Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Yan
    Şəhidlər 19 yaşı məzarı önündə qeyd olundu üçün şərhlər bağlıdır

    Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu, 2005-ci il təvəllüdlü, rayonun Seydimli kənd sakini Səfərov Cavid Rövşən oğlunun doğum günü məzarı önündə qeyd olunub.
    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhidin yaxınları, döyüş yoldaşları, kənd sakinləri şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
    Qeyd edək ki, şəhid Cavid Səfərov 2005-ci il yanvar ayının 24-də Tərtər rayonunun Seydimli kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cavid Səfərov 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Seydimli kənd qəbiristanlığında torpağa tapşırılıb.
    Şəhid Səfərov Cavid Rövşən oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

     

  • 31Yan
    Kənd Təsərufatı 2023-cü ildə Tərtər rayonunda kənd təsərrüfatı bitkiləri məhsulları istehsalının yekunları üçün şərhlər bağlıdır

    Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və bu sahənin inkişafı üçün əlverişli imkanlar yaratmışdır.
    Aqrar sektorun aparıcı və həlledici sahəsi olan kənd təsərrüfatında aparılmış islahatlar və görülmüş işlər öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixrac yönümlü məhsulların yetişdirilməsi, əkinçiliyin və heyvandarlığın inkişafı istiqamətində atılan addımlar, xüsusən bir sıra ənənəvi sahələrin, məsələn, baramaçılıq, pambıqçılıq və bu kimi sahələrin yenidən dirçəldilməsi kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verib.
    2023-cü ildə rayonda kənd təsərrüfatı məhsulunun həcmi 114033.5 min manat olmuş, əvvəlki ilə nisbətən 8.0 faiz artmışdır. Kənd təsərrüfatı məhsulunun 67419.6 min manatı və ya 59.1 faizi bitkiçilik sahəsinin hesabına formalaşmışdır.
    Rayon üzrə 2023-cü ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 24285.6 hektar olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2022-ci ilə nisbətən 807.7 hektar və ya 3.2 faiz azalmışdır. Əkin sahəsinin 9141.9 hektarını və yaxud 37.6 faizini dənli və dənli paxlalı bitkilər, 4309.5 hektarını və yaxud 17.7 faizini texniki bitkilər, 1472.0 hektarını və yaxud 6.1 faizini kartof, bostan və tərəvəz bitkiləri, 9362.2 hektarını və yaxud 38.6 faizini yem bitkiləri təşkil etmişdir. Daha ətraflı »

  • 31Yan
    İqtisadiyyat Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışında mövcud imkanlar, problemlər və perspektivlər mövzusunda görüş keçirilib üçün şərhlər bağlıdır

    Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Yuxarı Qarabağ regional koordinatorluğunun təşkilatçılığı, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilmiş görüşdə Sahibkarlığın İnkişafı Fondunun, İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsinin, Aqrar Kredit və İnkişaf Agentliyinin, Dövlət Vergi Xidmətinin, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin, RabitəBank ASC, Bank Respublika ASC, AccessBank QSC-nin nümayəndələri, eləcə də rayonda fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak edib.
    Tədbir çərçivəsində aidiyyəti dövlət qurumlarının nümayəndələri kənd təsərrüfatı sahəsində ölkədə həyata keçirilən və hazırda davam edən layihələr, eləcə də bu sahədə mövcud qanunvericilik, KOB subyektlərinin maliyyə resurslarına çıxışı, müvəkkil banklar tərəfindən sahibkarlıq fəaliyyəti üçün verilən biznes və güzəştli kreditlər, kreditlərin sənədləşdirilməsi, subsidiyaların qeydiyyata alınması barədə biznes subyektlərini məlumatlandırıb və onların sualları cavablandırılıb. Tədbirdə mövzu ilə bağlı sahibkarlıq subyektlərinin təklifləri dinlənilib, onlar dövlət dəstəyi mexanizmləri, güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumatlandırılıb.

  • 31Yan
    Digər Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Şikar Şikarov adına şəhər 5 saylı tam orta məktəbin inzibati binasında “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, şəhər 5 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cavanşir Musayev iştirak ediblər.
    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışıb. Qeyd olunub ki, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Daha ətraflı »

  • 31Yan
    Digər İstirahət saatlarında üçün şərhlər bağlıdır

    FAYDALI SÖZLƏR

    Qulaq asmağı bacarmayanlara qulaq asmazlar.
    Sevinc dolu göz yaşlarını heç vaxt silmə.
    Kədəri saxta olanın sevinci də saxta olur.
    Keçmişə və gələcəyə təbəssümlə baxmalıyıq.
    Mən sizə arzu edəcəyiniz qədər sevinc arzulayıram.
    Yalnız ölü dillər ölməzlik qazanırlar.
    Ən gözəl fikir də pis ifadə edildikdə qiymətini itirir.
    Ən böyük hiyləgərlik özünü xeyirxah kimi göstərməkdir.
    Çox varlanmaq və çox danışmaq insanı məhv edir.
    Təsirli söz əbədi, dəyərsiz söz isə fanidir.
    Var-dövlət sərvətə deyil, qənaətə söykənir.
    İsrafçılığın ömrü pulun qurtardığı ana qədərdir.
    İstəklərimiz azaldıqca məhrumiyyətlərimiz də azalır.
    Ağıllı cavab istəyirsənsə ağıllı sual ver.
    Qalib öz ordusu və donanması olan liderdir.
    Ağıllı adamlar heç vaxt mübahisə etməzlər.
    Ağıllı adamlar dəlilərdən də nəsə öyrənirlər.
    Əgər bir adama hörmət edirsənsə və bunu üzünə vurursansa, bu, təhqir sayılır.
    Sevinc müdrikliyin xüsusi bir növüdür.

    Toplayanı Əsəd Abbasovdur

    FAYDALI MEYVƏLƏR

    Qarpız A və C vitaminləri ilə zəngindir. Qarpızın hətta ağ hissəsi cinsi aktivliyə çox yararlıdır. Qarpızın xərçəngdən müdafiə xüsusiyyətləri var. Belə ki, qarpız tərkibindəki xərçəngdən müdafiə edən antioksidant olan likopenin miqdarına görə liderdir. Qarpız C, A vitaminlərinin və beta-karotinlərin ən yaxşı mənbəyidir. Bu səbəbdən o, ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir. Daha ətraflı »

  • 31Yan
    Hərbi vətənpərvərlik Tərtər rayon qəzetinin 90 illiyi qarşısında üçün şərhlər bağlıdır

    TORPAQDAN PAY OLMAZ

    Məktubu olduğu kimi dərc edirik

    Mən milliyətcə erməniyəm. Azərbaycanın tabeliyində olan Xan kəndində anadan olmuşam. Doğma Qarabağda baş verən hadisələr məni sonsuz dərəcədə sarsıdır. İki ildən çoxdur ki, uşaq da, böyük də gərgin vəziyyətdədir.
    Deyirlər həqiqət yer üzərində ən qalib, ən ye-nilməz amildir. Son iki ildə Azərbaycan xalqının başına gətirilən müsibətləri heç kəsə arzulamıram. Uydurulmuş “Qarabağ problemi” nəhayət 15-20 yanvar 1990-cı il faciəsinə gətirib çıxartdı. Faciəni törədənlər nə vaxt öz cəzalarını alacaqlar? Mətbuatda həmişə belə yazırlar: “Bir qrup erməni ekstremistləri”. Balam, bu bir qrup nə qədər güclü oldu ki, 200 minə yaxın azərbaycanlını öz evindən didərgin saldı, minlərlə azərbaycanlının qanını axıtdı? Nə vaxta qədər mərkəz birtərəfli çıxış edəcək? Mərkəz tərəfdən Qarabağ problemi həlledilməz bir problemə çevrilib. Arutyunyanlara bəsdir deyən olmadı. Nəhayət, Qarabağı bu vəziyyətə gətirib çıxardan Volski cənabları aradan çıxdılar.
    Azərbaycan xalqı yaxşı bilir ki, zaman ən acı məhkəmədir. İllər ötər, çox sular durular, tarix hər şeyə ədalətli hökm verər. Daha ətraflı »

  • 26Yan
    Digər Beynəlxalq riyakarlığın növbəti təzahürü üçün şərhlər bağlıdır

    Avropa Şurası Parlament Assambleyasının qərəzli davranışı beynəlxalq riyakarlığın təzahürüdür. 2001-ci ildə sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.

    Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsidir.

    Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.

    AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edilərək, 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib.

    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarım-sessiyasının açılış günündə (22 yanvar) AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir.

    Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib”. Daha ətraflı »

  • 19Yan
    Digər 20 Yanvar faciəsi: milli azadlıq hərəkatının zirvəsi üçün şərhlər bağlıdır

    Sovet dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. Bu, öncədən planlaşdırılmış hərbi cinayət idi.

    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi.

    “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar.

    Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. Daha ətraflı »

  • 18Yan
    Digər Türkiyənin Bursa şəhərindən olan bir qrup şəhid ailəsi Tərtər rayonuna səfər edib üçün şərhlər bağlıdır

    Müdafiə Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyənin Bursa şəhərindən olan bir qrup şəhid ailəsi Tərtər rayonuna səfər edib.
    Qonaqları Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qarşılayıb. Qədim tarixə malik Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrindən danışıb. Əsrlər boyu Azərbaycan və türk xalqlarının həmişə bir-birinə dəstək olduğunu, sıx əməkdaşlıq etdiyini bildirib. Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını dilə gətirib. Sonra rayon rəhbəri qonaqlara rayon haqqında ətraflı məlumat verib, 44 günlük Vətən müharibəsində rayona dəymiş ziyandan danışıb. Qeyd edib ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəyib, dağıntılar olub.
    Dinc əhali 16 mülki şəhid verib, 63 nəfəri isə yaralanıb. Erməni vandalları tərəfindən şəhər qəbiristanlığının atəşə tutulması nəticəsində dəfndə iştirak edən 4 nəfər mülki şəxs həlak olub. Dövlət rəsmilərinin dediyi kimi, “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradı” olub. Daha ətraflı »

  • 18Yan
    Ədəbiyyat Ölmədi, ölümə güldü şəhidlər üçün şərhlər bağlıdır
    Gülüstan deyilmi Vətən torpağı,
    Torpağa əkilən güldü şəhidlər.
    Müqəddəs Anaya qurban verməyə,
    Rəva canlarını bildi şəhidlər.
    “Yetər, seyr eləmək ellər çəkəni”, –
    Deyib, qınadılar pislik əkəni.
    Qərəzli barmaqlar yaxan ləkəni,
    Qaynar qanlarıyla sildi şəhidlər.
    Andı ucaltdılar içimləriylə,
    And yeri oldular keçimləriylə,
    Əbədiyaşarlıq seçimləriylə,
    Ölmədi, ölümə güldü şəhidlər.
                                      Talıb Məmmədli