Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn
    Digər “HEYDƏR ƏLİYEV İLİ–2023” üçün şərhlər bağlıdır

    “Milli Dövlətçiliyimizin xilaskarı” mövzusunda “dəyirmi masa”

    30 il əvvəl iyunun 9-da Ümummilli Lider xalqın təkidli tələbi ilə Bakıya qayıdıb

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda “dəyirmi masa” keçirilib.
    “Dəyirmi masa”da Tərtər rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçuları, YAP rayon təşkilatının nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsi önü-nə gül dəstələri düzüblər.
    Sonra “dəyimi masa” ətrafında davam edən tədbirdə Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə iştirak edən Tərtər RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev rayonda Ulu Öndərin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdən danışıb. O bildirib ki, Ulu Öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşların mənafeyinə xidmət etmiş, Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışmış, mümkün olan hər seyi etmişdir. Daha ətraflı »

  • 09İyn
    Digər UŞAQLAR BİZİM SEVİNCİMİZ, XOŞBƏXTLİYİMİZ, CƏMİYYƏTİN GƏLƏCƏYİDİR Heydər Əliyev, Ümummilli Lider üçün şərhlər bağlıdır

    UŞAQ YARADICILIQ FESTİVALI KEÇİRİLİB

    Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Uşaqların Beynəlxalq Müda-fiəsi Günündə Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib. Festivalda ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə tərbiyə alan uşaqlar iştirak ediblər.
    Tədbirə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərləri, KİV nümayəndələri və valideynlər də qatılıblar.
    Əvvəlcə tədbir iştirakçıları Köçərli kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Minayə Həsənlinin Ümummilli Liderə həsr olunmuş rəsm sərgisi ilə tanış olub, uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar. Daha ətraflı »

  • 09İyn
    Qazilərimiz QAZİ ÖVLADLARINA HƏDİYYƏLƏR VERİLİB üçün şərhlər bağlıdır

    Rayonun Poladlı kəndində yaşayan “Azərbaycan Bayrağı” ordenli Vətən Müharibəsi veteranı Elnur Salahovun ilk övladı dünyaya gəlib. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Elnur Salahovun ailəsində olub, onların qayğıları və problemləri ilə maraqlanıb, ailənin yeni dünyaya gəlmiş övladına qiymətli hədiyyə təqdim edib.
    Rayon rəhbəri möhtərəm Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Elnur kimi igid oğulların döyüşlərdə göstərdikləri şücaət nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirib. Qeyd edib ki, Elnur Respublika Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordenindən başqa “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.
    İcra başçısı ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xa-nım Əliyevanın şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğını dilə gətirib və hər kəsi bu örnəkdən nümunə götürməyə çağırıb, Ulu Tanrıdan ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb, şəhid analarının qarşısında baş əydiyini, Uşaqların Beynəlxaq Müdafiəsi Günü münasibətilə yeni dünyaya gəlmiş Asya balanı təbrik etməyi özünə borc bildiyini qeyd edib. Daha ətraflı »

  • 09İyn

    Digər üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Tərtər şəhər sakini, yeni övladı dünyaya gəlmiş qazi İnqilab Qayıbovun ailəsində də olub, onların qayğıları və problemləri ilə maraqlanıb, ailənin yeni dünyaya gəlmiş övladına qiymətli hədiyyə təqdim edib.
    Qeyd edək ki, qazi İnqilab Qayıbov Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Üçüncü qrup Vətən müharibəsi əlilidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

     

  • 09İyn
    Digər “Hədiyyə karvanı” layihəsinin iştirakçıları Tərtərdə üçün şərhlər bağlıdır

    Bayram münasibəti ilə “YAŞAT” Fondu tərəfindən icra olunan “Hədiyyə karvanı” layihəsi çərçivəsində Tərtər rayonunda yaşayan, yaşı 14-dək olan 37 nəfər Vətən müharibəsi şəhidlərinin övladlarına hədiyyələr verilib.
    Hədiyyələr Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları və “YAŞAT” Fondunun nümayəndələri tərəfindən şəhid övladlarına çatdırılıb.
    Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 09İyn
    Qazilərimiz Vətən Müharibəsi şəhidinin qardaşı, qazi Qorxmaz Qənbərlinin toy məclisi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov DTX-nin Tərtər Rayon Şöbəsinin rəisi Anar Əliyevlə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayevlə, rayon polis şöbəsinin rəis müavini Həsən Məmmədovla, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla, şəhid ailələri, Vətən Müharibəsi qaziləri, veteranları və ictimaiyyət nümayəndələri ilə birlikdə Tərtər rayon Kəngərli kənd sakini, Vətən Müharibəsi şəhidi Qənbərli Qənbər Bəhruz oğlunun qardaşı, 3-cü qrup Vətən Müharibəsi əlili Qorxmaz Qənbərlinin toy məclisində iştirak edib.
    Toy şənliyində iştirak edən rayon rəhbəri qazinin 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş şücaətlərindən danışıb. Qorxmazın torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi yaxşı da ailə başçısı olacağını bildirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşı olur”- deyib.
    İcra başçısı gəncləri təbrik edərək, qazilərə cansağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini, onların “baş tacı”mız olduğunu bildirib.
    Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran gəncləri təbrik edib, onlara xoş arzularını çatdırıblar.
    İcra başçısının Vətən Müharibəsi qaziləri və veteranları ilə birgə rəqsi məclis iştirakçılarını qürurlandırıb. Daha ətraflı »

  • 09İyn
    Şəhidlər GÖZÜMÜZ YAŞLI OLSA DA, QƏLBİMİZ QÜRURLUDUR üçün şərhlər bağlıdır

    Bir igidin şərəfinə məclis qurulmuşdu Hacıqərvənd kəndində. Afidə ananın illərlə ürəyində arzusunu yaşatdığı məclis. Buna toy da demək olardı, ad günü də. Ancaq nə bəy-gəlin vardı, nə də təbrikləri qəbul edən o pəhləvan cüssəli oğlan…
    Bu məclis ağır olduğu qədər də möhtəşəm idi. Burada danışan xatirələriydi. O xatirələr ki, xalqımız yaşadıqca, şəhidlərimizi yaşadacaq, insanların sevgisindən onlara abidə ucaldacaq.
    Yaxından-uzaqdan qonaqlar gəlmişdilər. Onlar əvvəlcə Hacıqərvənd kəndindəki qəbiristanlığa gəlib, Rəşadın məzarını ziyarət etdilər, önünə gül-çiçək dəstələri düzdülər. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxudu.
    Sonra rayon İcra Hakimiyyəti başçısı aparatında İçtimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbilov, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış etdilər. Daha ətraflı »

  • 09İyn
    İdman BÖYÜK YOLUN BAŞLANĞICINDA üçün şərhlər bağlıdır

    Həmyerlimiz Murad Qurbanovun cəmi 14 yaşı var. Ancaq onu nəinki rayonumuzda, Azərbaycanda, elə dünyada da tanıyanlar və sevənlər çoxdur. Xüsusən də idmansevərlər arasında.
    Bu günlərdə Murad Qurbanov Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin VAKO versiyası Üzrə Dünya Kuboku üzrə yarışlarda 48 kq çəki dərəcəsində özündən 3 yaş böyüklərlə döyüşüb. Murad “Fulkontakt” versiyasında 2 döyüş keçirərərk Fəxri kürsünün ikinci pilləsinə qalxıb və gümüş medal qazanıb.
    Doğma rayonumuzda gənc idmançı böyük sevinclə, gül-çiçəklə qarşılanıb. O, ilk olaraq Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin abidəsini və torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin abidə kompleksini ziyarət edib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Murad Qurbanovu qəbul edib. Rayon rəhbəri əldə etdiyi uğurlara görə Muradı təbrik edib və ona daha böyük nailiyyətlər arzulayib.
    İdmançıya rayon rəhbəri tərəfindən təşəkkürnamə və xatirə hədiyyəsi təqdim olunub. Daha ətraflı »

  • 09İyn
    Digər “Ərzaq təhlükəsizliyinin təmin olunmasında seleksiya və genetik tədqiqatların rolu” mövzusunda tarla seminarı üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ərzaq təhlükəsizliyinin təmin olunmasında selleksiya və genetik tədqiqatların rolu” mövzusunda tarla seminarı keçirilib.
    Qarabağ Elmi-Tədqiqat Bazasında keçirilən tarla seminarında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru Mehrac Abbasov, Tərtər DAİM-in direktoru Mehman Babayev, Qarabağ Elmi-Tədqiqat Bazasının direktoru Həmid Mehdiyev, institutun əməkdaşları və fermerlər iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov seminarı açaraq tədbir iştirakçılarını salamlayıb, seminarın işinə uğurlar arzu edib. Seminarın əlamətdar bir vaxtda keçirildiyini, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğunu vurğulayıb. “Qarabağ Elmi-Tədqiqat Bazasının inkişafında icra hakimiyyətinin rolu” mövzusunda görülən işlərdən danışıb. Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, milli toxumçuluğun inkişafına, xaricdən toxum asılılığının azaldılmasına xüsusi diqqət yetirilməklə elmi-tədqiqat bazalarının bu sahədə fəaliyyətinin yaxşılaşdırılmasına yönəlməli olan layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Daha ətraflı »

  • 09İyn
    Təhsil Bu məktəbdə öz peşəsini sevən və yaxşı bilən kadrlar yetişdirilir üçün şərhlər bağlıdır

    59 il bundan əvvəl rayonumuzda peşə məktəbinin açılması həm Tərtərimizin, həm də ətraf rayonların həyatında əlamətdar hadisə oldu. Çünki bütün dövrlərdə öz peşəsini sevən və yaxşı bilən kadrlara ehtiyac olub.
    Bu illər ərzində məktəbdə minlərlə gənc müxtəlif peşələrə yiyələnərək kənd təsərrüfatında, sənayedə, xidmət sahələrində uğurla çalışıb, ölkəmizin inkişafına öz töhfələrini veriblər. Məktəbin məzunları həm I Qarabağ, həm də 44 günlük Vətən müharibəsində fəal iştirak ediblər. Onlardan şəhidlik zirvəsinə ucalanlar var. Müəllim və tələbə kollektivi şəhidlərin xatirəsini daim uca tutur, keçirilən tədbirlərdə onları yada salırlar.
    Lakin 59 il ərzində məktəb heç zaman əsaslı təmir olunmauşdu. Xüsusən erməni işğalı nəticəsində yurd-yuvalarından didərgin düşən soydaşlarımız məktəb binasında məskunlaşandan sonra, burada vəziyyət daha acınacaqlı olub, yardımçı binalar köhnə tikililər olduğundan böyük əksəriyyətində uçmaq təhlükəsi yaranıb.
    44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizdən sonra həyatımızın bütün sahələrində olduğu kimi, bu məktəbin həyatında da mühüm dəyişikliklər baş verib.
    Uzun illərdən sonra burada təmir işlərinə başlanılıb.
    Artıq Elm və Təhsil Nazirliyinin xətti ilə “FH” MMC şirkəti məktəbdə əsaslı təmir işlərinə başlayıb və bu işlər sürətlə davam etdirilir. Daha ətraflı »