Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08May
    Digər “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda “dəyirmi masa” üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və “Azərpambıq” MMC-nin Tərtər filialının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda “dəyirmi masa” keçirilib.
    “Dəyirmi masa”da Tərtər rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının nümayəndələri və “Azərpambıq” MMC-nin Tərtər filialının kollektivi iştirak edib.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önünə gül dəstələri düzüblər.
    Sonra “dəyimi masa” ətrafında Ümummilli Liderin və torpaqlarımızın ərazi bütöv-lüyü uğrunda canlarını fəda et-miş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar msələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova tədbiri acaraq payonda Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdən, Ulu Öndərin hakimiyyəti illərində bütün bölgələr kimi Tərtər rayonuna da göstərilən diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, xalqının xilaskarına çevrilən Heydər Əliyev xalqını zamanın ağır sınaqlarından uğurla çıxarmış, ardıcıl mübarizə apararaq onu öz müstəqilliyinə qovuşdurmuşdur. Azərbaycan dövləti yeni əsrə, yeni minilliyə məhz Heydər Əliyevin zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Daha ətraflı »

  • 08May
    Digər Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    XATİRƏLƏRDƏ QALAN GÖRÜŞLƏR

    Yaşanılan tarix dahi insanları, nadir şəxsiyyətləri ilə dəyərləndirilir. Hər bir xalqın tarixdə öz imzasını qoymasında belə övladlarının rolu misilsiz olduğu qədər, həm də yaddaqalandır. Onların ideya və əməlləri illər keçsə də unudulmur, xoş xatirələrə çevrilib yaddaşlara köçür. Bu xatirələrə əbədiyaşarlıq vermək, onları kağız üzərinə, videolentlərə köçürmək isə jurnalistlərin, yazarların üzərinə düşən ən şərəfli vəzifə olaraq qalır.
    * * *
    Nəinki ölkəmizdə, hətta bütün dünyada tanınan və sevilən nadir şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük oğlu, Ulu Öndərimiz Heydər Əliyevdir. Həmişə xalqına arxalanan bu qüdrətli insan bu gün də Azərbaycan xalqının yaddaşında öz böyüklüyünü qoruyub saxlayan, hər kəsə doğma olan bir şəxsiyyət kimi yaşayır.
    Bugünkü müsahibimiz Ulu Öndərlə dəfələrlə görüşən və bu görüşləri ömrünün ən şirin, yaddaqalan anları kimi həvəslə xatırlayan Yadigar Əhmədovdur. O, 1930-cu ildə Tərtər rayonunun Balakəngərli kəndində anadan olub. Uşaqlıq çağları ağır müharibə illərinə təsadüf etdiyindən, əmək fəaliyyətinə kiçik yaşlarından başlayıb. Ömrü boyu yalnız öz əllərinin zəhmətilə halal çörək qazanan Yadigar kişi həyatının maraqlı, unudulmaz anlarını belə xatırlayır:
    – Mənim ilk iş həyatım Mingəçevir Su Elektrik Stansiyasının tikintisində fəhlə işləməklə başlayıb. Daha ətraflı »

  • 08May
    Ədəbiyyat DÜRÜŞ XANIMIN GƏBƏLƏRİ üçün şərhlər bağlıdır

    Deyilənə görə, ötən əsrin əvvəllərində Şuşada Dürüş adlı xanım-xatın, gözəl-göyçək bir qadın yaşayırmış. Onun xasiyyəti də elə xarici görkəmi ilə üst-üstə düşürdü. Buna görə də əhali arasında böyük hörməti vardı. Xüsusilə qadınlar Dürüş xanımı məsləhət yeri bilirdilər. Elə ki o kəlağayısını başına salıb qapıdan çıxdı, hamı yaxşı bilirdi ki, arxasınca getdiyi işi həll etməyincə, geri qayıtmayacaq.
    Dürüş xanımın həyat yoldaşı da özünə yaraşan idi. Ticarətdə əli gətirirdi. Odur ki, yaxşı dolanışıqları vardı. Ev işlərini qulluqçular görürdülər.
    Bunlara baxmayaraq, Dürüş xanımın özünün ürəyinə yatan bir iş vardı ki, o, bunu qulluqçula-ra tapşırmır, yalnız özü görərdi.
    Bu evə gəlin köcəndən böyük mülkün ən işıqlı, geniş otağını seçib burada gəbə toxumaq üçün hana qurdurmuşdu. O biri otaqlardan fərqli olaraq bu otağın pəncərələrinə pərdə vurmamışdı. İlin bütün fəsillərində buradan Şuşanın gözəl mənzərəsini seyr etmək mümkün idi. Bu mənzərədə hansı rənglər, hansı çalarlar yox idi və bunların birləşməsindən hansı ilahi gözəlliklər yaranmırdı?! Hananın qarşısında oturan Dürüş xanımın əlləri saplar üzərində gəzir və təbiətin gözəlliyi onun ürəyindən keçərək zərif ilmələrə çevrilirdi.
    İllər uzunu toxuduğu gəbələr bu qadın üçün adi əşya deyil, həyatının bir parçası, özü də çox mənalı parçası idi.
    Övlad sarıdan Dürüş xanımın dünyada vur-tut bir oğlu vardı, onu da qonşudakı yetim qızla evləndirmişdi. Oğlundan da, gəlinindən də narazı deyildi. Sözəbaxan, böyüyün-kiçiyin yerini bilən uşaqlarıydı. Amma bir məsələ daim Dürüş xanımı narahat edirdi: cavanlarda özlərinin zirəkliyini, yanımcıllığını, həyat eşqini görmürdü. Qorxurdu ki, onlar yaxşını pisdən, düzü əyridən seçə bilməsinlər. Axı, insanın maraq dairəsi, arzuları nə qədər böyük olsa, ayaq üstə bir o qədər möhkəm dayanır. Yalnız özlərinə qapanıb yaşayan insanlar isə daim çətinlik çəkirlər. Daha ətraflı »

  • 08May
    Şəhidlər May ayında doğulan I Qarabağ müharibəsi şəhidləri üçün şərhlər bağlıdır

    Çıldıran ugrunda gedən döyüşdə şəhid oldu

    1992-ci il sentyabr ayının 1-də Çıldıran yüksəkliyi uğrunda gərgin döyüşlər gedirdi. Batalyon üzvlərinin əhval-ruhiyyəsi çox yüksək idi. Düşmənlər yüksəkliyi qoyub qorxaqcasına qaçırdılar, ancaq ara-sıra ətrafda mərmilər partlayırdı.
    Döyüşçülərimizin əksəriyyəti artıq yüksəkliyə qalxmışdılar, ancaq bir az arxada qalanlar da vardı. Onlardan biri Vəzir Oruco-həmkəndlisi, rayonun Xoruzlu kəndindən olan Hafiz Səfərov idi.
    Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon şöbəsinin sədri Suliddin Yusibov bu döyüş barədə belə danışır:
    –Sentyabrın 1-i, günorta saat 1-2 radələri idi. Çıldıran yüksəkliyini almaq tapşırığını alan igidlərimiz sürətlə irəliləyirdilər. Belə dəqiqələrdə bizi heç nə dayandıra bilməzdi. Ona görə də arxada partlayış səsini eşitsək də, dayanmadıq. Çünki adi bir ləngimə, çaşqınlıq əməliyyatın gedişini poza bilərdi. Ancaq ətrafda baş verənləri diqqətlə izləyən Vəzir Orucov dərhal vəziyyəti öyrəndi. Məlum oldu ki, partlayış nətıcəsində batalyonun iki üzvü – Hafiz Səfərov və Ərşad Sarıyev şəhidliyə ucaldılar, Sərvər, Əhəd və İlham isə yaralandılar (İlham da bir ay sonra aldığı yaradan şəhid oldu).
    Ölümün gözünə dik baxan, həyatda heç nədən qorxmayan sevimli komandirimizin üzündəki ifadəni, “anaları o uşaqları mənə tapşırmışdılar” sözlərini bu gün də unuda bilmirəm. Daha ətraflı »

  • 08May
    Şəhidlər Tərtərin küçələrindən biri Rasim Mürsəlovun adını daşıyır üçün şərhlər bağlıdır

    Birinci Qarabağ müharibəsi şəhidi Rasim Mürsəlov 1956-cı il may ayının 17-də Tərtər şəhərində anadan olub. Sadə, zəhmətkeş ailədə böyüyüb. Özü də müxtəlif peşələrə, o cümlədən rəngsazlığa, sürücülüyə maraq göstərib. Odur ki, 1972-1974-cü illərdə keç-miş Sovet Ordusu sıralarında hərbi xidmətini başa vurandan sonra Bakı şəhərindəki 48 nömrəli texniki peşə məktəbində təhsil alıb və paytaxtda qalıb işləyib.
    Lakin ötən əsrin 90-cı illərinin əvvəlində ermənilərin törətdikləri təxribatlar nəticəsində rayonumuzda vəziyyət gərginləşəndə, Rasim Tərtərə qayıdıb və bir müddət sürücü işləyib. “Tərtər Özünümüdafiə Batalyonu” yaradılarkən könüllü olaraq həmin batalyona yazılıb.
    Rasim Mürsəlov Qarabağ müharibəsi tarixinə “Marquşevan əməliyyatı” adı ilə daxil olmuş döyüşün iştirakçısıdır. Həmin döyüş 1992-ci il aprelin 10-da başlamış və 2 gün davam etmişdir. Batalyona yerli polis əməkdaşları və mülki əhali yaxından kömək edirdi. Tərtərlilər qəhrəmancasına vuruşurdular. Daha ətraflı »

  • 06May
    Digər Azərbaycanın siyasəti bütün dövlətlərlə münasibətlərin normallaşması istiqamətində aparılır üçün şərhlər bağlıdır

    Cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda çıxış edib.

    Dövlət başçısı bildirib ki,  Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi Şuşa sıfırdan yenidən qurulur.

    Qeyd olunub ki, cari il Ulu Öndərin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur.

    Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir.

    Biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq. Daha ətraflı »

  • 01May
    Xəbərlər Vətəndaşların nəzərinə! üçün şərhlər bağlıdır

    30 aprel 2023-cü il tarixdə axşam saatlarında rayon ərazisinə yağan aramsız yağış Dəmirçilər, Ağkənd, Həsənqaya və Çaylı kəndlərinə sel gəlməsinə səbəb olmuşdur. Bununla əlaqədar həmin ərazilərə sellə birlikdə  partlamamış hərbi sursat və şübhəli əşiyaların gəlmə ehtimalını nəzərə alaraq bu halda vətəndaşlardan Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və DİN-in “102” xidməti-zəng mərkəzi zəng etmələrini xahiş edirik.

     

     

  • 01May
    Xəbərlər Tərtərdə sel sularının vurduğu ziyan aradan qaldırılır üçün şərhlər bağlıdır

    Axşam saatlarında Tərtər rayonuna yağan aramsız yağış daşqınlara səbəb olub.

    Güclü yağışla əlaqədar yaranan sel nəticəsində rayonunun Dəmirçilər, Ağkənd və Çaylı kəndlərində  fərdi təsərrüfatlara, taxıl, arpa, yonca, meyvə bağlarına və digər kənd təsərrüfatı təyinatlı bitkilərə ziyan dəymişdir.

    Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə rayon fövqəladə hallar komissiyası tərəfindən təcili olaraq zəruri tədbirlərin həyata keçirilməsinə başlanılmış, ötürücü su arxları təmizlənərək, kəndlərə daxil olan sel sularının qarşısının alınması işləri aparılır.

    Həmçinin rayonun Həsənqaya, Çaylı, Qaynaq, Yuxarı Qaradağlı, Qaraağacı, Qapanlı, Düyərli, İrəvanlı, İsmayılbəyli, Səhlabad, Yuxarı Qapanlı, Qazyan, Soyulan və Əskipara kəndlərinə yağan güclü dolu nəticəsində vətəndaşlara məxsus təsərrüfatlara və əkin sahələrinə də ziyan dəymişdir.

    Mövcud vəziyyətlə bağlı Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aidiyyəti idarə, təşkilat rəhbərləri ilə birgə sel hadisəsi baş verən Dəmirçilər və Ağkənd kəndlərində olmuş, fəsadın aradan qaldırılması ilə bağlı təcili tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyələrini vermişdir.

     

  • 01May
    Digər “Heydər Əliyev İli -2023”: “Uşaq Gənclər İdman Şahmat məktəbinin kollektivi “Dövlət Rəmzləri Muzeyi”nə ekskursiya ediblər üçün şərhlər bağlıdır

      Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən rayonda silsilə tədbirlər davam edir.

    Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Uşaq Gənclər İdman Şahmat məktəbinin kollektivi Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə “Dövlət Rəmzləri Muzeyi”nə ekskursiyası təşkil edilib.

    Əvvəlcə ekskursiya iştirakçılarına muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, istənilən dövləti onun mövcudluğunu, çoxəsrlik dövlətçilik və tarixi-mədəni dəyərlərini təcəssüm etdirən dövlət rəmzləri olmadan təsəvvür etmək mümkün deyil. Xalqımızın qədim tarixinin öyrənilməsində, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında və inkişafında onların xüsusi əhəmiyyəti var. Daha ətraflı »