Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Avq
    Tərtər RİH-də ONLAYN ŞURA İCLASI üçün şərhlər bağlıdır

    İclasa Milli Məclisin deputatı Sahib Alıyev, hüquq mühafizə orqanları, icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Tərtər Cümə Məscidinin axundu da qatılmışdır.
    Əvvəlcə rayon rəhbəri Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə rəhbərinin nitqindən irəli gələn vəzifələr və cari ilin birinci yarısında rayonda görülmüş işlər barədə danışmışdır.
    Pandemiya Azərbaycanda da cari ilin 6 ayında ümumdaxili məhsul 2,7 faiz, turizm sektoru 48 faiz, tikinti sektoru 14,5 faiz tənəzzülə uğramışdır.
    İcra başçısı cari ildə ölkəmizdə kənd təsərrüfatının
    2,2 faiz, qeyri-neft sektorunda sənaye istehsalının 11 faizdən çox artdığını bildirmişdir.
    Rayon rəhbəri qeyd etdi ki, Daha ətraflı »

  • 20İyl
    Tərtər RİH-də GÜNÜN ƏN VACİB MƏSƏLƏSİ üçün şərhlər bağlıdır

    Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, rayon ərazisində fəaliyyət göstərən qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictima-iaşə müəssisələrində, ictimai nəqliyyatda, müxtəlif ticarət və xidmət sahələrində bununla bağlı tətbiq olunan tələblərə riayət edilməsinin mütəmadi olaraq monitorinqinin aparılaraq pozuntu hallarının qarşısı-nın alınması, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi ilə bağlı Tərtər Rayon İcra Haki-miyyətinin başçısının növbəti videokonfransı keçirilib.Videokonfransda rayon polis şöbəsinin rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin Daha ətraflı »

  • 10İyl
    Tərtər RİH-də VİDEOKONFRANS KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin tətbiq edilməyən bölgələrdəki vəziyyətlə əlaqədar Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən geniş tərkibli videomüşavirə ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmə-dov videokonfrans keçirib.
    Videokonfransda rayon prokuroru Şıxəli Alməmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin əməkdaşı İsmayıl Şahverdiyev, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
    Rayon icra hakimiyyətinin başçısı bildirib ki, videomüşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyev, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev və 77 şəhər və rayonların İcra hakimiyyəti başçıları, prokurorları, daxili işlər və dövlət təhlükəsizliyi şöbələrinin rəisləri iştirak ediblər. Daha ətraflı »

  • 10İyl
    Tərtər RİH-də VACİB TAPŞIRIQLAR VERİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti vi-deokonfrans keçirib.
    Videokonfransda icra baş-çısı respublika Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Covid-19-a qarşı həsr olunmuş xüsusi sessiyasının keçiriləcəyini, dünyanın 130-dan çox dövlətinin İlham Əliyevin bu təşəbbüsünü dəstəklədiyini bildirmişdir. Bunun beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın göstəricisi olduğunu qeyd etmişdir.
    Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermə-nistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini bildirdiyi halda, Ermənistan yenə öz xəyanətkar mövqeyini sərgiləmişdir. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Daha ətraflı »

  • 10İyl
    Tərtər RİH-də İCRA BAŞÇISI POLİSLƏRİ TƏBRİK EDİB üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstə-qim Məmmədov Azərbaycan polisi günü münasibəti ilə rayonun polis işçilərini təbrik edib.
    Təbrikdə qeyd olunub ki, Azərbaycan Polisinin ya-ranmasının 102-ci ildönü-müdür. Azərbaycan polisi bir əsr şərəfli tarixi yol keçmişdir. Xüsusən, Ulu Öndər Heydər Əliyevin respubli-kamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili gücləndirilmiş peşakar kadr özəyi yaradılmışdır. Məhz ümummilli liderin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycan Po-lisi günü kimi qeyd olunur.Bu gün Ulu Öndərin siyasi kursunun layiqli da-vamçısı olan respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki baza-nın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması polis işçilərinə göstərilən diqqət və qayğının bariz nü-munəsidir. Daha ətraflı »

  • 30İyn
    Tərtər RİH-də DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI ONLAYN QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans formatında görüş keçirib.
    İcra başçısı əvvəlcə konfrans iştirakçılarını Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə təbrik edib, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar diləyib.
    Sovetlər İttifaqı dağıldıqdan sonra dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında normal idarəetmə sistemi ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qa-yıdışından sonra yaranmağa başlamışdır.
    2000-ci il iyunun 21-də “Dövlət qulluğu haqqında” qanun imzalandıqdan sonra dövlət qulluğunun tənzimlənməsi ilə bağlı qanun, fərman və sərəncamlar imzalanmış, bu sənədlərlə müxtəlif əsasnamələr, qaydalar, nümunələr təsdiq edilmiş, dövlət qulluqçuları üçün orden və medallar, fəxri adlar təsis olunmuş, onların fəaliyyətini tənzimləyən bütün məsələlər bu aktlarda öz əksini tapmışdır. Daha ətraflı »

  • 09May
    Tərtər RİH-də VİDEOKONFRANS üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlər, yerlərdə vəzifə borclarının icrası və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı videobağlantı vasitəsilə növbəti müşavirə keçirib. Daha ətraflı »

  • 18Mar
    Tərtər RİH-də QARAĞACI KƏNDİNDƏ SƏYYAR QƏBUL – GÖRÜŞ üçün şərhlər bağlıdır

    Görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 2019-cu ilin dərin islahatlar ili kimi tarixə qovuşduğunu qeyd etdi. Bildirdi ki, ötən il Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində ölkədə maaşlar, pensiyalar, təqaüdlər, müavinətlər demək olar ki, iki dəfə artdı.
    Sonra rayon rəhbəri, son beş ildə rayonda aparılan tikinti abadlıq işlərindən də danışdı.
    Sonra Qarağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov görülən işlər haqqında məlumat verdi.
    Kənd ağsaqqalları Şakir və Şükür Əhmədovlar, Məhəmməd Nuriyev çıxış edərək, kəndin fasiləsiz qaz, işıq, su ilə təmin Daha ətraflı »

  • 18Mar
    Tərtər RİH-də QADINLARIN BAYRAMI QEYD EDİLDİ üçün şərhlər bağlıdır

    8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Tərtər rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə tədbir keçib. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak edib.
    Mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik edib, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən danışıb. Rayon rəhbəri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan qadınına həmişə yüksək qiymət verdiyini, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, onların fədakar əməyinin yüksək qiymətləndirildiyini, müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verildiyini, orden və medallarla təltif olunduğunu diqqətə çatdırdı. Daha ətraflı »

  • 18Mar
    Tərtər RİH-də SAKİNLƏRİN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azadqaraqoyunlu kəndində sakinlərlə görüşüb.
    Görüş zamanı rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı bölgələrdə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışıb.
    Sonra rayon rəhbəri kənd sakinlərinin problemləri ilə maraqlanıb. Vətəndaşlar Azadqaraqoyunlu kəndində yeni məktəbin tikilməsinə, yola yeni asfalt örtüyünün salınmasına, elektrik təsərrüfatının yenidən qurulmasına, içməli su üçün və təsərrüfat sahələrinin suvarılmasına görə yeni subartezian quyuları-nın qazılmasına, su arxlarının təmizlənməsinə ehtiyac olduğunu bildiriblər. Rayon rəhbəri vətəndaşlara məktəb və yol tikintisinin “2019-2023-cü Daha ətraflı »