Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Fev
    Digər MİNNƏTDARLIQ MƏKTUBU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti aparatında xoş münasibətə görə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova, İcra Hakimiyyətinin bütün əməkdaşlarına və “Yeni Tərtər” qəzetinin redaktoru Tofiq Yusifə, redaktor müavini Svetlana Bağırovaya, fotomüxbir, ilk əmək fəaliyyətimə başladığım vaxt 5 saylı məktəbdə şagirdim olmuş Kənan Hüseynzadəyə göstərdikləri diqqətə görə minnətdaram! Bütün tərtərliləri salamlayıram! Fəxr edirəm ki, Qəhrəman Tərtərin bir zərrəsiyəm!

    Mehriban Abdullayeva,
    Moskva şəhəri

    Teqlər:

  • 10Fev

    Digər üçün şərhlər bağlıdır

    fb İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm, bu gün də deyirəm, bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 10Fev
    Digər III DÖVLƏT PROQRAMININ İCRASININ ÜÇÜNCÜ İLİNİN YEKUNLARINA HƏSR OLUNMUŞ KONFRANS: REGİONAL İNKİŞAFDA YENİ MƏRHƏLƏ üçün şərhlər bağlıdır

    UĞURLARIN MƏRKƏZİNDƏ AZƏRBAYCAN VƏTƏNDAŞI DAYANIR

    006Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunan XIV konfransda Prezident İlham Əliyev bildirmişdir ki, bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və bütün əsas vəzifələr icra olunmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, xüsusilə bölgələrdə aparılan işlər öz dinamikasını saxlamışdır. Keçən il bölgələrdə çox böyük işlər görülmüşdür. Prezident demişdir: “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirmişdir… Proqramların məqsədi məhz ondan ibarətdir ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Bizim proqramlarımız çox konkretdir. Qarşıya çox konkret hədəflər qoyulur və deyə bilərəm ki, həm birinci, həm də ikinci proqram artıqlaması ilə və uğurla icra edilmişdir. Əminəm ki, üçüncü proqramın taleyi də eyni olacaq”.
    Ölkə başçısının təşəbbüsü ilə 2004-cü ildə I Dövlət Proqramının qəbul edilməsi xalqımızın həyatında tarixi hadisə idi. Məhz bu proqram çərçivəsində bölgələrdə infrastruktur layihələrin icrasına başlanıldı, geniş quruculuq-abadlıq işləri görüldü, regionlarımızın siması gözəlləşdi. Daha ətraflı »

    Teqlər:

  • 10Fev
    Digər QARABAĞA “BÖYÜK QAYIDIŞ” COCUQ MƏRCANLIDAN BAŞLAYIR üçün şərhlər bağlıdır

    010001Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı sərəncamı Tərtər rayonunun sakinləri tərəfindən də ruh yüksəkliyi ilə qarşılanıb. Illər uzunu düşməlnə üz-üzə yaşayan insanlar inanırlar ki, bu gün erməni tapdağı altında olan bütün torpaqlarımıza qayıdacağımız gün uzaqda deyil.

    Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Bu kənd 1993-cü ilin oktyabrında ermənilər tərəfindən işğal olunmuşdur. Ulu Öndər Heydər Əliyevin döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində 1994-cü il yanvarın 6-na kimi davam edən uğurlu Horadiz əməliyyatı zamanı bir gecədə 22 kəndlə birgə Cəbrayılın Cocuq Mərcanlı kəndi də işğaldan azad edildi. Lakin ətraf yüksəkliklərin düşmən nəzarətində olmasından kənddə yaşamaq mümkün deyildi. Ötən ilin aprel ayında Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alaraq əks hücumla min hektarlarla ərazini işğaldan azad etdi. Həmin əməliyyatlar zamanı ordumuzun strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində Cocuq Mərcanlı kəndinin ərazisi tamamilə Azərbaycan ordusunun nəzarətinə keçdi. Daha ətraflı »

    Teqlər:

  • 10Fev
    Digər ULU ÖNDƏRİN ARZULADIĞI KİMİ FORMALAŞMA üçün şərhlər bağlıdır

    m samire 273Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. 1996-cı il fevralın 2-də Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi, 1997-ci ildən isə onun sərəncamı ilə 2 fevral Gənclər Günü kimi qeyd olunmağa başlamışdır.
    2 fevral–Gənclər Günü ilə əlaqədar Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahovla görüşüb söhbət etdik.
    –Gənclər siyasəti dedikdə biz nə düşünməliyik?
    –Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti dedikdə Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsində, ölkəmizin siyasi-iqtisadi yüksəlişində, elmin, səhiyyə və mədəniyyətin inkişafında, milli-mənəvi dəyərlərimizin yaşadılmasında, tolerantlığın və multikulturalizmin genişləndirilməsində, bir sözlə, bütün istiqamətlərdə intellektual potensialın gücləndirilməsində Azərbaycan gəncliyinin rolu başa düşülməlidir. Bu siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbəri həyata keçirdiyi gənclər siyasəti Azərbaycan gəncliyinin inki-şafına təkan verir. Daha ətraflı »

    Teqlər:

  • 10Fev
    Digər UŞAQLARIMIZA NƏYİ AŞILAYIRIQ üçün şərhlər bağlıdır

    Bizə yazırlar

    DSC_1799Без названияSon illər şəhərimiz çox gözəlləşib. Yaşıllıqların sayı artıb.
    Bəs biz bu gözəl şəhərin sakinləri olaraq onun gözəlliyi üçün nəsə edirikmi? Təəssüf ki, yox. Əksinə, 1-2 gün küçələr təmizlənməsə, zibil əlindən tərpənmək olmaz. Ətrafa ən çox atılan isə siqaret qutularıdır.
    Bu hərəkətlərimizlə uşaqlara hansı nümunəni göstəririk? Buna görədir ki, bəzən şəhər parkına əylənməyə gələn uşaqlar əllərindəki konfet kağızlarını, su qablarını hara gəldi tullayır, bununla da təbiətin gözəlliyinə nə qədər ziyan vurduqları barədə düşünmürlər.
    Amma düşünmək lazımdır. Özü də böyüklü kiçikli. Çünki bu, öz xeyrimizədir.

    Səbuhi Kərimov,
    şəhər sakini

    Teqlər:

  • 10Fev
    Digər Xocalı faciəsinin 25-ci ildönümü üçün şərhlər bağlıdır

    RUHUMU GÖYNƏDƏN SƏS

    1456427673_yenisumqayit.az-05photo_312061992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə azərbaycanlılara qarşı törədilmiş qanlı faciə soyqırım aktı idi.
    Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.

    Qar paklığın rəmzidir. Qışın gözəlliyidir. Qışın oğlan çağı həmişə qar yağanda hər yandan, hər tərəfdən uşaqların şad səsi eşidilir. Lakin o səslərlə yanaşı mən həmişə başqa bir səs duyuram. O səs məni incidir, ruhumu göynədir.
    Bu səs iyirmi beş il öncə fevralın iyirmi beşindən iyirmi altısına keçən gecə dəhşətə məruz qalan, ahı ərşə dayanan, namusu ayaqlanan, qüruru tapdalanan qızların, gəlinlərin, ağbirçək nənələrin, beşiyindən atılan süd-əmər körpələrin ahı, fəğan səsidir. Anaların “Balam, hey” anadan ayrı düşən balaların: “Ana, ana, ay ana!!!”– çığıran iniltisi, Çingizin hönkürtüsü, harayı, həşiridir. Dağı, daşı oynadan, dərələridə əks-səda doğuran o səs məni tərk etmir. Gözlərimin önündən o dəhşətli faciə, görünməmiş mənzərə bir an olsun çəkilmir. Daha ətraflı »

    Teqlər:

  • 10Fev
    Digər “BİRİ VARDI, BİRİ YOX…!” üçün şərhlər bağlıdır

    1456336004_xoc1imagesSizə bir nağıl danışacağam, qulaq asanda ayağınızın altından yer qaçacaq, nitqiniz quruyacaq, danışmağa söz tapmayacaqsınız, Düşünən beyniniz iflic olmaq dərəcəsinə gələcək. Mən öz nağılımı söyləməklə oxuyucularımı özləri ilə baş-başa qoymaq istəyirəm.
    Günlərin bir günündə,
    gözümüzün önündə,
    Tarixin yaddaşında,
    Yayında yox, qışında,
    Hər yana çiləndi qan,
    Dağlandı Azərbaycan!
    Biri vardı, biri yoxdu, Qoca Zaman adlı uzun-uzun illəri yola salmış ahıl bir kişi vardı. Bu kişinin dörd oğlu, hər oğlunun da üç balası vardı. Dünyanı yorub yola salmış baba öz övladları ilə çox mehriban yaşayardı. Xoş günlər də görmüşdülər, qəmə də düçar olmuşdular. Hamısından da üzüağ, alnıaçıq çıxaraq həyatlarını yaşamaqda, bir-birini yaşatmaqda davam edirdilər. Daha ətraflı »

    Teqlər:

  • 10Fev
    Digər BU İL AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI ELMAN HÜSEYNOVUN 65 YAŞI TAMAM OLUR üçün şərhlər bağlıdır

    16176023_373478323011959_1334346301_n71_nAzərbaycanın Milli Qəhrəmanı, keçmiş “Tərtər Özünümüdafiə Batalyonu”nun unudulmaz komandiri, cəsur döyüşçü, Elman Hüseynovun anım günündə onun adını daşıyan küçədəki büstü önündə əziz xatirəsini yad edənlərin sırasında ailə üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının təmsilçiləri, döyüş dostları, gənclər və məktəblilər vardı.
    Al qərənfilləri böyük ehtiramla büstün önünə düzmüşdülər. Onu şəxsən tanıyanların da, tanımayanların da qəlbi sözlə dolu idi. Çünki Elman Hüseynov öz qəhrəmanlığı ilə Qarabağ müharibəsi tarixində elə bir iz qoyub ki, illər ötdükcə bu iz nəinki silinmir, əksinə, daha çox insanda fəxarət hissi oyadır.
    Qarabağ müharibəsi veteranları Suliddin Yusibov, İlham Paşayev və Rövşən Məmmədov öz çıxışlarında göstərdilər ki, Elman müəllim ömrünün ən qaynar çağında şəhidlik zirvəsinə yüksəldi. Onun vətənimizlə, ailəsi ilə bağlı çoxlu arzuları vardı. Əgər yaşasaydı, bu il Elman Hüseynovun 65 yaşı tamam olacaqdı. İndi onun bir çox arzuları yerinə yetib. Azərbaycanın çox güclü, düşməni məhv etməyə qadir olan ordusu var. Cari ilin aprel ayında torpaqlarımızın bir qismi işğaldan azad edildi. Daha ətraflı »

    Teqlər:

  • 26Yan

    Digər üçün şərhlər bağlıdır

    1484897603507056375_1000x669_8713619Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının
    Prezidenti

    Teqlər: