Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar
    Digər TALEYİN QİSMƏTİ üçün şərhlər bağlıdır

    Cavid11Tanrının dönə-dönə sınağa çəkdiyi insanlardan biri də Firudun kişi və onun ailəsidir. Bu ailə hazırda Seydimli kəndində yaşayır. Firudun kişi hələ Göyçədə yaşayarkən Böyük Vətən Müharibəsinin iştirakçısı olub. 1941-1945-ci illərin qanlı-qadalı günlərindən sağ-salamat qayıdıb gələn bütün həmvətənlərimiz kimi o da ailə qayğıları ilə yaşayıb. Döyüş yolu Mozdok, Leninqrad, Moskva, Kiyev, Orconekidze, Xarkov, Dnepropetrovsk şəhərlərindən keçən Firudun kişi doğma Göyçəyə qayıdanda şükür edib ki, nə yaxşı elobamdan, doğmalarımdan ayrı düşmədim. Lakin qarşıdakı illərin, ayların ayrılığından nəinki Firudun kişinin, heç kimin xəbəri yoxuydu.
    1953-cü ildə ermənilərin fitnəkarlığı ucbatından böyüyüb boya-başa çatdığı doğma Göyçədən köçəsi olan Firudun kişi Tərtər rayonunun Seydimli kəndində ailəsi ilə birgə məskunlaşır. Bu kəndin insanlarına qaynayıb-qarışır. Həyat yoldaşı Aqilə xanımla birlikdə on övlad böyüdüblər. Doqquz qız, bir oğlan. 1968-ci il fevral ayının 1-də Seydimli kəndində doğulmuş bu körpələrinə İmam Əlinin adını qoyurlar ki, Ulu Tanrı onu həmişə qoruyub saxlasın. Belə də olur, Əli doğulduğu gündən ailənin sevinci daha da artır. Ailənin yeganə oğlunu – Əlini naznemətlə böyüdürlər, üstündə əsim-əsim əsirlər. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Milli-mənəvi dəyərlər “QARA BAYRAM” VƏ ONDAN SUİ-İSTİFADƏ üçün şərhlər bağlıdır

    1401733892Bizim başqa xalqlardan fərqlənən gözəl, milli dəyərlərimizi əks etdirən adət və ənənələrimiz var. Novruz bu dəyərlərin ən önəmlisi və təbiətin oyanışını özündə əks etdirən bir bayramdır. Hər bir ailədə Novruzu qeyd etməmişdən əvvəl “Qara bayram” deyilən bir ənənə qeyd olunur ki, həmin vaxt dünyasını dəyişmiş yaxınlar və doğmalar yad edilir, adlarına ehsan süfrələri açılır, qəbirləri ziyarət olunaraq quran surələri oxunur. Gəlin görək “Qara bayram”ı necə qeyd edirik və bu işdə bizim savabımız nə olur? Elə bu fikirlə də Tərtər “Cümə” məscidinin axundu Sadiq Cəfərovu dinləyib onun “Qara bayram” la bağlı fikirlərini öyrəndik.
    Bu il martın 7-də və 9-da rəhmətə gedən doğmalarımızı ziyarət etməklə onları yada salacağıq. Bəzi insanlar ziyarətə gedərkən müxtəlif şirniyyatlar aparıb qəbirlərin üstünə tökürlər, qarşılarına çıxan “yalançı molla”lara dualar oxudur-lar. Belə hesab edirlər ki, bununla da dünyadan köçənləri yad etmiş olurlar. Həmin günü qəbiristanlıqlarda baş verənləri görəndə adamı narahatlıq bürüyür. Öz maraqlarını güdənlər doğmalarını itirmiş insanlara aman vermirlər ki, qəbirlərin yanına çatsınlar. Gah yalvararaq pul, gah da şirniyyat istəyirlər. Bu hal da istər-istəməz dərdli şəxslərin əsəbinə toxunur. Daha ətraflı »

    Teqlər: