Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

    1Изображение 182Tərtər Rayon İcra Hakimiyyəti İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə birgə rayonun ərazisində yerləşən “N” saylı hərbi hissədə Novruz şənliyi keçirib.
    Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Dövlət Himni səsləndirilib.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları, əsgər və zabit heyətini xalqımızın milli bayramı olan Novruz münasibəti ilə təbrik edib.
    Sonra “N” saylı hərbi hissənin komandiri və İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin könüllülərlə kommunikasiya üzrə baş meneceri Əfsun Qurbanov hərbçilərə bayram münasibəti ilə xoşarzularını çatdırıblar.
    Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti və İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən hərbçilərə Fəxri fərmanlar, qiymətli hədiyyələr, bayram sovqatları təqdim olunub.
    Tədbirdən sonra hamı əsgərlərlə birlikdə bayram süfrəsi arxasına əyləşiblər.

    *           *            *

    Novruz bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə birgə “N” saylı hərbi hissədə bayram tədbiri keçirib.
    Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, sonra əsgər və zabitlərlə birlikdə Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar.
    Bayram tədbirini giriş sözü ilə hərbi hissə komandirinin müavini polkovnik-leytenant Babək Səmitli açıb. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin rəisi Mehdi Hüseynzadə çıxış edib. Sonra Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov əsgər və zabitləri Novruz bayramı münasibəti ilə təbrik edib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov xalqımızın əziz bayramı olan Novruz münasibətilə hərbçilərə xoş sözlər deyib, çətin və şərəfli işlərində onlara uğurlar arzulayıb.
    Tədbirin sonunda Respublika Hərbi Prokurorluğu və Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən əsgər və zabitlərə qiymətli hədiyyələr və bayram sovqatı verilmişdir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 12:42

    Teqlər: ,

İsmarıclar bağlıdır.