Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyn
    Digər EKOLOJİ TARAZLIĞIN MÜHAFİZƏ OLUNMASI üçün şərhlər bağlıdır

    Ətraf mühitin mühafizəsi, təbiətin qorunması, ekoloji problemlərin aradan qaldırılması aktual məsələlərdəndir. Bu məqsədlə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilmişdir.
    Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz ekoloji problemlərin həlli barədə demişdir: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyinin birinci dövründə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilmiş, respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Müstəqillik illərində də ümummilli liderimizin təşəbbüsü ilə ekoloji siyasət uğurla davam etdirilmiş, yüz min hektarlarla yeni yaşıllıq zolaqları salınmışdır. Daha ətraflı »

  • 10İyn
    Kənd Təsərufatı PAMBIQÇILIQ VACİB SAHƏDİR üçün şərhlər bağlıdır

    “Ağ qızıl” hesab edilən pambıq strateji bitki sayılır. Pambıq dünyada ən çox əkilən və gəlir gətirən bitkilər sırasındadır. Pambıqçılıq ölkəmizdə ənənəvi bir tarixi inkişafa malikdir.
    Pambıqçılıq–iqtisadiyyatın önəmli sahəsi olduğu üçün və həm də kənd zəhmətkeşlərinə gəlir mənbəyi gətirdiyinə görə daimi ölkəmizin Prezidenti İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Pambıqçılığın inkişafı istiqamətində ölkə Prezidentinin sərəncamlarına əsasən yanacaq, motor, sürtgü yağları, mineral gübrələr güzəştli şərtlərlə verilir, həmçinin subsidiyalar ayrılır, bu sahədə çalışan istehsalçıların marağı təmin olunur. Ölkə rəhbərinin bu sahədə olan tapşırıqları Tərtər rayonunda yüksək səviyyədə yerinə yetirilir. 2015-ci ildə rayonumuzun fermerləri tərəfindən 550 hektar sahədə pambıq bitkisi əkilməsi nəticəsində 893 ton məhsul istehsal edilmişdir. 2016-cı ildə pambığın əkin sahəsi 1035 hektar olmuş, istehsal olunan məhsul 2334 ton, məhsuldarlıq isə 22,5 sentner, 2017-ci ildə pambığın əkin sahəsi 3123 hektar, istehsal olunan məhsul 8420 ton, məhsuldarlıq isə 27 sentner və nəhayət, 2018-ci ildə rayonumuzda 3300 hektar Daha ətraflı »

  • 10İyn
    Digər Tarixi günlər üçün şərhlər bağlıdır

    UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ

    BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
    Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir.
    Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
    Son illər uşaqların valideynləri tərəfindən zorakılığa məruz qalması, erkən yaşda əməyə cəlb olunması ilə bağlı halların artması da həyəcan yaradan hallardandır.
    Rayonumuzda uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar olaraq bir sıra tədbirlər hazırlanıb həyata keçirilir. Uşaqların məcburi əməyə cəlb edilməsi, zorakılıq hallarına məruz qalması, erkən nikaha cəlb olunması və digər bu kimi hallara qarşı ciddi mübarizə aparılır, maarifləndirmə işi gücləndirilir.
    Uşaq tərbiyə müəssisələrində, bağçalarda, ümumtəhsil məktəblərində hər cür şərait yaradılır, onların əyləncə və istirahətlərinin səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Daha ətraflı »

  • 10İyn
    Səhiyyə TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur. Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizəsi ilə bağlı idi. Bununla da əlaqədar olaraq, Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli Sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi vardır. Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq, Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycan Respublikasının tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu gün Azərbaycanın səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq, müasir avadanlıqlarla təmin edilir. Səhiyyə işçilərinin problemlərinin həlli də dövlətin diqqətindədir. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə realaşdırılan səhiyyə proqramları çərçivəsində 1100-ədək talassemiyalı, bir o qədər də hemofiliyalı xəstələrin problemləri həllini tapıb. Daha ətraflı »

  • 10İyn
    Digər BEYNƏLXALQ AİLƏ GÜNÜ üçün şərhlər bağlıdır

    15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycandaailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub.
    Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb. Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayan ulu öndər Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər gördü. 1998-ci il yanvarın 14-də Azərbaycanda “Qadın Problemləri üzrə Dövlət Komitəsi”ni yaratdı. Bu məsələyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Daha ətraflı »

  • 10İyn
    Digər ÜMUMDÜNYA QAÇQINLAR GÜNÜ üçün şərhlər bağlıdır

    20 iyun Ümumdünya Qaçqınlar Günüdür. 2000-ci ildə BMT-nin Baş Məclisi bu tarixi Ümumdünya Qaçqınlar Günü kimi müəyyənləşdirən xüsusi qətnamə qəbul edib.
    Heydər Əliyevin 1998-ci ildə qəbul etdiyi “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” uzunmüddətli Dövlət Proqramına əsasən, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş tədbirlərə start verildi, onların həyat şəraitinin yaxşılaşdırılmasına başlanıldı, soydaşlarımız üçün yeni qəsəbələr salındı.
    Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti seçiləndən sonra qaçqın və məcburi köçkünlərin problemlərinə həssas münasibətini ortaya qoydu. Yüksək dövlət postunda ilk müşavirəsini, məhz bu məsələyə həsr etdi. 2017-ci ilin martın 9-da onun sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirildi, ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məsələsi müzakirə olundu…
    Abşeron rayonunun Masazır, Mehdiabad, Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərin ixtiyarına verildi.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən yaranan bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın sosial və məişət şəraitlərinin yaxşılaşdırılması məsələsini həmişə diqqət mərkəzində saxlayır. İndiyədək Azərbaycanda mənzil və evlərlə təmin olunan məcburi köçkünlərin sayı 300 minə çatdırılıb. Daha ətraflı »

  • 10İyn
    Digər MİLLİ İNSAN HÜQUQLARI GÜNÜ üçün şərhlər bağlıdır

    18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib.
    Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb.
    İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. 2001-ci il dekabrın 28-də isə Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib.