30Apr
Moda elə bir aləmdir ki, insanı çirkinləşdirə də bilər, gözəlləşdirə də… Amma zövqlü geyim hər vaxt insanda musbət enerji, xoş hisslər yaradır…
Çox insanın fikrinə görə, moda insanın özünə yaraşanı geyinib ortalığa çıxmasıdır. Hər il dəb yenilikləri ortaya çıxır və bu yeniliklər özünü ilk növbədə rənglərlə büruzə verir. Əgər bir insana yaraşan rəng yaşıldırsa və o, modaya uyğun olaraq qırmızı geyinirsə (hələ stilini demirəm), uyğunsuzluq bir tərəfə qalsın, gülüş hədəfinə çevrilmək narahatlıq yaradır. Bunun üçün nə etməli?
Modanın axarına uyub gülünc vəziyyətə düşməkmi, yoxsa…Qeyd edək ki, rənglər hər bir insanın konkret hansı xarakterə sahib olmasını ortaya çıxarır. Bəs nə etmək lazımdır ki, geyim həm dəbli, həm də zövqlü olsun.
Dəbi izləyin, amma ona uymayın. Hər zaman pulunuzu geyimə xərcləməyin. Bundan 2-3 il əvvəl pijamaya oxşayan gündəlik geyimlər birdən-birə sıçrayışla dəbdə oldu. Bütün şəhər pijama geyindi. Daha ətraflı »
30Apr
1-Yalan danışmaq böyük günahlardandır. Allah-taalanın Qurani-kərimdə lənət etdiyi şəxslərdən biri də yalançıdır. Belə ki, “Nur” surəsinin 7-ci ayəsində buyurulur: “Əgər yalan deyirsə, Allah ona lənət etsin!”
2-İmam Rza (ə) buyurmuşdur: “Düz danışın və yalandan uzaq olun”.
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Əgər mömin üzürsüz olaraq yalan danışarsa, yetmiş min mələk onu lənətləyər. Onun qəlbindən çıxan üfunətli iy ərşə qalxar. Bu zaman ərşin gözətçiləri ona lənət yağdırar”.
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, ən böyük günah dilin yalana adət etməsidir”. Daha ətraflı »
30Apr
Ailə hər bir cəmiyyətin özəyi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Ailə bir sistem olaraq özündə çoxtərəfli münasibətləri ehtiva edir. Bu, ayrı-ayrılıqda həm valideynlər, həm də övladlar arasındakı münasibətləri, həmçinin valideyn-övlad münasibətlərini ifadə edən, nənə və babaların, müxtəlif nəslin nümayəndələrinin, qohumların da daxil olduğu geniş bir sistemdir. Müasir dünyada ailə institutu sosial, mədəni və siyasi dəyişiklikləri əks etdirən dinamik sosial təsisat kimi çıxış edir. Bu səbəbdən zamanın çağırışlarına uyğun olaraq ailə institutunun funksiyalarına mütəmadi yeni elementlər daxil olur.
İnsan sosial varlıqdır, onun dünyaya gəlməsi, fərd kimi yetişməsi üçün isti bir ailənin mövcudluğu mütləqdir. Daha ətraflı »
19Apr
Islamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.
Islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Həmin gecəyə “qədir” və ya “əhya” gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. Daha ətraflı »
19Apr
DİNİ KƏBİN VACİBDİRMİ?
Bütün İslam ölkələrində olduğu kimi, Azərbaycanda da rəsmi dövlət nikahı ilə yanaşı dini kəbin anlayışı da var. Təbii ki, ölkəmizdə nikahın rəsmi dövlət qeydiyyatına alınması tərəflərin ər-arvad olduğunu hüquqi baxımdan təsdiq edir.
Bir çoxları dini kəbinin vacib olmadığını, əsas zəruri olanın rəsmi dövlət nikahı olduğunu desə də, bunun əksini düşünüb hər iki nikahı kəsdirənlər də var. Bəzən isə sadəcə dini kəbinlə kifayətlənən qadınlar gələcəkdə müxtəlif problemlərlə üzləşirlər.
Maraqlıdır, doğrudanmı dini kəbin rəsmi dövlət nikahı qədər vacibdir və onu kəsdirməmək günah sayılır?Ümumiyyətlə, kəbinin mahiyyəti nədir, kəbin oxunarkən hansı sözlər deyilir?
“İmam Hüseyn” məscidinin axundu, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül kəbinsiz yaşamağın zina hesab edildiyini demişdir.
“Kəbin kəsdirmək üçün hər iki tərəfin – qızın və oğlanın razılığı olmalıdır. Daha ətraflı »
31Mar
DİNLƏ XURAFATIN ZİDDİYYƏTİ
Möhtərəm müsəlmanlar! Dinimizin saflığını təhlükə qarşısında qoyan amillərdən biri xurafat və mövhumatlardır. Təsadüfi deyil ki, dini dəyərlərimizi tənqid edənlər dəlil kimi, məhz müsəlmanlar arasında geniş yayılmış xurafatları misal çəkir, İslamın adına çıxarıb dinimizi gözdən salmağa çalışırlar.
Problem bundadır ki, müsəlmanlar arasında xurafatlara iman bəsləyənlər az deyil və Quranda vacib sayılan əməllərə bu xurafatlar qədər riayət etmirik. Xurafatlara inanmaq, demək olar ki, həyatımızın bütün sahələrində özünü göstərməkdədir. Doğulduğumuz andan ömrümüzün sonunadək bu xurafatlar “kabus” kimi bizi izləməkdədir. Məsələn, ulduz falı, qapının arasında görüşməyin bədliyi, qara pişik və s. kimi xurafatlara gündəlik həyatımızda tez-tez qarşılaşırıq. Lakin hər yerdə olduğu kimi bu xurafatlar arasında birinci sırada yer alanlar var. Daha ətraflı »
18Mar
Yurdumuza bahar gəlir. Lakin, bu bahar bundan əvvəlki 30 il ərzində gələn baharlardan tamamilə fərqlənir. Doğma torpaqlarımız işğal olunandan üzü bəri keçən hər bahar özü ilə nisgil, həsrət, intizar gətirərdi. Bu ilki baharda isə xalqımıza özü ilə bərabər sevinc, doğma yurdlara qovuşmaq xoşbəxtliyi gətirir. Bu bahar çiçəklər də, güllər də, yarpaqlar da ayrı cür açacaq. Əsirlikdən azad olunmuş torpaqlarımızın bahar bayramı mübarək!
18Mar
Novruz təzə gün deməkdir. Yəni təzə gün, ilin başlanğıcı yaz ayının gəlişi deməkdir. Novruzun yaranma tarixi ibtidai icma quruluşunun inkişaf edən mərhələsilə bağlıdır.
Bəzi mənbələrdə Novruzun Babilistanda eradan əvvəl 3-cü minillikdə keçirildiyi bildirilir. Novruz şimal yarımkürəsində astronomik yazın başlanğıcı-gecə ilə gündüzün bərabərliyi qovuşuğunda icra edilən ən qədim xalq bayramıdır.
Elmi araşdırmalar Novruz bayramının tarixini çox əski çağlarla – Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər.
Novruz artıq bütün müsəlman aləminə aid bayramdır. Müsəlmanlar bu bayramı Həzrəti Əli ilə bağlayır və qəbul edir. Novruz türklərdə yaransa da sonrakı mərhələdə bütün Şərq xalqlarına yayılıb. Həzrəti Əlinin Novruz adlı bir gənc dostunun olduğunu nəql edilir. Maraqlıdır ki, digər müsəlman xalqları bu bayrama Əli bayramı deyir. Hansı torpaqda müsəlman inancı olan insanlar yaşayırsa ta qədimdən bu bayramı icra edirlər, bu bayram onların adət-ənənələrinə qarışıb.
Novruz bayramına qədər dörd çərşənbə qeyd edilir: su, od, yel və torpaq çərşənbələri. Bu çərşənbələr bürcləri özündə birləşdirən ünsürləri bildirir, insanın 4 ünsürdən yaradılışını simvollaşdırır. Daha ətraflı »
18Mar
Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.
Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
Tonqaldan tullanmaq. Tonqaldan tullanarkən bu ifadə deyilir: “Ağırlığım-uğurluğum odda yansın”.
Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir. Daha ətraflı »
18Mar
NECƏ BƏZƏNMƏLİDİR?
Novruz bayramının vacib sayılan atributlarından biri də xonçadır. Xonça il təhvil olanda artıq hazır olmalıdır. Novruzda xonça bəzəmək adəti qədimdir. Bu barədə orta əsr mənbələrində də məlumat vardır.
Bəs bayram xonçası necə bəzədilməlidir? Yurdumuza qədəm qoyan bahar, xonçada nələri görmək istəyir? Novruz xonçası bayram axşamı hazırlanır. Xonçada “s” hərfi ilə başlayan 7 nemətin olması mütləqdir.
Səməni həm də həyatın dirçəlməsi deməkdir. Ona görə də ondan hazırlanan halva 7 evə paylanır.
Bayram süfrəsində vacib sayılan digər nemət yumurtadır. Yumurta həyatın, dünyanın yaranışı mənasını daşıyır. Daha ətraflı »
Yeni ismarıclar