Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Yan
    Xəbərlər ŞURA İCLASI KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    YAP rayon təşkilatının geniş tərkibli Şura iclası keçirildi.
    İclasda rayon təşkilatının 2018-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə təşkilatın sədri Ramiz Şabanovun hesabat məruzəsi dinlənildi.
    Qeyd olundu ki, hesabat dövründə rayon partiya təşkilatı, ərazi ilk partiya təşkilatlarının fəaliyyətlərinə daha dərindən nüfuz edib, ərazi ilk partiya təşkilatlarının fəaliyyətlərinin səmərəliliyi xeyli yüksəlib. Hazırda 83 ərazi ilk partiya təşkilatında 6351 nəfər üzv vardır ki, onların da 3415 nəfərini qadınlar, 1459 nəfərini gənclər təşkil edir.
    2018-ci ildə ayrı-ayrı sahələrdə çalışan insanların nümayəndələri, Heydər Əliyev ideyalarına sadiq olan 251 nəfər YAP sıralarına qəbul olunub ki, onların da 115 nəfərini və ya 46 faizini gənclər təşkil edib. Daha ətraflı »

    Teqlər:

  • 10Yan
    Xəbərlər 700-dən ARTIQ “ELDAR ŞAMI” ƏKİLİB üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və sakinlər fəal iştirak ediblər.
    Aksiya zamanı “Tərtər-Şıxarx” avtomobil yolunun kənarında təmizlik işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 20Dek
    Xəbərlər ÜMUMMİLLİ LİDERİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR üçün şərhlər bağlıdır

    Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Yeni Tərtər” qəzeti redaksiyasında da tədbir keçirilib. Qəzetin baş redaktoru Tofiq Yusif bildirib ki, Azərbaycanın 1960-cı illərin sonundan XXI əsrin əvvəllərinədək olan 35 illik tarixi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun misilsiz liderlik qabiliyyəti, yüksək intellekti və siyasi uzaqgörənliyi gənc Azərbaycan dövlətinə öz müstəqilliyini möhkəmləndirmək imkanı yaratmış və ölkəmizi qüdrətli dünya dövlətləri ilə bir sıraya çıxarmışdır. Tofiq Yusif deyib:
    –Mənə ulu öndəri Tərtərdə görmək, onunla yanaşı addımlamaq və canlı, unudulmaz nitqini dinləmək nəsib olub. Bu görüşü həyatım boyu xatırlayıram. Heydər Əliyevlə eyni tarixi zamanda yaşayıb işlədiyimə görə qürur hissi keçirirəm. Ümummilli liderin həyatının hər bir mərhələsini dərindən öyrənmək və gənc nəslə çatdırmaq vacibdir. Rayon qəzetinin əməkdaşları kimi bunu həmişə diqqətimizdə saxlayırıq.
    Baş redaktorun müavini Svetlana Bağırova deyib:
    –İllər bir-birini əvəz edəcək, ancaq xalqımız Heydər Əliyevi heç zaman unutmayacaq. Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıtması nəticəsində respublikada radikal islahatlar keçirildi. Vətəndaş müharibəsi aradan qaldırıldı. Ölkədə sabitlik və əmin-amanlıq yarandı. Daha ətraflı »

    Teqlər:

  • 10Dek
    Xəbərlər BAŞ PROKUROR TƏRTƏR RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
    Baş prokuror Zakir Qaralov bu günlərdə Tərtər rayon prokurorluğunun inzibati binasında Tərtər, İmişli, Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.
    Qəbuldan əvvəl Baş prokuror və Tərtər rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüş və əziz xatirəsini ehtiramla yad etmişlər. Daha ətraflı »

    Teqlər:

  • 10Dek
    Xəbərlər GENİŞ TƏRKİBLİ MÜŞAVİRƏ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Müşavirədə Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Ramiz Şabanov, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, mülki müdafiəyə cavabdeh şəxslər və qərargah rəisləri iştirak ediblər. Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Mirəli Feyziyev, Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Ramiz Şabanov, Tərtər rayon İcra Hakimiyyətinin Ərazi Orqanları ilə Iş Şöbəsinin baş məsləhətçisi İlqar Musayev çıxışlarında Regional Mərkəzin xidməti ərazilərində “Qarşılıqlı fəaliyyət planı” haqqında söhbət açıblar.
    Müşavirədə mövcud çatışmazlıqlar barədə fikirlər bölüşdürülüb, gələcək fəaliyyətdə onların aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10Dek
    Xəbərlər TƏMAS XƏTTİNDƏ ŞƏHİDLƏRİN XATİRƏSİNƏ ABİDƏ UCALDILDI üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Qapanlı, Yuxarı Qaradağlı və Qaraağacı kəndlərindən olan şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub.
    Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov çıxış edib və şəhidlərin qəhrəmanlığından danışıb.
    Qeyd olunub ki, Qarabağ müharibəsi veteranlarına, şəhid ailə-lərinə dövlət tərəfindən həmişə diqqət və qayğı göstərilir.
    Tədbirdə “Tərtər batalyonu”nun keçmiş qərərgah rəisi Pənah Məmmədov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri, “Azərbaycan bayrağı” ordenli Nizami Heydərov, keçmiş döyüşçü Yolçu Süleymanov, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva, abidənin tikilməsinin təşəbbüskarı və icraçısı, şəhid Zülfüqar Qasımovun qardaşı, ikinci qrup Qarabağ mü-haribəsi əlili Etibar Qasımov çıxış ediblər.
    Tədbir iştirakçıları tərəfindən abidənin önünə tər gül-çiçək dəstələri düzülüb.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10Dek
    Xəbərlər ƏLİLLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Rayonun Tarix-Diyarşünaslıq muzeyində Əlillər Günü münasibəti ilə “Qarabağ Regional Bilik Evi”nin şagirdləri ilə birlikdə tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə muzeyin direktoru Aybəniz Şahbazi açıb. O bildirib ki, qəhrəman Tərtərin özünəməxsus qədim tarixi var. Bu tarixi keçmişlərdən bu günə kimi bu torpaqlarda yaşayan tərtərlilər yaradıb.
    “Tərtər Özünümüdafiə Batalyonu”nun qərargah rəisi, ehtiyatda olan mayor Pənah Məmmədov tədbirdə çıxış edib. Qarabağ müharibəsi əlili Rövşən Məmmədov cəbhə yolu barədə şagirdlərə məlumat verib.
    Tədbirdə şagirdlər geniş bədii kompozisiya ilə çıxış ediblər. Sonda Qarabağ əlilləri ilə xatirə şəkli çəkdirilib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10Dek
    Xəbərlər TƏRTƏRİN ƏSAS KÖRPÜSÜ YENİDƏN QURULUR üçün şərhlər bağlıdır

    Tərtər çayı üzərindəki əsas körpü 1953-cü ildə inşa olunub. Ötən illər ərzində buradakı piyada səkiləri deformasiyaya uğrayıb.
    Hazırda uzunluğu 103,6 m olan 5 aşırımılı körpüdə təmir işləri aparılır. İlk növdədə piyada səkiləri sökülüb yenidən qurulur. Hər iki girişdəki sütunların aqlayla üzlənməsi nəzərdə tutulub. Həmçinin körpünün asfalt örtüyü yenilənəcək. Təmir işlərini Xocalı rayonunun yol istismarı idarəsi aparır. Qeyd edək ki, körpünün yükgötürmə gücü 60 tondur.

    “Yeni Tərtər”

    Teqlər:

  • 10Dek
    Xəbərlər YENİ TİNGLƏR ƏKİLİR üçün şərhlər bağlıdır

    Tərtər yaşıllıqlar diyarıdır. Burada mövcud olan yaşıllıqların mühafizə edilməsi və becərilməsi ilə yanaşı hər il minlərlə yeni müxtəlif ağac tingləri əkilir və yaşıllıq zonaları yaradılır.
    Tərtərlilər bilirlər ki, ekoloji tarazlığın bərpa olunmasında təbiətin flora və faunası əsaslı rol oynayır. Həmçinin rayonumuzda baramaçılığın inkişafı istiqamətində işlər uğurla davam etdirilir. Bu gəlirli sahənin yem bazasını möhkəmləndirmək məqsədilə bu günlərdə rayonumuzun ərazisində yerləşən bütün kəndlərdə 67 min yerli və Çin Xalq Respublikasından gətirilmiş 35 min çəkil tingi əkilib.
    Yerli fermerlər, baramaçılar tingəkmə kampaniyasında həvəslə iştirak ediblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 30Noy
    Xəbərlər YAP-ın YARADILMASININ 26-cı İLDÖNÜMÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
    Öncə tədbir iştirakçıları rayonun mərkəzi meydanında Ulu Öndərin abidəsi önünə tər gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
    Rayon Gənclər Mərkəzində idarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalılar və fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov geniş məruzə ilə çıxış edərək Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. Daha ətraflı »

    Teqlər: