Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Fev

    Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın 5.3.10-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik işlər haqqında proqramına uyğun olaraq, rayon statistika idarəsinin rəhbərliyi altında və ərazi icra nümayəndəliklərinin iştirakı ilə 2015-ci il yanvarın 1-i vəziyyətinə rayon ərazisində mal-qara və quşların tam uçotu aparılmışdır.
    Uçotla rayonun bütün kənd yaşayış məntəqələri, şəhərdə isə mal-qarası olan ev təsərrüfatları əhatə edilmişdir. Kənd təsərrüfatı müəssisələri isə özləri hesabat təqdim etmişlər.
    Ayrı-ayrı mal-qara növləri üzrə heyvandarlığın baş sayının əvvəlki illə müqayisədə dəyişilməsi aşağıdakı kimi olmuşdur.
    5384İribuynuzlu mal-qara. 2016-cı il yanvarın 1-i vəziyyətinə rayonda 26 min 567 baş iribuynuzlu mal-qara, o cümlədən 11 min 867 baş inək və camış olmuş, onların sayı il ərzində müvafiq olaraq 1,5 və 0,9 faiz artmışdır.
    Mövcud iribuynuzlu mal-qaranın 26 min 386 baş və ya 99,3 faizini inək naxırı, 181 baş və ya 0,7 faizini camış naxırı təşkil etmişdir.
    Mövcud iribuynuzlu mal-qa-ranın 11 min 867 başı və ya 44,7 faizi inək və camışlar, 1235 başı və ya 4, 6 faizi düyələrdir.
    Rayonda mövcud olan iribuynuzlu mal-qaranın 99,2 faizi və ya 26 min 355 başı ailə kəndli və ev təsərrüfatlarına, ümümilikdə isə kənd təsərrüfatı müəssisələri də daxil olmaqla 99,8 faizi və ya 26 min 526 başı qeyri-dövlət bölməsinə məxsus olmuşdur.
    Hazırda dövlət kənd təsərrüfatı müəssisələrində cəmi 41 baş iribuynuzlu, 123 baş xırdabuynuzlu mal-qara qalmışdır.
    Qoyun və keçilər.img1502512 Qoyunçuluq heyvandarlığın mühüm sahələrin-dəndir. 2016-cı il 1 yanvar və-ziyyətinə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 73 min 83 baş qoyun və keci, o cümlədən 71 min 94 baş qoyun, 1989 baş keçi mövcud olmuşdur. Il ərzində qoyun və keçiləerin sayı 1165 baş və ya faiz artmışdır.
    Qoyun sürüsünün tərkibindəki 1 yaşda və böyük şişəklərin, habelə ana qoyunların xüsusi çəkisi 58, 1 faiz, keçi sürüsünün tərkibində isə bu göstərici 57,1 faiz təşkil etmişdir.
    Rayonda mövcud olan qoyun və keçilərin 97, 6 faizi və ya 71 min 324 başı ailə kəndli və ev təsərrüfatlarına, 99, 8 faizi və ya 72 min 960 başı qeyri-dövlət bölməsinə məxsus olmuşdur.
    Quşlar.932f13c6b74f Uçot məlumatlarına görə cari ildə yanvarın əv-vəlinə quşların sayı 261 min 809 baş təşkil etmişdir. Ötən illə müqaisədə 0,9 faiz və yaxud 2396 baş artmışdır.

    Atlar.loshad_k_32016-cı il yanvarın 1-i vəziyətinə atların ümumi sayı rayon üzrə 725 baş təşkil etmişdir. Atların ümumi sayının 99,2 faizi və ya 719 başı ailə kəndli və ev təsərrüfatlarına məxsus olmuşdur. Onların baş sayı 2015-ci il yanvarın 1-i ilə müqayisədə 8,9 faiz və yaxud 59 baş artmışdır.
    2016-cı ilin 1 yanvar vəziyyətinə rayonda 2817 arı ailələri, 178 baş eşşək mövcud olmuşdur. İl ərzində rayonda arı ailələrinin sayı 4,2 faiz və ya 114 arı ailəsi artmış, eşşəklərin sayı 27, 6 faiz və ya 68 baş azalmışdır.

                                                                            Tərtər Rayon Statistika
                                                                                                      İdarəsi

    Müəllif: Redaktor, 14:55

    Teqlər: ,

İsmarıclar bağlıdır.