Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl
    Tərtər RİH-də KÖNÜLLÜLÜK MÜDDƏTİNİ BAŞA VURMUŞ GƏNCLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətində könüllülük müddətini başa vurmuş gənclərlə görüş keçirilib.
    Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov könüllü gəncləri təbrik edərək, könüllüllük hərəkatının əhəmiyyətindən danışıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə Daha ətraflı »

  • 10İyl
    Kənd Təsərufatı TƏRTƏRDƏ RESPUBLİKA MÜŞAVİRƏSİ üçün şərhlər bağlıdır

    Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və onun strukturuna daxil olan Tərtər Bölgə Təcrübə Stansiyasının birgə təşkilatçılığı ilə Tərtər rayonunda “Suvarma şəraitində yeni taxıl sortları, texnologiyalar və nümunəvi əkinlərin nümayişi” mövzusunda respublika müşavirəsi keçirilib.
    Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının, Milli Aviasiya Akademiyasının alim və mütəxəssisləri, eləcə də fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında aqrar sahədə əldə edilən uğurlardan danışıb, taxılçılığın ərzaq təhlükəsizliyinin təmin olunması baxımından ölkə iqtisadiyyatında strateji sahələrindən biri olduğunu diqqətə çatdıraraq, müşavirənin əhəmiyyətini yüksək qiymətləndirib. Daha ətraflı »

  • 10İyl
    Xəbərlər POLİS İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Sonra tədbir rayon mədəniyyət mərkəzində davam etdirilib.
    Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik edib, daxili işlər naziri Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub. Məruzə ilə çıxış edən rəis Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salıb, bu sahəyə ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının ulu öndərin siyasi kursunun layiqli davamçısı respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Daha ətraflı »

  • 10İyl
    Xəbərlər Respublika xəbərləri üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN NÖVBƏTİ BEYNƏLXALQ TƏDBİRƏ EVSAHİBLİYİ EDİR

    İyun ayında Bakı bir neçə beynəlxalq tədbirə evsahibliyi etdi. İyunun 20-21-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 53-cü plenar sessiyası, iyunun 24-26-da Heydər Əliyev Mərkəzində BMT-nin Dövlət Xidmətləri Forumu keçirildi. İyunun 30-dan isə paytaxtımızda UNESCO-nun (BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı) Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası start götürdü.
    Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına evsahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq sərəncam imzalayıb və Təşkilat Komitəsi yaradılıb.

    İKİTƏRƏFLİ DOSTLUQ MÜNASİBƏTLƏRİ BUNDAN SONRA DA UĞURLA İNKİŞAF EDƏCƏK

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.
    Prezident İlham Əliyev Belarus Prezidentini ikinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və Belarus idmançılarının bu yarışlarda qazandığı uğurlar münasibətilə təbrik edib. Dövlətimizin başçısı, eyni zamanda, Aleksandr Lukaşenkoya Belarus Respublikasının milli bayramı-Müstəqillik günü münasibətilə təbriklərini çatdırıb, Belarus xalqına tərəqqi və firavanlıq arzulayıb. Daha ətraflı »

  • 10İyl
    Xəbərlər Rayon xəbərləri üçün şərhlər bağlıdır

    Pambıq

    Bu il rayon üzrə 3427 hektar sahədə pambıq əkilib. Hazırda sahələrdə becərmə işləri görülür. Tarlalarda 5 dəfə ketmənləmə və kultivasiya işləri görülüb. Alağa, ziyanverici və xəstəliklərə qarşı dərmanlamadan istifadə olunub, 3104 hektarda vegetasiya suvarılması aparılıb.
    Pambıq tarlalarındakı vəziyyət bol məhsuldan xəbər verir.
    Bu məqsədə çatmaq üçün aqrotexniki qaydada becərmə işləri davam etdirilir.

    Barama

    Bu günlərədək kümçülərimiz 500 qutu baramaqurdu toxumundan 17335,8 kq barama tədarük etmişlər. Barama tədarükü yaxın vaxtlarda başa çatdırılacaq. Daha ətraflı »

  • 10İyl
    Digər Azərbaycan Milli Mətbuatı–144 il üçün şərhlər bağlıdır

    MƏTBUATIN HƏYATIMIZDAKI ROLU

    Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin ki, mən jurnalistləri həmişə sevmişəm.
                                                                                                                                    Heydər ƏLİYEV
    Azərbaycanda mətbuatın əsası Həsən bəy Zərdabinin təşəbbüsü sayəsində 1875-ci ildə “Əkinçi”nin nəşrə başlaması ilə qoyuldu. Onun ətrafında Nəcəf bəy Vəzirov, Mirzə Fətəli Axundzadə, Əsgər ağa Gorani, Seyid Əzim Şirvani kimi mütəfəkkirlər toplaşdılar.
    Həsən bəy Zərdabi deyib: “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun”.
    Qəzet bizim keçmişimizi və bu günümüzü əks etdirən güzgüdür. Mətbuat insanın maariflənməsində böyük rol oynayır. O elə bir informasiya vasitəsidir ki, görülən işlərin işıqlandırılmasında və mövcud nöqsanların aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir.
    “Əkinçi”nin sələflərindən biri olan “Yeni Tərtər” qəzeti də çox kəşməkeşli tarixi yol keçib. Bu qəzet 85 ildir ki, Tərtərin tarixi salnaməsini yazır. Bu gün də ayda 3 dəfə 1500 nüsxə ilə vaxtlı-vaxtında nəşr olunmaqla fəaliyyət göstərir. Bu mətbuat orqanı səhiyyə, mədəniyyət, təhsil, idman, ədəbiyyat və kənd təsərrüfatı, milli-mənəvi dəyərlərin qorunması və digər sahələrdə məlumatları oxucuya çatdırır. Daha ətraflı »

  • 10İyl
    Təhsil UMUDLU KƏND MƏKTƏBİ üçün şərhlər bağlıdır

    (Yarımçıq qalmış bir yazı)

    Dağlıq Qarabağın ilk azərbaycanlı təhsil ocaqlarından olan Ağdərə rayonunun Umudlu kənd məktəbi 1925-ci ildə açılmışdır.
    Kənd əhalisi demək olar ki, başdan-başa savadsız idi. Odur ki, məktəb həm savadsızlığı ləğv etməli (“likbez”), həm də məktəb-yaşlılara təhsil verməli idi.
    Zaman göstərdi ki, məktəb öz üzərinə düşən missiyaları şərəflə yerinə yetirmişdir.
    Öz doğma torpağında anklav şəraitində yaşayan umudlular böyük həvəslə savadsızlığın ləğvinə başladılar və optimal müddətdə buna nail oldular.
    Lakin kənddə müəllim çatışmırdı. Odur ki, az-çox savadı olan, yazıb-oxumağı bacaranlar müəllim kimi məktəbə cəlb olunurdular. Savadlı kadrlar isə kənardan (Qazaxdan, Şuşadan, Ağdamdan) gətirilirdi. Bu minvalla Umudlu məktəbinin ilk yerli müəllimləri yetişdi. Nərimanov Yunus Qasım oğlu, Əzizov Həmid Baxşalı oğlu, Naibov Əli Qara oğlu, Zeynalov Süleyman Hacı oğlu, Bağırov Miri Mirsəyyab oğlu, Qasımov Zilfi Məsim oğlu, Əbilov Baloğlan Binnət oğlu, Əzizov İslam Musa oğlu, Qasımov Sabir Nəsib oğlu.
    Bu şəxslər Umudluda yerli təhsilin bərəkətli təməlini qoydular, ilk məktəbin ilk müəllimləri, halal bir kəndin Tanrı verdiyi təməl ziyalıları kimi bənzərsiz bir kəndin borc, şərəf, ləyaqət salnaməsini zamanın yaddaşına həkk etdilər. Bu şəxslər işləyə-işləyə sonradan müvafiq təhsil aldılar, şərəf borclarını axıradək yerinə yetirdilər.
    Bu müəllimlərdən Yunis Nərimanov, Həmid Əzizov, Əli Naibov, Süleyman Zeynalov, İslam Əzizov II Dünya müharibəsinin od-alovundan keçərək yenidən doğma məktəbə-müqəddəs ocağa qayıtmışlar.
    Umudlu məktəbinin təşkili və təşəkkülü dövründə kənddə pedaqoji təhsilli yerli bir mütəxəssis də olub–Qiyas Tanrıqulu bəy oğlu, Qazax Müəllimlər Seminariyasının məzunu. O da məktəbə müəllim kimi cəlb olunub. Lakin bəy oğlu olduğu üçün hökümət ona etimad göstərmirdi və müharibənin ilk günlərində o, cəbhəyə göndərildi, oradan isə “qara kağız”ı gəldi. Beləliklə, Umudlu kəndinin ilk təhsilli müəllimi qurban getdi. Daha ətraflı »

  • 10İyl
    Ədəbiyyat 2019-cu il “Nəsimi İli”dir üçün şərhlər bağlıdır

    TANRIYA QOVUŞMAQ FƏLSƏFƏSİ

    Orta dövr Azərbaycan ədəbiyyatının ən böyük nümayəndələrindən biri olan İmadəddin Nəsimi ana dilində yaranan ictimai, fəlsəfi qəzəlin banisidir. Dövrün ziddiyyətlərinə böyük həssaslıqla cavab verən şair zəngin poeziyası ilə hər cür zülmü, ədalətsizliyi, qeyri-insaniliyi rədd etmiş, həqiqəti, insanlığı, insanın mənəvi gözəlliyini müdafiəyə qalxmış, qəlbinin hərarəti ilə insanı ucaltmış və tərənnüm etmişdir. Onun poeziyasında dünyaya, insana, fikir və əməllərinə yeni bir münasibət ifadə olunmuşdur.
    Böyük şair 1369-cu ildə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Şamaxı şəhərində dünyaya göz açmışdır. Şairin əsl adı Əlidir. Peyğəmbər nəslindən olduğu üçün “Seyid” adlandırılmışdır. Uşaqlığında və ilk gəncliyində mükəmməl dini təhsil aldığına, Quranı, hədisləri və başqa nüfuzlu dini ədəbiyyatı dərindən öyrəndiyinə görə “İmadəddin”, yəni “dinin dayağı” ləqəbini almışdır. “Hüseyni”, “Seyyid” və “Nəsimi” təxəllüsləri ilə şeirlər yazmışdır. Şair “Hüseyni” təxəllüsünü məşhur Sufi Şeyxi Həllac Hüseyn İbn Mənsurun, “Nəsimi” təxəllüsünü isə hürufiliyin banisi, mürşüdü Fəzlullah Nəiminin şərəfinə götürmüşdür. Doğulduğu yerə görə Nəsimi bir sıra qaynaqlarda “Şirvani” nisbəsi ilə də xatırlanır.
    Nəsiminin həyatını 2 mərhələyə ayırmaq olar. Birinci mərhələ 1386-cı ilə qədərki dövrü əhatə edir.
    Bu dövrdə Nəsimi yorulmaq bilmədən təhsilini kamilləşdirmiş, dövrünün dini və dünyəvi elmlərini, eləcə də özünə qədər 3 dildə–ərəb, fars və türk dillərində yaranmış Yaxın və Orta Şərq poeziyasını, fəlsəfi fikrini öyrənmişdir. Əldə etdiyi zəngin biliklər onun əsərlərində öz əksini tapmışdır. Daha ətraflı »

  • 10İyl
    Ədəbiyyat HÜRUFİLİK CARÇISI üçün şərhlər bağlıdır

    Yaradıcılığı ilə ədəbiyyatımızda yeni səhifə açan, əruz vəznini ana dilində təkmilləşdirən, təzyiqlərlə üzləşməsinə baxmayaraq, öz əqidəsindən ayrılmayan Seyid İmadəddin Nəsimi poeziyası geniş tədqiqat obyektidir. Nəsimi məntiq, riyaziyyat, astronomiya elmlərinə bələd olub və yaxşı təhsil alıb.
    Hürufliyin banisi Fəzlullah Nəiminin ideyalarını təbliğ edib. Onun edamından sonra “Vəsiyyətnamə”sinə əsasən Təbrizə və Türkiyəyə gedib. Nəiminin ideyalarını təbliğ etdiyinə görə zindana salınıb. İradə, mərdlik, üsyankarlıq, əqidəsi uğrunda canından-qanından keçmək Nəsimiyə məxsus xüsusiyyətlərdir. Nəsimi əməksevər insanların tərəfində idi. Şairin keçdiyi həyat yolu dillərdə dastan olub.
    Bütün həyatı boyu təqiblərlə üzləşən şairin şeirlərinin əsasını əsl eşq təşkil edib.
    Nəsimi xalqımız üçün əbədi şəxsiyyətdir.
    Ana dilində fəlsəfi qəzəlin banisi, doğma dilimizdə ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlərin müəllifidir. Özündən sonrakı klassiklərlə yanaşı, türk ədəbiyyatına da böyük təsir göstərib. Üç dildə(ərəb, fars və ana) əsərlər yazmaqla yanaşı, Azərbaycan dilində 15 min, fars dilində isə 5 min misradan ibarət divan yaradıb.
    Onun yaratdığı insan obrazı çox vüqarlıdır. “Sığmazam” qəzəlində insanın hər iki cahana sığmadığını göstərir. Daha ətraflı »

  • 10İyl
    Ədəbiyyat Qəzəllər üçün şərhlər bağlıdır

    AĞRIMAZ

    Canə sən candan nə kim gəlsə, ciyərlər ağrımaz,

    Həqq bilir, bir zərrə neştərdən damarlar ağrımaz.

    Şaha, mehrindənmidir, ya aşinalıqdanmıdır,

    Cismimi sər ta qədəm min gəz yararlar, ağrımaz.

    Fitvasından zahidin nahəq məni gər soyalar,

    Qəm deyil səndən- şəxa, görcək damarlar ağrımaz.

    Zahidin əfsanəsindən soydular nahaq məni,

    Həqq bilir səndən, şəxa, sahib nəzərlər ağrımaz.

    Şişəmi çün daşə çaldım, Həqqi izhar eylədim,

    Çeşmi əhval ağrıdan arif bəşərlər ağrımaz.

    Zahidin bir barmağın kəssən dönüb Həqqdən qaçar,

    Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.

    Cəhli  aqaçan meydan günündə yeri var,

    Ər bilir meydan qədrin kim, qədirlər ağrımaz.

    Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin,

    Bunca namərdi görün, bir ər qıyarlar; ağrımaz.

    YANARAM

    Səndən iraq, ey sənəm, şamü səhər yanaram,

    Vəslini arzularam, daxi betər yanaram.

    Eşq ilə şövqün odu canıma kar eylədi,

    Gör necə tabından, ey şəmsü qəmər, yanaram.

    Məndən irağ olduğun bağrımı qan eylədi,

    Oldu gözümdən rəvan xuni-cigər, yanaram.

    Şəmi-rüxün surəti qarşıma gəlmişdürür,

    Şəşəəsindən mana şölə düşər, yanaram.

    Səbr ilə aramımı qapdı əlimdən qəmin,

    Badi-həvadan degil, qəmdən əgər yanaram.

    Çıxdı içimdən tütün, çərxi boyadı bütün,

    Gör ki, nə atəşdəyəm, gör nə qədər yanaram.

    Yandığımız yar üçün, gizli degil, mən dəxi

    Hər nə qədər kim, anın könlü dilər, yanaram.

    Müddəi yanar demiş qəmdə, Nəsimi üçün,

    Qəmdə yanan yarı yar çünki sevər, yanaram.