Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl
    Kənd Təsərufatı KƏND TƏSƏRRÜFATI üçün şərhlər bağlıdır

                                                                                 PAMBIQ

    Kənd təsərrüfatının mühüm sahələrindən birinə çevrilən pambıqçılığın inkişafı gündən-günə həm ölkəyə layiqli gəlir gətirir, həm də bu sahədə çalışanların maddi-rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Buna görə də son illər unudulan bu sahənin inkişafına diqqət artırılaraq pambıqçılığın əvvəlki şöhrətinin yenidən özünə qaytarılması məqsədi ilə müəyyən işlər aparılır.
    Tərtər pambıqçıları da bu sahədə öz üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Bu il pambıq-çılarımız 2981 hektarda səpin aparmışlar. Tarlalarda normal bitiş alınıb. Hazırda pambıq sahələrində becərmə işləri mütəşəkkilliklə davam etdirilir, vegetasiya suvarılması aparılır, ziyanverici və həşaratlara qarşı mübarizə tədbirləri həyata keçirilir. Rayonumuzun “ağ qızıl” sahələrində çalışan zəhmət adamları bol və keyfiyyətli məhsul götürmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər. Yüksək və keyfiyyətli məhsul götürmək pambıqçılarımızın ümdə vəzifəsidir.

  • 20İyl

    Kənd Təsərufatı üçün şərhlər bağlıdır

                                                                                TAXIL

    Qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə taxılçılarımız ildən-ilə əkin sahələrini artıraraq bol məhsul əldə olunmasına çalışırlar. Bu il taxılçılarımız bu sahədən daha çox məhsul götürməyi qarşılarına məqsəd qoydular. Torpağı sevən və ona ürəkdən bağlanan insanlar yaxşı bilirlər ki, təsərrüfat işləri ilə məşğul olmaqla güzaranlarını daha da yaxşılaşdıra bilərlər. Odur ki, bu il fermerlərimiz 10599 hektarda taxıl əkmişlər.
    Artıq zəmilərdə biçin başa çatıb. Sahələrdən 42056,1 ton məhsul götürülmüşdür. Bunun 6056,9 hektarı buğda əkini, 4542,9 hektarı isə arpa əkini sahələri olub. Götürülən məhsulun isə 25620 tonu buğda, 16436,1 tonu arpadır. Hər hektardan məhsuldarlıq buğda üzrə 42,3 sentner, arpa üzrə 36,2 sentner, ümumi məhsuldarlıq isə 39,7 sentner olmuşdur.

  • 20İyl

    Kənd Təsərufatı üçün şərhlər bağlıdır

                                                            QARĞIDALI                  

    Bu il fermerlərimiz yem bazasının möhkəmləndiril-məsi məqsədi ilə 400 hektara yaxın ərazidə qarğıdalı əkilməsini planlaşdırıblar. Artıq 315 hektarda şum aparılıb. 295 hektarda isə dənlik və silosluq məqsədilə səpin keçirilib. Qarğıdalı səpini davam etdirilir.

  • 30İyn
    Kənd Təsərufatı TOXUMLUQ TAXIL BİÇİLİR üçün şərhlər bağlıdır

    Ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının əsas prioritet istiqamətlərindən biri olan taxılçılıq mühüm əhəmiyyət kəsb edir. Taxıl istehsalının artırılmasına daha məhsuldar və xəstəliklərə davamlı sortların yaradılması, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı, intensiv becərmə texnologiyasının tətbiqi ilə nail olmaq mümkündür. Bu baxımdan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının fəaliyyəti tədqirəlayiqdir.
    Tərtər Bölgə Təcrübə Stansiyasının əkin sahələrində becərilmiş taxıl biçilir. Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova Stansiyaının fəaliyyəti, becərilən taxıl sortları barədə məlumat verərək bildirib ki, hazırda stansiyada dənli bitkilərin seleksiyası, toxumçuluq və becərmə texnologiyası istiqamətlərində üç şöbə fəaliyyət göstərir. Stansiyanın fəaliyyətinin məqsədi Qarabağın suvarma zonası üçün yüksək məhsuldar, yatmaya və xəstəliyə davamlı sortların yaradılması və yüksək reproduksiyalı toxum istehsalıdır. Daha ətraflı »

  • 19İyn
    Kənd Təsərufatı SAHİBKARLARA DÖVLƏT QAYĞISI TÜKƏNMƏZDİR üçün şərhlər bağlıdır

                                                                                  İŞ ADAMININ ZƏHMƏT DOLU GÜNLƏRİ

    Dünya birliyində öz layiqli yerini tutan, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan Azərbaycan bütün sahələrdə uğurlar qazanıb. Bu gün reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə mikroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın inkişafı uğurla təmin olunur, özəl bölmənin, sahibkarlığın tərəqqisi üçün daha əlverişli biznes və investisya mühiti formalaşdırılır. Sahibkarlığın inkişafı Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas istiqaməti-dir. Son illərdə “Olkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” srateji xəttinə uyğun olaraq biznes və investisya mühitinin davamlı yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşıb. Daha ətraflı »

  • 03İyn
    Kənd Təsərufatı RAYON RƏHBƏRİ PAMBIQÇILARLA GÖRÜŞÜB üçün şərhlər bağlıdır

    Ötən il hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında lider olan Tərtər pambıqçıları artıq tarlalarda becərmə işlərinə başlayıblar.
    Bu il rayonda 1728,2 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1200 hektarı “Azərpambıq” MMC və 50 hektarı “P-Aqro” MMC tərəfindən ümumilikdə 2 min 978,2 hektarda pambıq əkilib.
    Bu günlərdə rayon rəhbəri Müstəqim Məmmədov rayon ərazisində yerləşən bir çox pambıq tarlalarına baş çəkib, becərmə işləri aparan sakinlərlə görüşüb, onlara öz tövsiyə və tapışırıqlarını veribdir. İcra başçısı bildirib ki, 2019-cu ildə Tərtər rayonunda 3 min 427 hektar sahədə pambıq becərilib, 11 min 936,2 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 34,8 sentner olub. Cari ildə əməkçilərimiz daha yüksək zirvələri fəth etmək üçün fəal çalışırlar. Hazırda tarlalarda becərmə iş-ləri aqrotexniki qaydalara uyğun olaraq davam etdirilir. İndi sahələrdə görülən becərmə işləri deməyə əsas verirki, 2020-ci ildə də Tərtər pambıqçıları yüksək nailiyyətlər əldə edəcəklər.

  • 03İyn
    Kənd Təsərufatı BARAMANIN SAXLANMA ŞƏRAİTİ İLƏ TANIŞLIQ üçün şərhlər bağlıdır

    Respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da ölkə iqtisadiyyatının əsas tərkib hissəsini təşkil edən kənd təsərrüfatı uğurla inkişaf etdirilir. Dövlət başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı müvafiq fərman və sərəncamlara, verdiyi tap-şırıq və tövsiyələrə uyğun olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının bütün sahələrində – pambıqçılıq, taxılçılıq, şəkər çuğunduru, baramaçılıq, eləcə də digər sahələri üzrə yüksək göstəricilər əldə olunur.
    Bu günlərdə Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov rayonun kəndlərində ipəkqurdu saxlayan kümçülərlə görüşüb, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyətlə tanış olub. Möv-cud çatışmazlıqların tez zamanda aradan qaldırılması üçün lazımi tövsiyə və tapşırıqlarını verib.
    2019-cu ildə rayonda 18 min 322 kiloqram barama istehsal edilib. Bu il isə 20 min kiloqram barama is-tehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 500 qutu baramaqurdu kümçülərə təhvil verilib. İpəkqurdunun yem bazasının bərpası məqsədilə son üç ildə rayon ərazisində 263 mindən artıq tut tingi əkilib. İpəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım olan bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib.

  • 05Mar
    Kənd Təsərufatı KƏND ƏMƏKÇİLƏRİNİN YAZ QAYĞILARI üçün şərhlər bağlıdır

    Torpaqları bərəkətli, təbiəti gözəl, havası, suyu təmiz, insanları işgüzar və zəhmətkeş olan qəhrəman Tərtərdə bu günlərdə tarlalarda yaz əkin işləri davam edir. Təsərrüfat sa-hibləri hazırda buğda, arpa, yonca və meyvə bağlarında ziyanvericilərə və gəmiricilərə qarşı mübarizə işləri aparmaqla, həmin ərazilərdə aqrotexniki qulluq qaydalarını da davam etdirirlər.
    Fermerlərimiz məhsuldarlığın artırılması üçün üzvü gübrənin verilməsi işlərini yüksək səviyyədə aparırlar. Hazırda rayonumuzda tərəvəz əkin sahələrimiz vardır və bu sahələr soğan və sarımsaq bitkilərindən ibarətdir. Fermerlərimiz bu əkinlərə yüksək səviyyədə qulluq edirlər. Daha ətraflı »

  • 05Mar
    Kənd Təsərufatı ZƏHMƏTDƏN KEÇƏN ÖMÜR YOLU üçün şərhlər bağlıdır

    Pambıq ölkəyə valyuta gətirən, sənaye istehsalına təkan verən sahə olmaqla yanaşı, həm də insanların məşğulluğunun təmin edilməsinə, əhalinin həyat səviyyəsinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərən sahədir. Ona görə də kənd əməkçilərinin torpağa bağlılığı günbəgün daha da artır.
    İlkin Qurbanov da iki ali təhsil almasına, müəyyən vəzifələrdə işləməsinə baxmayaraq torpağı sevdi, ona ürəkdən bağlandı, “bir torpaq, bir sən” prinsipi ilə torpağa can yandırmağa başladı. Artıq 20 ilə yaxındır ki, torpaqla dostlaşıb, onunla ülfət bağlayıb, nazını çəkib. Torpaq isə bu zəhmətin qarşılığında üz ağardıb, baş ucaldıb, nəticədə sahibini şöhrətləndirib.
    Bu zəhmətkeş insanı yaxından tanımaq üçün onunla görüşüb, qazandığı uğurların səbəbi haqqında özündən eşitməyi qərara aldım. Daha ətraflı »

  • 24Fev
    Kənd Təsərufatı KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ ÜMUMİ HƏCMİ 28,5 FAİZ ARTIB üçün şərhlər bağlıdır

    2019-cu ilin birinci yarısında Tərtər rayonu üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 44 milyon 892,3 min manat təşkil etmişdir. Onun 26 milyon 594,1 min manatı və ya 59,2 faizi bitkiçilik məhsullarının, 18 milyon 298,7 min manatı və ya 40,8 faizi heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 28,5 faiz artmışdır.

                                                 HEYVANDARLIQ İNKİŞAF EDİB

    Tərtər rayonunun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
    2020-ci il yanvar ayının 1-nə Tərtər rayonunda 29 min 667 baş qaramal, 52 min 283 baş qoyun və keçi olub. İribuynuzlu heyvanların sayı 2018-ci ilə nisbətən 4 faiz və ya 1147 baş artıb. 2019-cu ildə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 3110,8 ton ət, 22 min 440,9 ton süd, 14 milyon 840 min ədəd yumurta və 106,5 ton yun istehsal edilib. 2018-ci illə müqayisədə diri çəkidə ət istehsalı 1,3 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı 0,7 faiz artmışdır. Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Daha ətraflı »