Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek
    Şəhidlər Düşməndən intiqam almaq istəyirdi… üçün şərhlər bağlıdır

    Mustafayev Əlizamin Baxış oğlu böyük bir ailənin ən kiçiyidir. Onlar 8 qardaş, 1 bacı olublar.
    Ailə əslən Kəlbəcərdəndir, erməni işğalı nəticəsində Tərtərin Bəyimsarov kəndində məskunlaşıb. Elə Əlizamin də 21 iyun 1999-cu il tarixdə bu kənddə doğulub. 64 saylı Kəlbəcər kənd tam orta məktəbini bitirib. 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə gedib, 2019-cu ildə qayıdıb. Bir müddət kənddə təsərrüfat işləri ilə məşğul olub. Sonra böyük qardaşlarına bildirib ki, yenidən orduda xidmət etmək üçün müraciət edəcək. Üç ay təlim keçdikdən sonra həmlə taborunda çavuş kimi müddətdən artıq hərbi xidmətə başlayıb. Qumbaraatan idi.
    Qardaşı Mamed Mustafayev deyir ki, Əlizamin uşaqlıqdan ailənin Kəlbəcər həsrətinə dözə bilmirdi. Həmişə deyirdi ki, atamın öz yurdundan didərgin düşməsinin intiqamını düşməndən alacağam.
    Orduya getməmişdən əvvəl isə anasının məzarını ziyarət edib və yaxınlarına tapşırıb ki, əgər şəhid olsam, məni anamın yanında dəfn edin.
    Müharibə başlayandan, Əlizamin döyüşlərə qatılıb. Cəsarətli, qoçaq idi.Hər an düşməndən intiqam almaq arzusu ilə vuruşurdu. Daha ətraflı »

  • 16Dek
    Şəhidlər Dəftərçəsində şəhid bulağı çəkmişdi… üçün şərhlər bağlıdır

    Məhərrəmli Fuad Füzuli oğlu 10 may 2001-ci ildə Tərtər rayonunun Düyərli kəndində anadan olub. 2007-ci ildə Bakı şəhəri Suraxanı rayonundakı Yeni Ramana qəsəbəsində yerləşən Fərrux İsrafil oğlu Mehdiyev adına Qubadlı rayon Qaralar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. Orta məktəbi bitirdikdən sonra 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Fuad hərbi xidmətdə ol-duğu müddətdə də öz biliyi, bacarığı və nümunəvi xidməti ilə fərqlənib.
    Vətən müharibəsi zamanı Fuad Məhərrəmli Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad olunmasında böyük şücaət göstərib.
    29 sentyabr 2020-ci ildə Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub.
    Deyirlər ki, şəhid olandan sonra onun cibindən kiçik bir dəftərçə çıxıb. Burada 2020-ci il sentyabrın 20-də Fuad özü öz əllərilə şəhid bulağının şəklini çəkmişdi. İndi oxuduğu məktəbin qarşısında onun adına belə bir bulaq tikilib.
    Fuad kəşfiyyat bölüyündə xidmət edirdi. Valideynləri Kəlbəcər rayonunun Qamışlı kəndindən məcburi köçkündürlər.
    Fuad Məhərrəmli 30 sentyabr 2020-ci ildə Göygöl rayonunun Şəhidlər Xiyabanında dəfn edilib. Daha ətraflı »

  • 16Dek
    Şəhidlər UNUTMAYAQ! üçün şərhlər bağlıdır

    Dekabrda doğulan tərtərli Vətən Müharibəsi şəhidləri

                                                                 MƏHƏRZADƏ TALEH OQTAY OĞLU
    Taleh Məhərzadə 10.12.1995-ci ildə Tərtər rayonunun Qaynaq kəndində anadan olub.
    Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Taleh Məhərzadə Vətən müharibəsi zamanı Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 28-də Talış kəndi istiqamətində şəhid olub. Tərtər rayonunun Qaynaq kəndində dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Taleh Məhərzadə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
                                                                           QASIMOV AZƏR YAQUB OĞLU
    Azər Qasımov 1979-cu il dekabr ayının 2-də Tərtər rayonunun Yenikənd kəndində anadan olub.
    Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Qasımov oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Qasımov sağlığında “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)”, ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    Ailəli idi, 4 övladı yadigar qalıb.
                                                                     SABİRLİ ƏJDƏR XANLAR OĞLU
    Əjdər Sabirli 1996-cı ilin dekabr ayının 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub.
    Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əjdər Sabirli oktyabrın 11-da Talış kəndi istiqamətində şəhid olub. Tərtər rayonunun Soyulan kəndində dəfn olunub. Daha ətraflı »

  • 16Dek
    Şəhidlər “Torpaqlarımızı azad edək, şəhid olsam, ruhum da inciməz” üçün şərhlər bağlıdır

    Həsənli Zərimxan Rafiq oğlunun ailəsi erməni işğalı nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün düşüb. Əvvəlcə Mingəçevirdə, sonra isə Tərtər rayonunun Bəyimsarov kəndində məskunlaşıblar. Elə orta məktəbə də Zərimxan bu kənddə gedib. 2019-cu ildə XI sinfi bitirib, 2020-ci ilin yanvarında isə müddətli həqiqi hərbi xidmətə yollanıb. Əvvəl Ağcabədidə, sonra isə Beyləqanda xidmət edib.
    Müharibə başlayanda, ailəsi 4 gün Zərimxanla əlaqə saxlaya bilməyib. Sonra anası Afilə xanımla danışıb. Anasının həyəcanla dediyi “özünü qoru!” sözlərinə gülə-gülə cavab verib və sevinə-sevinə bildirib ki, artıq bir neçə kəndimizi düşməndən təmizləmişik.
    Oktyabrın 8-də ailəsi ilə son danışığı olub və deyib: “Torpaqlarımızı azad edək, şəhid olsam, ruhum da inciməz”.
    Afilə xanım deyir:
    –Zərimxan üç övladımızın ortancılıydı. Bir qardaş, iki bacı olublar. Biz həmişə Zərimxanla fəxr etmişik, indi də fəxr edirik. Daha ətraflı »

  • 16Dek
    Şəhidlər Evin sonbeşiyi üçün şərhlər bağlıdır

    Hüseynzadə Elgiz İbrahim oğlu 28.10.2001-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub, elə doğum tarixində, 29.10.2020-ci ildə 19 yaşında doğma torpağa tapşırılıb.
    Ailə Kəlbəcərin Təkəqaya kəndindən məcburi köçkün düşüb. Erməni təcavüzü nəticəsində ev-eşiklərini qoyub Bəyimsarov kəndində məskunlaşıblar. Elgiz bu kənddə anadan olub. Ailədə 5 bacı, 2 qardaş olublar. Evin sonbeşiyi olsa da, uşaqlıqdan daim valideynlərinə kömək etməyə çalışırdı.
    O, 64 saylı Kəlbəcər kənd tam orta məktəbinin məzunudur.
    Elgiz Hüseynzadə Vətən müharibəsi başlayan zaman Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə şücaət göstərib.
    Xüsusi təyinatlılarda döyüşürdü. O, oktyabrın 22-də şəhidlik zirvəsinə ucalıb, bir müddət nəşi tapılmayıb, oktyabrın 29-da dünyaya göz açdığı Bəyimsarov kəndində dəfn edilib.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Elgiz Hüseynzadə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.

    Svetlana Bağırovanın “Tərtərin tarix yazan oğulları” kitabından

  • 16Dek
    Digər Oxucu məktubu üçün şərhlər bağlıdır

    EKOLOGİYA FƏALLARINI DƏSTƏKLƏYİRİK!

    Son günlərdə Şuşa-Xankəndi yolunda Azərbaycanın qeyri-hökümət təşkilatları nümayəndələrinin, könüllülərin keçirdikləri etiraz aksiyasının gedişini hər birimiz diqqətlə izləyirik. Qışın bu şaxtasında gecə-gündüz Rusiya sülhməramlıları ilə üzbəüz dayanaraq, xalqımızın haqlı tələblərini irəli sürən bu mərd insanları alqışlayır, onları dəstəkləyirik.
    Ermənilər uzun illər boyu xalqımızın maddi, mənəvi, ekoloji sərvətlərini talan edib, bizə olmazın ziyanını vurublar.
    İndi onlar bilməlidirlər ki, bu sərvətlərin öz sahibləri var və onlar məhz Azərbaycan ərazilərində ilkin ekoloji monitorinqin keçirilməsini tələb edirlər. İnanırıq ki, Azərbaycanın qeyrətli oğul və qızları tələbləri yerinə yetirilənədək möhkəm dayanacaq, iradə və dözüm göstərəcəklər.
    Aksiya hazırda ”Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!” “Yaşasın Azərbaycan” şüarları ilə davam edir.
    44 günlük Vətən müharibəsində xalqımızın ürəyi əsgərlərimizlə bir döyündüyü kimi, indi dinc şəraitdə biz məktəblilər özümüzü gələcəyimiz üçün çalışan vətənpərvər insanların yanında hiss edirik.

    Günay Əlizadə,
    şəhər 1 saylı tam orta
    məktəbin VIII sinif şagirdi

     

  • 16Dek
    Digər Azərbaycan, Türkiyə və Türkmənistan arasında münasibətlər bundan sonra daha yüksək səviyyədə inkişaf edəcək üçün şərhlər bağlıdır

     Cari ilin 14 dekabr tarixində Prezident İlham Əliyev Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə iştirak edib. Dövlətimizin başçısı Üçtərəfli Zirvə Görüşündə çıxış edib.

    Prezident İlham Əliyev deyib ki, Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.

    Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.

    Qeyd olunub ki, ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.

    2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Daha ətraflı »

  • 13Dek
    Digər Tərtərdə narkomaniya əleyhinə maarifləndirmə tədbirləri davam etdirilir üçün şərhlər bağlıdır

    Tərtər rayon Sabir Zeynalov adına Kəngərli kənd tam orta məktəbində “Övladlarımızı narkotiklərdən qoruyaq” devizi altında marifləndirici tədbir keçirilmişdir.

    Tədbirdə Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov, Tərtər rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

    Tədbirdə çıxış edənlər müasir dövrümüzün bəlası olan narkotik vasitələr və onların fəsadları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və gənc nəslin nümayəndələrinə pis vərdişlərdən kənar durmağın vacibliyini çatdırıblar.

    Sonda proyektor vasitəsilə tədbir iştirakçılarına maarifləndirici sənədli film nümayiş etdirilib.

     

  • 13Dek
    Digər Tərtər Rayon İcra Hakimiyyətində vətəndaş məmnunluğu təmin edilir üçün şərhlər bağlıdır

     Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar rayon icra hakimiyyətinin başçısı, onun müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilir.

    Fərdi qaydada baş tutan qəbullarda vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır,  vətəndaş məmnunluğu təmin edilir. Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır, araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir.

    Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti,  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.

     

  • 13Dek
    Şəhidlər İcra başçısı Vətən müharibəsi şəhidi Abbasov Aysənan Əsgər oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının  sədri və Tərtər Cümə Məscidinin imamı ilə birgə Vətən müharibəsi  şəhidi, tibb xidməti leytenantı Aysənan Abbasovun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, onlara başsağlığı verib.

    Abbasov Aysənan 29 iyun 1992-ci ildə Tərtər rayonunun Seydimli kəndində dünyaya göz açıb. 2010-cu ildə Şəhid Fəxrəddin Orucov adına Seydimli kənd tam orta məktəbini bitirib. Aysənan uşaqlıqdan hərbçi olmaq, Vətənin müdafiəsində birbaşa iştirak etmək arzusunda olubdur. 2011-ci ildə hərbi xidmətə gedib, 2012-ci ildə təxris olunub. Aysənan torpaqlarımızın işğal altında qalması ilə heç cür barışa bilmirdi. Bu səbəbdən 2012-ci ildə MAHHXQ olaraq hərbi xidmətini davam etdirib. O, istər həqiqi, istərsə də müddətdən artıq hərbi xidməti dövründə dəfələrlə komandanlıq tərəfindən tərifnamələrə və digər təltiflərə layiq görülmüşdür. Aysənan kəşfiyyatçı kimi 2016-cı ilin aprel döyüşlərində də ona verilmiş bütün tapşırıqları ləyaqətlə yerinə yetirib.

    Vətən Müharibəsi başlayanda igid əsgər kəşfiyyatçı-istehkamçı kimi xidmət edirdi. O, dəfələrlə düşmən ordusunun arxasına keçərək olduqca vacib məlumatlar əldə etmişdir.  Döyüş yoldaşları onun heç nədən qorxmadığını söyləyirlər.

    Aysənan 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib və sentyabrın 29-da Murovdağ istiqamətində gedən şiddətli döyüşlərin birində erməni terrorçusu ilə səngərdə əlbəyaxa döyüş zamanı mənfur düşmənin arxadan snayperdən atdığı gülləyə tuş gəlib, ən yüksək zirvəyə – Şəhidlik zirvəsinə ucalıb. Daha ətraflı »