olaraq yaralı əsgər və zabitlərimizlə, şəhid və qazi ailələri ilə görüşlər keçirdilər, onların bütün qayğı və problemlərini diqqətdə saxladılar, hər zaman yanlarında olduqlarını nümayiş etdirdilər. Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandanının işğaldan azad olunan bölgələrə səfəri zamanı Daha ətraflı »

  • 20Noy
    Digər QƏLƏBƏ HİSSLƏRİNİ YAŞADAN PREZİDENTƏ XALQ ÖZ SEVGİSİNİ NÜMAYİŞ ETDİRİR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri qalib Sərkərdənin işğaldan azad olunmuş torpaqlarda xalqla birlikdə qeyd etdiyi Zəfər bayramı idi. Dövlət başçısının səfərinin Milli Dirçəliş Günü ərəfəsində baş tutması həm siyasi, həm də tarixi aspektdən böyük önəm kəsb edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan yenicə azad edilmiş, təhlükəsizliyi hələ tam təmin olunmamış, minalardan tam təmizlənməmiş rayonlara səfər etməklə bir daha xüsusi cəsarət və liderlik nümayiş etdirdi. Dövlətimizin başçısı bütün dünyaya göstərdi ki, bu torpaqlar vahid Azərbaycan dövlətinin ərazisidir.
    Siyasətdə, cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hər zaman Prezidentinin ətrafında sıx birləşən, Daha ətraflı »

  • 20Noy
    Digər QARABAĞ AZƏRBAYCANDIR! üçün şərhlər bağlıdır

                                                                     ŞANLI ORDUMUZUN TARİXİ QƏLƏBƏSİ

    Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə qazanılan böyük Qələbə dünyada geniş əks-səda doğurmuşdur. Həmin Qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bu Qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Dünya gördü ki, məğlubiyyətlə heç vaxt barışmayan Azərbaycan xalqı öz qələbəsini döyüş meydanında əldə etdi. Xalqımıza sevinc bəxş edən həmin günlərdə Şuşanın azad olunması və Qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətlər etdi.
    Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gündür.
    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Daha ətraflı »

  • 20Noy
    Digər ÜÇTƏRƏFLİ BƏYANAT İMZALANDI üçün şərhlər bağlıdır

                   

    Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:

    1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ mü-naqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Er-mənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.
    2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
    3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Daha ətraflı »