Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Noy
    Digər TƏRTƏRDƏ “ŞƏHİDLƏR XİYABANI”YENİDƏN QURULUB üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Bütün yüksəkliklərdən ucada olan bir zirvə var: Şəhidlik zirvəsi. Hər kəsin qalxa bilməyəcəyi zirvə. Vətən, xalq yolunda qorxu nə olduğunu bilməyən, canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar bu ucalığa yüksələ bilirlər. Bu yüksəkliyə ucalanlar ölümləri ilə əbədilik qazanırlar. Şəhidlik Allah tərəfindən qismət edilmiş ömrü Vətənə, xalqa, gələcək nəsillərin xoşbəxtliyinə, firavanlığına bağışlamaqdır. Müqəddəs Quranımızda buyrulur ki, şəhidlik və qazilik peyğənbərlərdən sonra gələn adlardır.
    Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhrəmanlardandır şəhidlər. Bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın bu dünyadakı həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhidlik!… Qərinələr, əsrlər keçməyinə baxmayaraq əsla xalq tərəfindən unudulmayan insanlardır şəhidlər. Daha ətraflı »

  • 19Noy
    Xəbərlər ŞƏHİDLƏRİN ANIM GÜNLƏRİ üçün şərhlər bağlıdır

    Tərtərdə şəhidlərin ruhu həmişə hörmətlə yad edilir, onların əziz xatirələrinə ehtiram əlaməti olaraq müxtəlif tədbirlər keçirilir anım günləri diqqət mərkəzində saxlanılır, şəhid ailələrinin qayğıları və problemləri vaxtaşırı öyrənilir, onların həlli prioritet vəzifə kimi qarşıya qoyulur.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu məsələyə daim önəm verir, şəhidlərin məzarlarını ziyarət edir, şəhərin küçələrinə Vətən uğrunda canını qurban vermiş igidlərin adlarının qoyulmasını, abidələrinin və xatirə bulaqlarının tikilməsini daim diqqət mərkəzində saxlayır.
    Bu günlərdə Tərtər şəhidlərindən Abbasov Elvin Şamil oğlunun, Hüseynov Elnur Əhliman oğlunun, Surxayzadə Cahangir Hətəm oğlunun, Rzayev Ülfət Novruz oğlunun anım günləri keçirilib.
    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri iştitak ediblər.

  • 19Noy
    Xəbərlər ŞƏHİDİN ADI 6-cı SİNİFƏ VERİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Şəhər 3 saylı ümumi orta məktəbində şəhid Xəyal Aslanovun adının 6-cı sinifə verilməsi ilə bağlı tədbir keçirildi.
    Əvvəlcə məktəbin tarix otağında şəhid Xəyal Aslanova həsr olunmuş guşənin açılışı oldu. Tədbiri sinif rəhbəri Kifayət Kərimova açdı və şəhid Xəyal Aslanovun 44 gün davam edən II Qarabağ müharibəsində göstərdiyi şücaətdən məlumat verdi. Sonra məktəbin şagirdlərinin ifasında Vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi. Şəhidin oğlu Umud tərəfindən “Xudayar təsnifi” səsləndirildi.
    Tədbirdə şəhidin valideynləri, rayon təhsil şöbəsinin nümayəndəsi Gülxar Həsənova, məktəbin direktoru Dilşad Məmmədova və başqaları çıxış edərək şəhidlərimizin keçdiyi şərəfli yoldan və onların Vətən tarixinə yazdıqları Zəfər salnaməsindən söz açdılar. Tədbirin sonunda şəhidin övladları – Umud və Uğura məktəbin rəhbərliyi tərəfindən fəxri fərman və hədiyyə təqdim olundu.

  • 19Noy
    Hərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır

                                                               ŞƏHİDİN ƏMANƏT ÖVLADI

    Bəzən düşünürəm kaş insanın elə bir idrakı olaydı ki, doğulduğu gündən ölənədək olacaqlardan əvvəlcədən xəbər tutub həyatını öz gücü, ağılı ilə tənzimləyə bilərdi. Amma çox heyf! Əvvəli də, sonu da bilmək yalnız Allaha məxsusdur. Ömrü verən də, qisməti bölən də Odur. Alın yazısından yan keçmək olmur. Elə şəhid Məmmədov Elman Bəhman oğlunun alın yazısı kimi.
    Elman Məmmədov 1991-ci ildə Borsunlu kəndində anadan olub. Qayğısız, şən keçən uşaqlıq illəri quş qanadlı oldu. Orta məktəb həyatı, sonra Vətənə xidmət borcu. Ötüb-keçən illərin hər biri xatirəyə çevrilirdi. Nə tez böyüdüyünü, ürəyinə Daha ətraflı »

  • 19Noy
    Hərbi vətənpərvərlik ŞUŞANIN AZAD EDİLMƏSİ üçün şərhlər bağlıdır

    İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələri arasında, Şuşa şəhərinə nəzarəti əldə etmək uğrunda baş vermiş döyüş.
    Şuşa və ətrafındakı dağlıq ərazi Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin “döyünən ürəyi” adlandırılır. Şəhər XIX əsrin ortalarına qədər regionda yaşayan azərbaycanlı əhalinin mədəni və siyasi mərkəzi sayılırdı. Şuşa işğaldan azad edilənə qədər Erməni Həvari kilsəsinə bağlı Artsax Yeparxiyasının mərkəzi olmuş Qazançı kilsəsi şəhərdə yerləşdiyindən Şuşa ermənilər üçün dini əhəmiyyətə malikdir. Həmçinin, şəhər Qarabağda müdafiə onurğası rolunu oynayır, separatçılar tərəfindən paytaxt elan edilmiş Xankəndi şəhərini strateji Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus Daha ətraflı »

  • 19Noy
    Digər Qərbi Azərbaycan üçün şərhlər bağlıdır

                                                BASARKEÇƏR RAYONUNUN TARİXİ

    Basarkeçər rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il iyunun 11-nə kimi Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Ərazisi 1151 km²-dir. Rayon mərkəzi Basarkeçər (dəyişdirilmiş adı Vardenis) rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 168 km-dir.
    Rayon ərazisində irili-xırdalı çoxlu dağ zirvələri və Göyçə gölünə tökülən çaylar vardır. Onlardan ən böyüyü Məzrə (dəyişdirilmş adı Masrik) çayıdır. Çaxırlı yaylası da bu rayon ərazisindədir.
    1948–1951-ci illərdə rayon əhalisinin bir qismi Azərbaycan SSR-in ərazisinə köçürülmüşdür. Təkcə Zod kəndindən 100 ailə Xanlar (indiki Göy-göl rayonu) rayonunda məskunlaşdırılmışdır. Bu vaxt Basarkeçərin 37 kəndində 30-u azərbaycanlı, 5-i erməni, 2-si isə qarışıq kəndlər idi.
    Basarkeçər rayonu həmçinin Azərbaycanın məşhur Daha ətraflı »

  • 19Noy
    Digər AZƏRBAYCAN PREZİDENTİ, ALİ BAŞ KOMANDAN CƏNAB İLHAM ƏLİYEV BASARKEÇƏR RAYONU HAQINDA DEYİB: üçün şərhlər bağlıdır

    Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir,
    Bunu Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər və Laçına səfəri zamanı deyib.
    Dövlət başçısı bildirib:
    “Durduğumuz yol ermənilər tərəfindən çəkilmiş Basarkeçər-Kəlbəcər yoludur. Onlar Ermənistanı Qarabağla birləşdirmək üçün ikinci yol çəkdilər. Laçın dəhlizindən əlavə. Beləliklə, Kəlbəcəri və digər əraziləri məskunlaşdırmaq və özlərinin gediş-gəlişini daha rahat etmək üçün bu yolu çəkdilər. Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Daha ətraflı »

  • 19Noy
    Digər Gəlin müzakirə edək! üçün şərhlər bağlıdır

                                           ÖYRƏNDİKLƏRİMİZ, ÖYRƏTDİKLƏRİMİZ

    Öyəndiklərimiz də öyrətdiklərimiz də heç zaman gec və ya tez olmur. Bəzən düşünürük ki, hər ikisində gec, ya da tezdir. Əlbəttə, yaxşı bilirik ki, öyrənməyin də öyrətməyin də yaşı və zamanı yoxdur. Onun hər ikisi başqa biolji tələblərimiz kimi zəruridir, vacibdir. Lakin həm öyrənərkən, həm öyrədərkən bilməliyik ki, nəyi niyə öyrənirik, və yaxud nəyi niyə öyrədirik. Əlbəttə, xeyirlini, faydalını öyrənməli, öyrəndiyimizi də öyrətməliyik. İnsanlığımız üçün öyrənməli, insanlıq üçün öyrətməliyik. Lakin, görək insanlıq naminə öyrəndiyimizi istədiyimiz kimi öyrədə bilirikmi? Hər birimizin dünyagörüşləri, qavrama qabiliyyətləri, münasibətləri muxtəlif olduğu kimi, öyrənmə və öyrətmə bacarıqları da müxtəlif olur. Öyrənməyimiz də öyrətməyimiz də fərdidən başlayıb ümumiyə doğru yönəlir. Təkcə məqsəd və fikrimiz doğruya, faydalıya doğru yönləndirməyi bacaraq.
    Bu gün həyatımız o qədər qaynar və mürəkkəbdir ki, çoxluqlar və qeyriadiliklər içərisində mat qalmaq, xeyrli-xeyrsizi tapmaqda, xüsusilə öyrənəcəklərimiz və öyrətdiklərimizdə çətinliklərlə qarşılaşırıq. Görmək, eşitmək və danışmaq bizə sadə gələ bilər. Lakin, bunlar bizim düşündüyümüz qədər də asan deyildir. Bu poseslər bizim təfəkkürümüzdə necə formalaşır və onları necə çatdırırıq.
    Həyatda qarşılaşdığımız irili, xırdalı, yaxşılı-yamanlı gördüklərimizi və eşitdiklərimizi anladığımız kimi danışmağa adət etmişik. Bu bizim həm öyrəndiyimiz, həm də öyrətdiyimiz hesab olunur. İstəyirik ki, qarşımızdakı fərdlər də elə bizim kimi düşünüb, bizim kimi qavrasın. Bəzən öyrəndiyimizdə də öyrətdiyimizdə də yanlışlıqlar olur.
    Sadə bir misal: Bir ailənin 6 nəfər üzvü var. (daha çox da ola bilər). Baba-nənə, ata-ana, oğul-qız. Hərənin həyata müxtəlif baxışı, qavraması, görməsi, eşitməsi və danışması. Eyni əhvalatmı, hadisəmi – nə olur olsun hər kəsin yanaşması muxtəlifdir. Hər birimiz deyirik ağıllı olaq, savadlı olaq. Daha ətraflı »

  • 19Noy
    Milli-mənəvi dəyərlər İslam dünyası üçün şərhlər bağlıdır

                                                                 CADU-TİLSİM-SEHR

    Din ilə əlaqəsi olmayan dualar və hərəkətlərlə ruh üzərinə təsir etmək. Buna ərəbcədə “sehr” adı da verilir. Bir insanı istənilən şeyi etməyə sövq edən gizli qüvvət, təbiətə zidd hallar meydana gətirən təsirlər. Bunları edənlərə “cadugər” deyilir. Cadunu belə təsvir etmək mümkündür hər hansı bir mənfəət uğruna başqasına zərər verməyə yönəlik məşru olmayan yollarla bir sıra gizli qüvvələri istiqamətləndirərək edilən və həqiqətə uyğun gəlməyən göz bağlıcılıq, hoqqabazlıq, oyunçuluq şəklindəki işlər. Gözbağcılıq, hoqqabazlıq kimi oyunlarla insanları aldadan şəxsə cadugər, bu kəslərin etdiyi işə cadu, bu işin peşə halına gətirilməsinə də cadugərlik deyilir. Cadugərlik, İslamdan öncə Ərəblərdə, Rumlarda, Hindlilərdə, Misirlilərdə məşhur idi. Xüsusilə Hz. Musa zamanında cadugərlik etibarlı bir peşə idi. Hz. Süleyman zamanında da məşhur idi. Sehrin özünə görə xüsusiyyətləri və növləri vardır.
    Qara cadu: Əsl sehr bu olub bəzi kimsələr, pərilərin və xüsusilə Daha ətraflı »

  • 19Noy
    Digər MARAQLI MƏLUMATLAR üçün şərhlər bağlıdır

    -Saat icad edilməmişdən əvvəl müəyyən bir vaxt ərzində yanmaya hazırlanmış şam saatları var idi. Zəng qurmaq lazım olduğu zaman şama iki tərəfdən mıx keçirilir, şam o səviyyəyə qədər yanır və mıxlar bir-birinə dəyərək səs çıxarırdı.
    -Əgər baharatlı bir şey yedikdən sonra bir çay qaşığı şəkər yesəniz, o sizin hərarətinizi azaldacaq.
    -Almaniyada bir çox qocalar evinin önüdə yaşlı vətəndaşların qaçıb getməsinin qarşısını almaq üçün saxta dayanacaqlar var.
    -Bütün qütb ayıları solaxay olur.
    -Fillər bellərindəki dəri qırışıqlıqlarını ağcaqanadları öldürmək üçün istifadə edirlər.
    -Bir qaba çoxlu fıstıq yığsanız,bir müddət sonra özü partlayacaqdır.
    -Çində uşaqlar anadan olduğu andan 1 yaşında sayılırlar.
    -Arıların başlarında 3 kiçik, ön tərəfdə isə 2 böyük göz olmaqla, 5 gözləri var.
    -Sinqapurda sakkız çeynəmək və ya saxlamaq qadağandır.
    -Zürafə dili ilə qulağını təmizləyə bilir.
    -Qədim Misirlilər pişikləri öldükləri zaman qaşları dibindən kəliyərək yas saxlayırdılar.
    -Kenquru sürüsü ingiliscə “mob” yəni “şəbəkə” adlandırılır
    -İnsanın burnu və qulaqları ömrü boyu böyüdüyü halda, gözləri heç vaxt böyüməz.
    -Bir ilbiz 1 millik yolu 115 günə gedə bilər. Daha ətraflı »