Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Avq

    265px-SunflowersKənddə təsərrüfatın gəlirli sahələrindən biri də günəbaxan bitkisinin becərilməsidir. Bu bitkinin dənindən tum və yağ emalında, qarışıq yem hazırlanmasında, kütləsindən isə malqara üçün yem kimi istifadə olunur.
    Rayon statistika idarəsinin verdiyi son məlumata əsasən, torpaq mülkiyyətçiləri bu il 918 hektar sahədə günəbaxan becəriblər. Xoruzlu kəndində 310 hektar, Kəbirli kəndində 230 hektar, Bəyimsarovda 195 hektar, Kəngərlidə 43 hektar, Qaradağlıda 36 hektar sahədə günəbaxan bitkisi becərilib.
    Rəqəmlərdən göründüyü kimi, Xoruzli və Kəbirli kəndlərində əhalinin xeyli hissəsi bu qiymətli bitkinin becərilməsi ilə məşğul olurlar.
    İndiyədək rayon üzrə 227 hektar günəbaxan sahələrindən 510 ton məhsul əldə edilib. Hər hektarın orta məhsuldarlığı 22,5 sentnerdir.
    Artıq xeyli vaxtdır ki, tarlalarda məhsul yığımına başlanmışdır. Fermerlər deyirlər ki, bu il məhsulumuz ötən ildəkindən çox gözlənilir. Günəbaxan əkininin sərfəli oldugunu deyən fermerlər məhsul toplanışını həvəslə davam etdirirlər. Məhsul yığımı əl əməyi vasitəsilə həyata keçirilir. Tədarük olunan günəbaxanın döyülməsi, təmizlənməsi, çeşidlənməsində isə texnikadan istifadə olunur.
    Təmizlənən və çeşidlənən məhsul müvafiq olaraq satışa və yağ emalı müəssisələrinə təhvil verilir.
    Qeyd etmək lazımdır ki, ötən il rayonda 928 hektarda yetişdirilən günəbaxan sahələrindən 2162 ton məhsul əldə edilib ki, bu da kənd əməkçilərinin ailə büdcələrinə xeyli gəlir gətirib. Məhsul tədarükü davam edir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:49

    Teqlər: ,

İsmarıclar bağlıdır.