Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt

    MMNDSC_7830 (Копировать)Rayon icra hakimiyyəti başçısının bu dəfəki səyyar qəbul-görüşü Əskipara kəndində keçirildi.
    Tədbir iştirakçıları əvvəlcə kənddə Qarabağ müharibəsi şəhidlərinin və Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidələrin önünə gül-çiçək dəstələri qoyaraq, xatirələrini böyük ehtiramla yad etdilər.
    Kənd ağsaqqalı Fəxrəddin Babışov, məktəbin direktoru Sərxan Babayev rayonda, eləcə də kəndlərində görülən işlərdən razılıq hissi ilə danışdılar, kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıq ifadə ediblər.
    Uğur Qurbanov, Namiq Əliyev kəndarası yolların, tibb məntəqəsinin təmiri, əkin sahələrinin suvarılması üçün yeni subartezian quyusunun qazılması, şəhid ailəsi Nigar Qasımova evlə təmin olunması ilə bağlı müraciət etdilər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini narahat edən məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:25

    Teqlər: ,

İsmarıclar bağlıdır.