Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Kəngərli kəndində oldu.
    Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının təmsilçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, həmçinin kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə Kəngərli kənd İƏD üzrə nümayəndə Xamis Əsgərov kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğuliyyəti və görülən işlər barədə məlumat verib.
    Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Solmaz Həsənova, Məhəmməd Əsgərov, Sevil Sadıqova, Rahilə Mahmudova və Həyat Salahova əsasən elektrik təsərrüfatının yenidən qurulması, subartezian quyusunun qazılması, kənd yolunun əsaslı təmiri, məktəbin qazanxanasına qaz çəkilməsi, qəzalı vəziyyətdə olan telefon xətlərinin dəyişdirilməsi və digər şəxsi məsələlər barədə müraciət ediblər.
    Qaldırılan məsələlər barədə icra başçısı tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
    Qəbul–görüşdə rayon rəhbəri çıxış edib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bildirib ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
    Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildiriblər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:03

    Teqlər: ,

İsmarıclar bağlıdır.