Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May
    Qazilərimiz Tərtərdə daha bir Vətən Müharibəsi qazisinin toy mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov şəhid Şaban Cəfərov adına Xeyriyyə Cəmiyyətinin sədri Nərmin Şaban qızı, Dayaq Vətən Müharibəsi əlillərinə və şəhid ailələrinə dəstək təşkilatının sədri Qalib Əliyev, Vətən Müharibəsi qaziləri, veteranları və ictimaiyyət nümayəndələri ilə birlikdə Tərtər şəhər sakini, 3-cü qrup Vətən Müharibəsi əlili Mehdizadə Elmin Elgün  oğlunun toy mərasimində iştirak edib.

    Toy şənliyində iştirak edən rayon rəhbəri qazinin 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş şücaətlərindən danışıb. Elminin torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi yaxşı da ailə başçısı olacağını bildirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşı olur”-deyib.

    İcra başçısı gəncləri təbrik edərək, qazilərə can sağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini,  onların “baş tacı”mız olduğunu bildirib. Daha ətraflı »

  • 08May
    Digər Prezident kuboku-2023″ reqatasının birinci gününə yekun vurulub üçün şərhlər bağlıdır

    Suqovuşan qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Prezident kuboku-2023” reqatasının birinci gününə yekun vurulub.

    Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 20-dək ölkədən avarçəkmənin kayak və kanoe növlərində 100-dən çox idmançı mübarizə aparıb.

    Yarışlar Mingəçevir “Kür” Olimpiya Tədris-İdman mərkəzində davam edəcək.

     

  • 08May
    Xəbərlər “Prezident kuboku-2023” reqatasında iyirmiyədək ölkədən 100-dən çox idmançı mübarizə aparır üçün şərhlər bağlıdır

    Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə “Prezident kuboku-2023” reqatası start götürüb.

    Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq reqata Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

    Suqovuşan su anbarında təşkil olunan yarışa 20-dək ölkədən 100-dən çox idmançı qatılıb. Onlar kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüş edəcəklər.

    Yarışların növbəti iki günü, 5-6 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman mərkəzində davam edəcək.

     

  • 08May
    Digər “NƏ QƏDƏR Kİ, AZƏRBAYCAN VAR, MƏN DƏ VARAM! MƏN İSƏ AZƏRBAYCANDA HƏMİŞƏ OLACAĞAM”. Ümummilli Lider Heydər Əliyev üçün şərhlər bağlıdır

    Yeni tariximizi yazmış tarixi şəxsiyyət

    İnsan yarandığı gündən işığa doğru can atır. Əgər bir anlıq tarix səhifəsində yaddaşımıza iz salan səxsiyyətləri göz önünə gətirsək, demək olar ki, ilk baxışda əzəmətli, dürüst, məğrur görkəmi, işıqlı siması ilə canlanan Heydər Əliyevi görəcəyik. Ulu Öndər Heydər Əliyev həm tarixi yaradan, həm də tarixi şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, o, özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Bu gün isə onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, islam dünyası və türk xalqları faydalanır. Elə buna görə də, Ulu Öndərimizin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır.
    Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən çətin məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. 10 may 1923-cü ildə Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Moskvadan qayıtdıqdan sonra Heydər Əliyev əziyyətli və ağır şəraitə baxmayaraq, muxtar respublikanın müdafiəsini yüksək səviyyədə təşkil etməyə, onu təcavüzkarlardan qorumağa nail oldu, bircə kənd də düşmən əlinə keçmədi. O ağır günlərdə Ulu Öndər deyirdi: “Doğma vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövrlərində xalqın dərdinə şərik olmaqla vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm… Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir”. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız Azərbaycan və Heydər Əliyevin adını qəlbində əbədi yaşadacaq. Daha ətraflı »

  • 08May
    Digər Rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü Cəmilli kəndində keçirilib üçün şərhlər bağlıdır

    Kənd sakinlərinin müraciətləri əsasında tədbirlər görülüb, tapşırıqlar verilib

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul-görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
    Təsdiq olunmuş qrafikə uy-ğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Cəmilli kəndində keçirilib.
    Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə icra başçısı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə kənddə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb. Sonra əhali ilə görüş keçirilib. Daha ətraflı »

  • 08May
    Digər HEYDƏR ƏLİYEV İLİ–2023 üçün şərhlər bağlıdır

    Dahi şəxsiyyətin uzaqgörən siyasətindən bəhrələnən minlərlə insandan biriyəm

    2023-cü il hamımız üçün əlamətdar ildir. Ümummilli Lider Heydər Əliyevin anadan olması-nın 100 illiyi ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Heydər Əliyev kimi dahi şəxsiyyətlə görüşmək, xatirələrini danışmaq özü bir xöşbəxtlikdir.
    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyev kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, ölkəsinin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır.
    Bu dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu Öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. Daha ətraflı »

  • 08May
    Digər ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İRSİ MİLLİ SƏRVƏTİMİZDİR üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Tərtər Regional Qaz İstismarı İdarəsinin Tərtər Xidmət Sahəsinin təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda “dəyirmi masa” keçirilib.
    “Dəyirmi masa”da Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri və Qaz İstismarı İdarəsinin Tərtər Xidmət sahəsinin kollektivi iştirak edib.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsinə ehtiram əlaməti olaraq gül dəstələri düzüblər. Sonra “dəyirmi masa” ətrafinda Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev tədbiri açaraq Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən silsilə tədbirlərdən danışıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün Azərbaycanda milli intibah dövrü olduğunu vurğulayıb. Daha ətraflı »

  • 08May
    Digər HEYDƏR ƏLİYEV İLİ–2023 üçün şərhlər bağlıdır

    Dərin hörmət və məhəbbət hissi ilə anırlar

    Su-kanal idarəsinin kollektivi də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində əbədiyaşar Liderimizin Tərtərin mərkəzi meydanındakı abidəsini böyük məhəbbət və ehtiram hissi ilə ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
    YAP rayon təşkilatının inzibati binasında davam edən tədbirdə idarənin kollektivi ilə yanaşı rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri iştirak ediblər.
    Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyəti ətrafında geniş söhbət aparılıb, dahi şəxsiyyətin Azərbaycan xalqının həyatındakı mişilsiz rolu qeyd olunub. Bu barədə rayon icra hakimiyyəti aparatında İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev danışıb. O bildirib ki, Ulu Öndərin irsi milli sərvətimizdir. Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyaya səpələnmiş soydaşlarımızı vahid ideya ətrafında birləşdirir. Daha ətraflı »

  • 08May
    Digər “Sosial siyasət və bu sahə üzrə qanunlar” mövzusunda təlim üçün şərhlər bağlıdır

    Tərtərdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində “Sosial siyasət və bu sahə üzrə qanunlar” mövzusunda təlim keçirilib.
    Təlimdə Tərtər rayonundan olan şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi iştirakçıları iştirak ediblər.
    Tədbir iştirakçıları öncə Mərkəzi Meydanda Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
    Tədbirdə çıxış edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Aris Məmmədov bildirib ki, icra olunan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. O qeyd edib ki, dövlət tərəfindən həssas sosial qrupların problemlərinin həll olunması, onların hüquqlarının reallaşması üçün kompleks tədbirlər görülür. Bəzi hallarda şəhid ailələri, müharibə əlilləri və veteranları yaranmış müxtəlif situasiyalarda hansı hüquqi prosedurları reallaşdıracağını bilmir və eyni zamanda müxtəlif müraciət formalarının hazırlanmasında çətinlik çəkirlər. Bütün bu məsələlərdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi layihə benefisarlarına dəstək olmağa hazırdır. Daha ətraflı »

  • 08May
    Digər Dövlət Rəmzləri Muzeyinə ekskursiyalar təşkil olunub üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Azərbaycanın hər bir guşəsində olduğu kimi, Tərtər rayonunda da 2023-cü il Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlərlə yadda qalacaq. Belə tədbirlər rayon sakinlərinin müstəqil Azərbaycanın xilaskarı və qurucusu olan Ulu Öndərin həyat və fəaliyyəti ilə daha yaxından tanış olmasında, xüsusən gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında və inkişafında mühüm rol oynayır.
    Bu baxımdan idarə və müəssisə kollektivlərinin, şagirdlərin rayonumuzdakı Dövlət Rəmzləri Muzeyinə təşkil olunan ekskursiyalarının xüsusi əhəmiyyəti var. Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Tərtər Poçt filialının, rayon Statistika İdarəsinin, Buruc kənd tam orta və şəhər 1 nömrəli tam orta məktəblərinin kollektivləri Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə Dövlət Rəmzləri Muzeyində olublar.
    Əvvəlcə ekskursiya iştirakçılarına muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, istənilən dövləti onun mövcudluğunu, çoxəsrlik dövlətçilik və tarixi-mədəni dəyərlərini təcəssüm etdirən dövlət rəmzləri olmadan təsəvvür etmək mümkün deyil. Daha ətraflı »